Əfşarca

Əfşar və ya Əfşari adlanan Azərbaycan türkcəsinin dialektlərindən biri — Türk dillərinin Oğuz dilləri qrupuna daxildir. Alman əsilli altayşünas və türkoloq Gerhard Dörfer Kabil Əfşar dialektini Azərbaycan dilinin dialektlərinin XIV (14-cü) qrupuna aid edir.[1] Bu dialektdə danışan qruplar hal-hazırda Azərbaycanda, Türkiyədə, İranda, Suriyada və Əfqanıstanda yaşamaqdadırlar. EthnologueGlottolog bu dialkekti Cənubi Azərbaycandakı dilin dialekti olaraq qruplaşdırmışdır. İranika Ensiklopediyası isə onu müstəqil Cənubi Oğuz dili kimi təqdim edir.[2][3][4]

Əfşar dili
Ölkələr Əfqanıstan, İran, Suriya, Türkiyə
Regionlar İran (Kirman, Xorasan), Əfqanıstan (Kabil)
Danışanların ümumi sayı 300-600 min
Təsnifatı
Kateqoriya Avrasiya dilləri
türk dilləri
Ortaq türk dili
Oğuz dilləri
Southern Oghuz[vd]
Əfşar dili
Yazı ərəb əlifbası, latın əlifbası
Dil kodları
Glottolog afsh1238

İslam Ensiklopediyasının üçüncü nəşrində bunlar qeyd edilmişdir:[5]

Linqivistik olaraq Əfşari Türk dillərinin Cənubi Oğuz qrupuna (cənub-qərbi türk dilləri) aid edilir (Johanson, History of Turkic, 82–3), və ya Cənubi Azərbaycan türkcəsinin dialekti kimi təqdim edilir. Farsdilli bir mühitdə yerləşdiklərinə görə, bir çox hallarda farsi dili əfşarların ana dilinə çevrilmişdir. Digər qruplar isə ikidilli olmuşdurlar (Kirmanda olduğu kimi). Bundan başqa, görünüşə görə, digər dillərlə olan kontaktlar orijinal dialekti transformasiya etmişdir. 2009-cu ildə müxtəlif Əfşar qruplarının linqvistik müqayisəsi diqqətəlayiq olaraq qalır.

Əfşari dialekti fars dilindən xeyli sayda alınma sözlər almış və Özbək dilində olduğu kimi /a/ foneminin [ɒ]-a yuvarlaqlaşdırılması baş vermişdir. Bəzi hallarda, Azərbaycan dili ilə Əfşari arasında müəyyən fərqlər də görülməkdədir. Məsələn, Əfşari də yiz (100) kimi işlənən söz Azərbaycan dilində yüz kimi işlədilir.

Özünün Kirman, KabilHəmədan dialektləri vardır.[6]

  1. Fascicle 3. — VIII. Azeri Turkish (author G. Doerfer), pp. 245–248. // Encyclopaedia Iranica. Volume III: Atas-Bayhaqi, Zahir-Al-Din. Edited by Ehsan Yarshater. New York: Bibliotheca Persica Press, 1989, 896 pages. ISBN 9780710091215
  2. Glottolog, 2022. səh. 91
  3. Ethnologue, 2022
  4. Knüppel, 2000
  5. Stöber, 2010
  6. Anonby, 2006
  • Erik Anonby. Atlas of the Languages of Iran A working classification. Ottawa: Carleton University. 2006.
  • Azerbaijani, South. Ethnologue. 2022.
  • Glottolog 4.6 - Afshari. Glottolog. 2022.
  • Michael Knüppel, E. "TURKIC LANGUAGES OF PERSIA: AN OVERVIEW". Encyclopædia Iranica. TURKIC LANGUAGES OF PERSIA: AN OVERVIEW. Encyclopædia Iranica. 2000.
  • Georg Stöber. Afshār. Encyclopaedia of Islam (3rd ed.) - Brill Online. In Fleet, Kate; Krämer, Gudrun; Matringe, Denis; Nawas, John; Rowson, Everett (eds.). 2010. ISBN 1873-9830.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]