Bu məqalə Ağcabədi şəhəri haqqındadır. Ağcabədi rayonu üçün Ağcabədi rayonu səhifəsinə baxın. |
Ağcabədi — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Ağcabədi şəhər inzibati ərazi dairəsində şəhər.[2] Ağcabədi rayonunun inzibati mərkəzi.
Şəhər | |
Ağcabədi | |
---|---|
40°02′56″ şm. e. 47°27′00″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1593 |
Mərkəzin hündürlüyü | 16 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 40 946[1] nəfər (2024) |
Rəsmi dili | Azərbaycan dili |
Rəqəmsal identifikatorlar | |
Nəqliyyat kodları | 04, 99 |
Digər | |
agcabedi-ih.gov.az | |
Vikianbarda əlaqəli mediafayllar |
Ağcabədi yaşayış məntəqəsinin adı mənbələrdə ilk dəfə 1593-cü ildən çəkilir. Ağcabədi bir müddət mənbələrdə Ağcabədi Xəlfərəddin adı ilə qeyd olunmuşdur. Şəhərin mərkəzindəki çökəkliyin bir hissəsi keçmişdə Xəlfərəddin adlanırdı. XIX əsrin əvvəllərində ərazidəki xəlfərəddinlilər 88 ailədən ibarət bir icma olmuşdur.
Ağcabədi rayonu Azərbaycanın qədim yaşayış məskənlərindən biridir. Bu qədimliyi sübut edən maddi əlamətlərdən olan eneolit, tunc, antik dövrünə və orta əsrlərə aid yaşayış yerlərinin qalıqları – Kamiltəpə, Nərgiztəpə, Qaraköbərli, Yantəpə, Qalatəpə və Gavur arxı diqqəti cəlb edir. Tarixçilər bu təpələri Misir ehramları ilə müqayisə edərək qeyd edirlər ki, hətta Gavur arxının Makedoniyalı İsgəndər tərəfindən təmir olunması güman olunduğu halda, XVI əsrdə Teymurləng tərəfindən tam təmir olunması tarixi faktdır. Rayonda orta əsrlərə aid daşdan yonulmuş formalı başdaşlarına qəbirstanlıqlarda rast gəlmək olur. Ağcabədi rayonu 1930-cu ildə təşkil edilmiş, 1963-cü ildə ləğv olunub Ağdam rayonunun tabeliyinə verilmiş, 1965-ci ildə isə yenidən müstəqil rayon olmuşdur.
Ağcabədi toponimi bəzi mənbələrdə ağca (burada "ağımtıl", "bozumtul", "boz") və bədi (ərəbcə, badiyə sözünün təhrif forması olub, "düzənlik", "düzən" deməkdir) sözlərindən ibarət olub, "bozumtul yer", "ağca düz" kimi açıqlanır. 1933-cü ildə Cəlilabad rayonunun ərazisində Ağcabədi adlı kənd qeydə alınmışdır. Əslində ağca (bozumtul, əkilməmiş) və bədi (türk dillərində bət/bet/bəd "dağ yamacı" mənasını ifadə edir) sözlərindən düzəlib, "əkilməmiş dağ yamacı" deməkdir. Ərazinin coğrafi mövqeyi bunu bir daha sübut edir.
Ağcabədi şəhəri 2012 [ölü keçid]
Muğanlı kəndində eramızdan əvvələ aid tarixi abidələr aşkar edilmişdir.
Texniki problemlərə görə qrafiklər müvəqqəti olaraq söndürülüb. |
|
Ağcabədi şəhərində 3 yeni açılmış süd emalı zavodu və bir neçə bankın filialı yerləşir.
Ağcabədi rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Şəhər ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |