İlham Əliyev (deputat)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
İlham Əliyev
bayraq
Azərbaycan Milli Məclisinin IVV çağırış deputatı
bayraq2
30 noyabr 2010 – 10 mart 2020
Şəxsi məlumatlar
Doğum tarixi 26 aprel 1967(1967-04-26) (57 yaş)
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Təltifləri "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı

İlham Əlisəftər oğlu Əliyev (26 aprel 1967) — Azərbaycan Milli Məclisinin IVV çağırış deputatı (2010–2020).

Həyatı və fəaliyyəti

İlham Əliyev 1967-ci il aprelin 26-da anadan olub. Bakı Dövlət Universitetində hüquq üzrə ali təhsil alıb. Rus dilini bilir.

Azərbaycan Milli Məclisinin IVV çağırış deputatı seçilmişdir.

Azərbaycan-Finlandiya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri olmuşdur[1].

Ailəsi

Ailəlidir, üç övladı var.

Həbs edilməsi

İlham Əliyev karantin qaydaları pozuntularına yol verərək toy məclisi təşkil etdiyinə görə Abşeron Rayon Məhkəməsinin 22 avqust 2020-ci il tarixli Qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 221.1-ci maddəsinə əsasən 15 gün inzibati həbs cəzası almışdır.[2]

İstinadlar

  1. "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında". 2022-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-18.
  2. "Həbs olunan sabiq deputat və qudası azadlığa buraxıldı". ikisahil.az (az.). İki sahil (qəzet). 6 sentyabr 2020. 2022-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 fev 2022.