Cümə məscidi (Corat)

Corat "Cümə" məscidi[1]Sumqayıt şəhəri Corat qəsəbəsində yerləşən cümə məscidi. Məscid Sülh küçəsində yerləşir.Məscidin keçmiş Axund,İmamı isə İlahiyyatçı,Alim Hacı Sahib Məmmədov olmuşdur təəssüf ki May ayının 5də sonuncu xütbəsini edin istefa vermişdir,və yerinə isə Öz müavini Hacı Emin Həşimov təyin olunmuşdur.

İslam
Cümə məscidi
Haci Sahibin məscidi
Gümbəzli,4 tağdan ibarət 250-300 yerlikpx
Din
Statusu Cümə məscidi
Yerləşməsi
Ölkə  Azərbaycan
Şəhər Sumqayıt
Yeri Corat qəsəbəsi, Șəhid Taleh Kərimov küçəsi
Memarlıq
İnşa tarixi E.ə 409 – -
Tikdirəni Hacı Əli
Üslubu Şirvan-Abşeron memarlıq məktəbi

Hicri qəməri təqvimi ilə 409-cu ildə (XI əsr) inşa edilmişdir. Məscidin kənd sakini Hacı Əli adlı bir şəxs tərəfindən inşa olunması qeyd olunur[2]. Sahəsi 16x5 metrdir. Məscidin divarları sal daşlardan tikilib. İbadət zalı 4 tağdan ibarətdir. Tağlar günbəzdə bir-birinə birləşib. Günbəzin diametri 5 metrdir. Günbəzdə 4 düzbucaqlı pəncərə qoyulub. Məscid sadə konstruksiyaya malikdir. 1937-76-cı illərdə anbar kimi istifadə olunub. Məscidin yerləşdiyi ərazi vaxtilə qəbristanlıq olmuşdur.

  1. Cümə məscidi (Corat)[ölü keçid]
  2. "Sumqayıtın memarlıq abidələri". 2020-06-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-09-13. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)