Noraşen rayonu

Şərur rayonuAzərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının tərkibində inzibati – ərazi vahidi. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 55-XII saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının İliç rayonu Şərur rayonu adlandırılmışdır.[3]

Rayon
Şərur

39°33′09″ şm. e. 45°03′47″ ş. u.


Ölkə
Daxildir Naxçıvan
İnzibati mərkəz Şərur
Tarixi və coğrafiyası
Yaradılıb 8 avqust 1930
Sahəsi 870[1] km²
Hündürlük
952 m
Əhalisi
Əhalisi 116 600 [2] nəfər
Rəqəmsal identifikatorlar
ISO kodu AZ-SAR
Telefon kodu 994 36
Poçt indeksi 6800
Avtomobil nömrəsi 68
Şərur xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şərur rayonu – Muxtar Respublikanın qərbində yerləşir, cənubda İranla həmsərhəddir. Ərazisinin şimalı və şərqi dağ relyefinə malikdir. Dərələyəz dağ sistemi buradan keçir. Ən yüksək dağı – Qalınqayadır (2775 metr). İqlimi yarımsəhra, quraqdır. Lakin kifayət qədər yumşaqdır – qışda temperatur nadir hallarda +3 dərəcədən aşağı düşür, yayda + 50 dərəcədən yuxarı qalxmır.

Buradan Araz çayının qolu Arpaçay və digərləri axır. Arpaçay suyundan suvarmada istifadə edilir. Onun üstündə Arpaçay su anbarı tikilmişdir. Yerli faunası – muflonlar (dağ qoyunu), canavarlar, dağ keçiləri, tülkülər, qabanlar, dovşanlardır və.s.

Burada olan tarixi abidələr Araz və Arpaçay sahilləri boyunca bürünc dövrünə aid qədim yaşayış məskənləri ilə təmsil olunur. Qazma mağarasında mustye dövrünə aid daş və obsidian əmək alətləri, Şahtaxtı yaşayış məskənində zövqlə işlənmiş bəzəkli saxsı qab nümunələri aşkar edilmişdir. Arbatan, Verməziyar, Qarahəsənli, Babəki, Kosacan kəndləri yaxınlığında aparılmış arxeoloji qazıntılar göstərmişdir ki, burada qədim yaşayış məskənləri yerləşirmiş. Onlar Kölüklər, Köhnə, Arbatan, Köhnəkənd, Kültəpə kimi toponimlərin yaddaşında yaşayır. Burada çoxlu ev əşyaları və bəzəkli saxsı qablar aşkar edilmişdir.

Şərur rayonu (1930–1964-cü illərdə Noraşen rayonu, 1964–91-ci illərdə İliç rayonu) 8 avqust 1930-cu ildə təşkil edilmişdir. Şimalda və şimal-şərqdə Ermənistan Respublikası, cənubda və cənub-qərbdə İranla həmsərhəddir. Ərazisi 811,14 km2 . Rayonda 1 şəhər, 65 kənd yaşayış məntəqəsi var. Mərkəzi Şərur şəhəridir.

Rayon ərazisinə Şərur şəhəri və Yengicə, Alışar, Xələc, Şəhriyar, Muğanlı, Qorçulu, Kürçülü, Kürkənd, Cəlilkənd, Mahmudkənd, Günnüt, Bəhruz Kəngərli, Düdəngə, Zeyvə, Oğlanqala, Dizə, Aşağı Yaycı, Yuxarı Yaycı, Şahbulaq, Gümüşlü, Axura, Həmzəli, Qarxun, Sərxanlı, Məmmədsabir, Muğancıq Müslüm, Muğancıq Mehrab, Yuxarı Aralıq, Aşağı Aralıq, Siyaqut, Kosacan, Yuxarı Daşarx, Aşağı Daşarx, Dərəkənd, Oğuzkənd, Xanlıqlar, Ələkli, Vərməziyar, Stansiya Daşarx, Danyeri, İbadulla, Qışlaq Abbas, Ərəbyengicə, Tumaslı, Vayxır, Diyadin, Maxta, Qaraburc, Axamət, Kərimbəyli, Dərvişlər, Çərçiboğan, Babəki, Arbatan, Arpaçay, Çəmənli, Qarahəsənli, Çomaxtur, Püsyan, Təzəkənd, Dəmirçi, Havuş, Yeni Havuş, Xətai, Tənənəm kəndləri daxildir. Şərur rayonu tarixən Azərbaycanın mədəni, iqtisadi, siyasi həyatında mühüm yer tutmuşdur. Şərur rayonu Yallı rəqsinin beşiyidir, yarandığı yerdir. Dahi bəstəkar Üzeyir Hacıbəyov demişdir:"Şərur Azərbaycan Folklor Mədəniyyətinin Beşiyidir". Uzun illər boyu Şərur rayonundan olan Azərbaycanlılar yüksək dövlət vəzifələrində çalışmış və çalışırlar. Şərur Azərbaycanın dövlət quruculuğunda ən mühüm yerə sahibdir.

