Mərkəzi Cümə məscidi (Göyçay)

Göyçay şəhər Mərkəzi Cümə məscidi — Göyçay şəhərinin mərkəzində yerləşən İslam dini abidəsi. Məscid Şirvan-Abşeron memarlıq məktəbi üslubunda 1906-cı ildə tikilmişdir.[1]

Mərkəzi Cümə məscidi
Göyçay şəhər Mərkəzi Cümə məscidi
Göyçay şəhər Mərkəzi Cümə məscidinin kənardan görünüşü
Göyçay şəhər Mərkəzi Cümə məscidinin kənardan görünüşü
Ölkə  Azərbaycan
Yerləşir Göyçay şəhəri, Nəriman Nərimanov küç.
Aidiyyatı Qafqaz Müsəlmanları İdarəsi
Tikilmə tarixi 1906
Üslubu Şirvan-Abşeron memarlıq məktəbi
Minarələri 1
Günbəzləri 1
Rəsmi sayt www.qafqazislam.com  (az.)  (ing.)  (rus.)
KateqoriyaMəscid
ƏhəmiyyətiYerli əhəmiyyətli

Göyçay şəhəri Mərkəzi Cümə məscidinin qədim tarixi var. 1764-cü ilə qədər bu məkanda ətrafında heyva ağacları olan pir-qəbir olmuşdur. Bu səbəbdən yerli əhali tərəfindən bura “heyvalıq” da deyilərmiş.[1]

1764-cü ildə bir tacir burada 10-12 nəfərin namaz qılması üçün hücrə tikdirmiş və hücrə girişində qapı qoydurmuşdur. Buradan karvan keçərkən insanlar namaz qılar və yaxud gecə qalarmışlar.

1898-ci ildə əhalinin çoxluğuna görə məscidin tikilməsi qərara alınmışdır. 1906-cı ildə məscid istifadəyə verilmişdir. Məscid 150-200 nəfərlikdir. Tarixi “Heyvalı” məscidi kimi tanınan Mərkəz məscidinin girişində karvansara tikilmişdir. Məscid naməlum şəxslər tərəfindən 1924-cü ildə yandırılmış, həmin ildə yenidən bərpa edilmişdir. 1924-30-cu illərdə Pedaqoji məktəb kimi fəaliyyət göstərmişdir. 1955-ci ildən sonra orta məktəb olmuşdur. Bir neçə dəfə məscidin yerində tikilmiş 4 saylı məktəb yanğına məruz qalmışdır.[1]

6 aprel 2000-ci ildə yenidən bərpa üçün təməli atılmış Mərkəz məscidi 27 sentyabr 2002-ci ildən ibadətə açılmışdır.[1]

  1. 1 2 3 4 "GÖYÇAY ŞƏHƏR MƏRKƏZİ CÜMƏ MƏSCİDİ". 2021-03-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-03-03.