Xəlili (şair)

Xəlili (1407, Təbriz1485, İznik) — Osmanlı imperiyasında yaşamış XV əsrin azərbaycan dilli şairi.[1]

Xəlili
Doğum tarixi
Doğum yeri Təbriz
Vəfat tarixi
Vəfat yeri İznik
Milliyyəti Azərbaycanlı
Fəaliyyəti şair
Fəaliyyət illəri XV əsr
Əsərlərinin dili Azərbaycan dili
Janrlar lirika, poema

Xəlil İbrahim bəy və ya Şeyx Xəlili adı kimi tanınır.[2] 1407-ci ildə Təbriz[1] və ya Diyarbəkirdə[3] anadan olub.[3] Təzkirəçilər onu gah Diyarbəkirdən, gah da diyari-Şərqdən hesab edirlər. [4]Əsərlərindən və memuar müəlliflərinin yazdıqları məlumatlardan belə çıxır ki, Xəlili gəncliyində hürufilik ideyalarını təbliğ edən şeirlər yazıb. Hürufiliyi yaymaq məqsədilə Osmanlı imperiyasına köçüb.[1]

Gəncliyində İznikə gələrək İstanbulda keçirdiyi 1465-ci il istisna olmaqla, ömrünün sonuna qədər bu şəhərdə yaşayıb. Özünün qurduğu xanəgahda şeyx olub.[3]

Xəlil 1485-ci ildə İznikdə vəfat edib.[1] 1485-ci ildə İzniqdə vəfat edəndə şairin yaşı səksənə yaxın imiş. Ədəbiyyat tarixçisi Əliyar Səfərli "Qədim və Orta Əsrlər Azərbaycan Ədəbiyyatı Tarixi" əsərində Xəlilinin təxminən 1408-ci ildə anadan olduğunu yazır.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Xəlilinin şeirlərində Əvhədi Marağalıİmadəddin Nəsiminin təsiri hiss edilir. Onun özü isə Həbibi və XVI əsrin başqa şairlərinin yaradıcılığına təsir göstərib.[3]

1334 beytdən ibarət və müxtəlif üslubda (qəzəl, müxəmməs, mürəbbe və s.) şeirləri özündə əks etdirən "Fürkat-namə" (Fürkatnâme, Firkat-nâme və ya Firak-nâme) (1471–1472) məsnəvisi ilə məşhurdur.[2] "Fürkat-namə"nin lirik qəhrəmanı Xəlilinin özü olmasına baxmayaraq, şeirin əsl qadın sevgisindən, yoxsa mistik məhəbbətdən bəhs etdiyi barədə tədqiqatçılar arasında yekdil fikir yoxdur:[5][6]


Bu mənə biçarə dərvişi dilruş
Qərib bikəs biyar bihuş
Onun cəsədi çarmıxa çəkilərək yarğılanıb
Qəlbi Hicran əlindən təmizlənir
Əcəm mülkündə idum elmlə məşğuldur
Mən gah fiqh, gah məkul oxuyurdum
Tarixi zuhdi muxtarı oldum
Ey sülh əhli, mənə lütf edin
Yurdum gah mədrəsə gah məscid
Hikmət nuru dilimdə ləmi oldu
Məgər, kimə nə etdim?
Gahi süğl oldum, gahı taət
Dünən elm öyrənmək mənim üçün xoş idi
Əməlləri yerinə yetirmək caiz idi

Xəlilinin ikinci məşhur əsərinin "Divan" olduğu deyilir. Lakin Osmanlı dövrü ədəbiyyatyı tədqiqatçıları (Yavuz 1972: 168) əsərində şairin çoxşaxəli bir divanı olduğu qeyd olunsa da, "Aşıq Çələbi yaradıcılığı" əsərində "Fürkat-namə"nin xalq arasında "Divani Xəlili" adı ilə məşhurlaşdığı bildirilir. Ona görə də qeyd etmək lazımdır ki, bu gün əlimizdə olmayan Xəlili "Divanı"nın varlığı ilə bağlı Aşıq Çələbinin verdiyi başlıqdan qaynaqlanan çaşqınlıq ehtimalı var. Lakin "Fürkat-namə"dəki aşağıdakı qoşma Xəlilinin divan yazmış ola biləcəyini ehtimalını yaradır:[7]


Xəlili Rahi İşıqda nə çətinliyə düşdü?
Pis göz etsən, kitab-i divanımıza məlum olsun

  1. 1 2 3 4 Хəлили. . X. Под ред. Дж. Кулиева. ru:Азербайджанская советская энциклопедия: Главная редакция Азербайджанской советской энциклопедии. 1987. 75.
  2. 1 2 "Ahmet KAVAKLIYAZI. 15. Yüzyıl Şairlerinden Diyarbakırlı Halîlî'nin Şiirleri, Selçuk Üniversitesi Edebiyat Fakültesi Dergisi, S. 34, Konya, 2015, ss. 1–88". 2022-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-29.
  3. 1 2 3 4 "Halîlî // Mustafa Özkan, Mustafa İsen, TDV İslâm Ansiklopedisi, 15, İstanbul, 1997, 329–330". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-29.
  4. Səfərli, Əliyar. Azərbaycan Ədəbiyyatı tarixi (az.). Bakı: Ozan. 2008. 348. ISBN 5-8133-1056-6.
  5. "Halîlî, Halîl İbrâhim — Ahmet Yesevi Üniversitesi". 2022-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-29.
  6. Kut, Günay (1977). "Fürkat-nâme". TDAY Belleten. 335.
  7. Kut, Günay (1977). "Fürkat-nâme". TDAY Belleten. 333–353.