Rayonun səthi şimalda və şərqdə dağlıq, Arazboyu hissədə bir-birindən tirə və yüksəkliklərlə ayrılan maili düzənliklərdən (Şərur, Sərdar və Tənənəm düzləri) ibarətdir. Ərazidə Dərələyəz silsiləsi əsas yer tutur. Hündürlüyü Araz çayı sahilində təqribən 600–700 m-dən Dərələyəz silsiləsində 2775 metrədək (Qalınqaya dağı) dəyişir. Düzənlik və dağətəyi hissədə əsasən Antropogen, dağlıq hissədə Devon, Perm, Trias, Təbaşir çöküntüləri yayılmışdır. Faydalı qazıntıları: polimetal filizlər, travertin, mərmərəbənzər əhəngdaşı və s. Yayı quraq keçən soyuq yarımsəhra, quru çöl və yayı quraq keçən soyuq iqlimi var. Orta temperatur yanvarda 3-dən 6 °C-yə qədər, iyulda 20–26 °C, illik yağıntı 200–400 mm-dir. Çayları (Şərqi Arpaçay və s.) rayonun İranla sərhədi boyu axan Araz hövzəsinə aiddir; suvarmada geniş istifadə olunduğundan suları yayda mənsəbə çatmır.

Şərqi Arpaçay üstündə tikilmiş su anbarının (bax Arpaçay su anbarı) fəaliyyəti sayəsində kənd təsərrüfatı torpaqlarının suvarılması təmin edilir. Boz və çəmən-boz, şorəkətvarı boz-qonur, dağ-şabalıdı və qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. Bitki örtüyü əsasən, yarımsəhra bitkilərindən (yovşan, şoranotu və s.) və dağ-kserofitlərindən ibarətdir. Heyvanları: qaya keçisi, muflon, canavar, tülkü, boz dovşan, çöldonuzu, daşlıq dələsi, çöl siçanı və s. Quşlardan kəklik, ular, qaraqarın bağrıqara və s. var. Əhali. Rayonun əhalisi 93,3 min nəfərdir (1 iyul 2008). Orta sıxlıq 1 km2 -də 118 nəfərdir. İri yaşayış məntəqələri Şərur şəhəri, Dəmirçi və Püsyan kəndləridir.

Rayon ərazisi hələ qədim zamanlardan bəri azərbaycanlılarla məskunlaşmışdır. Hazırda da rayon əhalisinin əksər hissəsi azərbaycanlılardan ibarətdir. Şərur rayonun əhalisi tam olaraq Oğuz Türklərindən gəlmədir.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Şərur rayonu Naxçıvan MR-in ən böyük tütünçülük, üzümçülük, heyvandarlıq, taxılçılıq və tərəvəzçilik rayonu, Azərbaycan Respublikasının isə iri tütünçülük rayonlarından biridir. Kənd təsərrüfatına yararlı torpaqlar 31.5 min ha-dır. Bunun 13.8 min ha sahəsində əkin aparılmışdır. Suvarılan torpaqlar 16.3 min ha-dır. Dənli və dənli-paxlalı bitkilər (əsasən buğda, qismən arpa, qarğıdalı və s.), texniki bitkilər (tütün), tərəvəz-bostan bitkiləri, (o cümlədən şəkər çuğunduru), kartof, yem bitkiləri əkilir. 1999-cu ildə Şərur rayonu üzrə aqrar islahatlar başa çatdırılıb, 18.881 ha sahə xüsusi mülkiyyətə verilib, 48 ha-dan artıq torpaq isə bələdiyyə mülkiyyətində qalıb. 99.757 nəfər pay norması əsasında torpaq payları ilə təmin olunub. Hər nəfərə orta hesabla 1893 m² torpaq sahəsi düşüb. Torpaqları suvarmaq üçün Həmzəli, Kərimbəyli və digər kəndlərdə nasos stansiyalarından və artezian quyularından istifadə edilmişdir. 58 km-lik Şərur-Naxçıvan su kəməri bərpa edilib işə salınmışdır.

