Azərbaycan–İndoneziya münasibətləri

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Azərbaycan-İndoneziya münasibətləri
Azərbaycan və İndoneziya
 Azərbaycan  İndoneziya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azərbaycan–İndoneziya münasibətləriAzərbaycan Respublikası ilə İndoneziya Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr.

Diplomatik əlaqələr

İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin sentyabr ayının 24-də qurulmuşdur.[1]

Parlamentlərarası əlaqələr

Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-İndoneziya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.[2] Bu işçi qrupu 7 mart 1997-ci il tarixində yaradılmış və ilk rəhbəri Kərim Kərimov olmuşdur.[3] 4 mart 2016-cı il tarixindən Bəxtiyar Əliyev işçi qrupunun rəhbəridir.[2]

Yardımlaşma

28 sentyabr 2018-ci il tarixində İndoneziyanın Sulavesi adasında baş vermiş zəlzələnin törətdiyi fəsadların miqyasını nəzərə alaraq, Azərbaycan dövləti humanitar məqsədlə İndoneziyaya 50 min ABŞ dolları məbləğində yardım edib.[4]

İstinadlar