Nofəl Quliyev (4 oktyabr 1963, Əli-Bayramlı – 13 dekabr 1991, Todan, Goranboy rayonu) — Azərbaycanın Milli Qəhrəmanı,[1] Birinci Qarabağ müharibəsi iştirakçısı.
Nofəl Quliyev | |
---|---|
Nofəl Zahid oğlu Quliyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 4 oktyabr 1963 |
Doğum yeri | |
Vəfat tarixi | 13 dekabr 1991 (28 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Milliyyəti | Azərbaycanlı |
Uşağı | 1 |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Respublikası |
Xidmət illəri | 1990–1991 |
Döyüşlər | |
Təltifləri |
Nofəl Quliyev 4 oktyabr 1963-cü ildə Əli Bayramlı şəhərində anadan olmuşdur. 1981-ci ildə orta məktəbi bitirmişdir. 1982-1983-cü illərdə orduda xidmət etmişdir. Xidmətdən sonra 1984-cü ildən 1990-cı ilə kimi Tumen şəhərində işləmişdir.
Ailəli idi, bir oğlu var.
1990-cı ilin dekabr ayında Azərbaycanın ərazi bütövlüyünün qorunmasında iştirak etmək üçün DİN xüsusi təyinatlı milis dəstəsinə daxil olmuşdur.
Nofəl Quliyev Füzuli, Goranboy, o cümlədən Dağlıq Qarabağın müxtəlif istiqamətlərində döyüşlərdə iştirak etmiş və fərqlənmişdir. 1991-ci il iyul ayının 15-də Goranboy rayonunun Todan kəndinə erməni silahlılarının hücumu zamanı mülki əhalini kənddən çıxararkən şəhid olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə Nofəl Zahid oğlu Quliyevə "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.[1]
Şirvan şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Vaxtı ilə təhsil aldığı Əli Bayramlı şəhər 9 saylı orta məktəbə onun adı verilmiş, məktəbin həyətində büstü qoyulmuşdur.