2003–2004-cü illər ərzində Şərur rayonunda bütün təsərrüfat dərəcələri üzrə taxıl məhsulları istehsalı 13,8 %, kartof istehsalı 15,7 %, meyvə istehsalı 1,6 %, üzüm istehsalı isə 0,7 % artmışdır. 2004-cü ildə muxtar respublikada istehsal olunan taxılın 23,1 %-i, tərəvəzin 29,8 %-i, bostan məhsullarının 11,5 %-i, kartofun 34,9 %-i, meyvənin 92,2 %-i, üzümün 15,5 %-i Şərur rayonunun payına düşmüşdür. Muxtar respublikada istehsal olunan ətin 33,1 %-i, südün 32,2 %-i, yunun 18,5 %-i, yumurtanın 35,3 %-i Şərur rayonuna aiddir. Muxtar respublikadakı qaramalın 32,9 %-i, o cümlədən inək və camışların 33,3 %-i, xırda buynuzlu heyvanların 18,4 %-i Şərur rayonunun payına düşür (2004). Qış otlaqları geniş sahə tutur. Rayonda heyvandarlıq birlikləri yaradılmışdır.

Şərur rayonunun sənayesi, əsasən, kənd təsərrüfatı məhsulları emalı və tikinti materialları istehsalı üzrə ixtisaslaşmışdır. Rayonda 3 şəkər çuğunduru şirkəti fəaliyyət göstərir. Konserv zavodu, 3 şərab zavodu, quşçuluq fabriki, sənaye kombinatı, Gümüşlü dağ mədəni, Şahtaxtı daş karxanası rayonun əsas sənaye müəssisələridir. 2004-cü ildə muxtar respublika sənaye məhsulunun 17 %-i Şərur rayonunun müəssisələrində istehsal olunmuşdur. Muxtar respublikada kapital qoyuluşunun 5,6 %-i, istifadəyə verilmiş əsas fondların 4,8 %-i, cəmi əmtəə dövriyyəsinin 23 %-i, əhaliyə göstərilən pullu xidmətlərin 19,3 %-i Şərur rayonunun payına düşmüşdür. Əhalinin hər nəfərinə düşən pullu xidmətlərin həcmi 214.1 min manat olmuşdur ki, onun da 17,4 %-ini məişət xidməti təşkil edir. Bakı-Yerevan dəmir yolu, Naxçıvan-Yerevan avtomobil magistralı rayonun ərazisindən keçir (vaxtilə ümumittifaq şəbəkəsinə daxil olan dəmir yolu və avtomobil xətləri Ermənistanın apardığı təcavüzkarlıq siyasəti nəticəsində 1992-ci ildən işləmir).

13 sentyabr 2019-da prezidentin Fərmana əsasən Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda Şərur Sənaye Məhəlləsi yaradılır. Şərur Sənaye Məhəlləsinin ərazisində qeyri-neft sənaye sahələri üzrə məhsul istehsalı müəssisələri, habelə xidmət müəssisələri yaradılır; Şərur Sənaye Məhəlləsinin fəaliyyətinin təşkili, tənzimlənməsi, idarə olunması və inkişafı ilə bağlı tədbirləri Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi idarəedici təşkilat həyata keçirir.[4]

Tarixi-arxeoloji abidələr və memarlıq

[redaktə | mənbəni redaktə et]

