Ayşə Sultan (II Bəyazidin qızı)

Aişə Sultan (1465, Amasya1515, İstanbul) — 8. Osmanlı sultanı II Bəyazidin qızı.[1][2]

Aişə Sultan
osman. عايشه خاتون
Şəxsi məlumatlar
Doğum tarixi 1465
Doğum yeri Amasya sancaqbəyliyi, Osmanlı imperiyası
Vəfat tarixi 1515
Vəfat yeri İstanbul, Osmanlı imperiyası
Fəaliyyəti əsilzadə
Atası II Bəyazid
Anası Nigar Xatun
Həyat yoldaşı Kürəkən Sənan Paşa
Uşaqları Sultanzadə Əhməd bəy
Ayşə Hanzadə xanım Sultan
Gövhərşah xanım Sultan
Qəmərşah xanım Sultan
Fatma xanım Sultan
Mihrihan xanım Sultan
Ailəsi Osmanlı xanədanı

Aişə Sultan 1465-ci ildə Amasyada dünyaya gəldi. Atası Fateh Sultan Mehmedin oğlu və o illərdə Amasya sancaqbəyi olan Şahzadə Bəyazid, anası isə onun kənizlərindən Nigar Xatundur. Uşaqlıq illəri Amasyada keçən Aişə Sultan 1480-ci ildə Sənan Paşayla evləndi və nigahın ardından Sənan Paşa kaptan-ı dərya təyin edildi. Aişə Sultan daha sonra Anadolu bəylərbəyi təyin edilən əriylə birlikdə Anadolunun müxtəlif bölgələrində yaşadı. Cütlüyün bu nigahdan 1 oğlu və 5 qızı dünyaya gəldi.

Ərinin vəfatından sonra övladlarıyla birlikdə 1504-cü ildə İstanbula döndü. Atasının və onun vəfatından sonra ögey qardaşı Yavuz Sultan Səlimin səltənətlərində sarayda nüfuz sahibi oldu. Ədirnədə bir məscid, Gəliboluda isə məscid və məktəb inşa etdirən Aişə Sultan ərindən miras qalan bir çox torpaq mülklərini bunlara vəqf etdi.

Qardaşı Şahzadə Qorqudun öncə atasına, daha sonra isə qardaşı Yavuz Sultan Səlimə qarşı ayaqlanması hadisələrində vasitəçi rolu oynadı və qardaşının yazdığı məktublarla bağışlanmasını istədi. 1515-ci ildə İstanbulda vəfat etdi.

  • Türe, Fatma; Keşoğlu, Birsen Talay (July 12, 2011). Women's Memory: The Problem of Sources. Cambridge Scholars Publishing. p. 63. ISBN 978-1-443-83265-6
  • Majer, Hans Georg (2002). Frauen, Bilder und Gelehrte: Studien zu Gesellschaft und Künsten im Osmanischen Reich, Volume 1. Simurg. p. 105. ISBN 978-9-757-17263-5
  • Sakaoğlu, Necdet (2008). Bu mülkün kadın sultanları: Vâlide sultanlar, hâtunlar, hasekiler, kadınefendiler, sultanefendiler. Oğlak Yayıncılık. ISBN 978-9-753-29623-6
  1. Yavuz Bahadıroğlu, Resimli Osmanlı Tarihi, Nesil Yayınları (Ottoman History with Illustrations, Nesil Publications), 15th Ed., 2009, ISBN 978-975-269-299-2 (Hardcover).
  2. Narodna biblioteka "Sv. sv. Kiril i Metodiĭ. Orientalski otdel, International Centre for Minority Studies and Intercultural Relations, Research Centre for Islamic History, Art, and Culture (2003). Inventory of Ottoman Turkish documents about Waqf preserved in the Oriental Department at the St. St. Cyril and Methodius National Library: Registers. Narodna biblioteka "Sv. sv. Kiril i Metodiĭ.