Siznək

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Kənd
Siznək
39°13′ şm. e. 46°28′ ş. u.
Ölkə  Ermənistan
Region [[Zəngəzur mahalı]]
Rayon [[Qafan rayonu]]
Tarixi və coğrafiyası
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 194 nəf. (2011)[1]
Xəritəni göstər/gizlə
Siznək xəritədə
Siznək
Siznək

Siznək - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonu ərazisində kənd.[2]

Tarixi

Rayon mərkəzindən 4 km cənub-şərqdə, Oxçu çayının sol sahilində yerləşir.

Toponim Azərbaycan dilində «duman, çən» mənasında işlənən sis sözünə -nək şəkilçisinin artırılması yolu ilə əmələ gəlmişdir. Sis sözü Siznək toponimində «siz» formasına düşmüşdür. s~z səs əvəzlənınəsi Azərbaycan dili üçün qanunauyğun haldır. Relyef əsasında yaranan düzəltmə quruluşlu toponimdir.

Əhalisi

Kənddə 1897-ci ildə 179 nəfər, 1904 - cü ildə 180 nəfər azərbaycanlı yaşamışdır[3]. 1914-cü ildən azərbaycanlılar ermənilər tərəfindən deportasiya olunmuşdur[4].

İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kənd sakinləri öz yurd-yuvasına dönə bilir. Burada 1922-ci ildə 76 nəfər, 1926-cı ildə 76 nəfər, 1931-ci ildə 121 nəfər[3], 1959 - cu ildə 409 nəfər, 1979 - cu ildə 432 nəfər[5] azərbaycanlı yaşamışdır.

1988-ci ilin noyabrın sonlarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tamamilə deportasiya olundular.

İndi burada yalnız ermənilər yaşayır.

İstinadlar

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  3. 1 2 erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.60-61, 136-137
  4. История Азербайджана по документам и публикациям, Баку, «Элм», 1990. s.205
  5. Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, «Gənclik», 1995. s.154