Turabxanlı

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Turabxanlı
Ölkə  Ermənistan

Turabxanlı — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd olmuşdur.[1][2]

Tarixi

XX əsrin 30-cu illərində kollektivləşmə ilə əlaqədar olaraq kənd dağılmışdır. Turabxanlı kəndin əsasını qoymuş nəsil adıdır.[3]

Toponimi

Toponim turabxanlı nəsil adı əsasında əmələ gəlmişdir. Patronim toponimdir. Quruluşca sadə toponimdir.

Əhalisi

Kənddə 1897-ci ildə 105 nəfər, 1904-cü ildə 123 nəfər azərbaycanlı yaşamışdır[4]. 1914–1918-ci illərdə azərbaycanlılar deportasiya olunmuş, yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk edənlər öz evlərinə dönə bilmişlər. Burada 1922-ci ildə 27 nəfər, 1926-cı ildə 19 nəfər, 1931-ci ildə 27 nəfər azərbaycanlı yaşamışdır[4]. 1930-cu illərin sonunda azərbaycanlılar köçürülərək kənd ləğv edilmişdir. İndi xaraba kənddir.

İstinadlar

  1. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  2. Пагирев Д.Д.. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис. 1913.
  3. Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Турабханлы // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.
  4. 1 2 erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.56–57, 134–135