Şərur rayonu ərazisində qədim insanların əmək fəaliyyətini və həyat tərzini əks etdirən maddi mədəniyyət qalıqları ilə zəngin xeyli arxeoloji abidə var (XX əsrin 30-cu illərindən tədqiq olunur). Bu abidələr qədim yaşayış yerləri, qalalar, qəbiristanlıqlar və memarlıq abidələrindən ibarətdir. 1987–90-cı illərdə Daş dövrünə (Mustye) aid Qazma mağarasından maddi mədəniyyət qalıqları, o cümlədən çaxmaqdaşı və obsidiandan (dəvəgözü) hazırlanmış xeyli əmək aləti aşkara çıxarılmışdır. Eneolit və Kür-Araz mədəniyyəti abidələrinin bu ərazidə sayca çoxluğu və mədəni təbəqənin qalınlığı e. ə. IV–III minilliklərdə Şərur ərazisində əkinçi-maldar tayfaların intensiv məskunlaşdığını göstərir. Orta Tunc dövrünün abidələri, əsasən, Araz, Arpaçay və onların qolları üstündə salınmışdır. Şortəpə və s. abidələrdən yüksək sənətkarlıqla hazırlanmış boyalı qablar aşkar olunmuşdur. E. ə. II minilliyin sonu – I minilliyin əvvəllərində Şərur rayonu ərazisində Xocalı-Gədəbəy mədəniyyətinin (son Tunc-ilk Dəmir dövrləri) keramikası ilə seçilən abidələr yayılmışdı. E. ə. I minilliyin 1-ci yarısına aid abidələrin tədqiqi bu əraziyə xarici işğalçıların, xüsusilə Urartu basqınlarının artdığını göstərir. Bölgədə Oğlanqala, Qalacıq, Govurqala, Qarasu qalası kimi müdafiə istehkamları inşa edilmişdir. Qədim Şərur ərazisi küp qəbirlərlə zəngindir. E. ə. I minilliyin 2-ci yarısına aid abidələr Alban (Qafqaz) mədəniyyətinə məxsus elementləri ilə seçilir. Eramızın I–IV əsrlərində bölgədə quyu qəbirlərlə xarakterizə olunan arxeoloji mədəniyyətin yayılması xüsusi maraq doğurur. Qəbirlərin dəfn adətinin müəyyən cəhətləri türk tayfalarının Azərbaycana axınının gücləndiyini göstərir. Erkən və inkişaf etmiş orta əsrlərdə Şərur rayonu ərazisində yaşayış məskənlərinin sayı xeyli artmışdır. Şərur rayonunda, Naxçıvan–Şərur avtomobil yolunun sağ tərəfində orta əsrlərə aid yaşayış yeri Parçı yerləşir. Şərur sözünün mənası qədim zamanlardan gəlir. Şumerlərin yaradılış dastanlarında qədim mifik obrazlar içərisində Şərur obrazı xüsusi yer tutur. Bu obraza Ninurta haqqında mifdə rast gəlinir. Ninurta cənub küləklərinin və qasırğa allahıdır. Burada əjdahaya, qara qüvvəyə qarşı mübarizə əsas yer tutur. Bu cür motivlərə şumerlərdən sonrakı xalqların miflərində də rast gəlinir. S. N. Kramer Şərurla bağlı məlumatların qədim yazılı mətnlərdə çox az olduğunu qeyd edir. Mifin məzmunu göstərir ki, Şərur obrazı şumerlərdə xüsusi əhəmiyyətə və hörmətə malik olmuşdur. Belə olmasa, o, Ninurta kimi ilahəyə göstəriş verə bilməzdi.

Şərur rayonu ərazisində memarlıq abidələrindən orta əsrlərə aid Arpaçay üzərində körpü, bürclər, məscid və pirlər, karvansaralar mühafizə olunmuşdur. Mühüm elmi və tarixi əhəmiyyət kəsb edən nadir abidələr əsaslı şəkildə bərpa olunmuşdur. Rayonun ərazisində aparılan yenidənqurma və quruculuq tədbirləri nəticəsində gözəl, müasir tikililər, milli arxitekturalı binalar, qədim üslubda meydanlar inşa edilmiş, yollar boyu kəndlər abadlaşdırılmış, kəndlərarası körpülər tikilmişdir.

# Bələdiyyələrin adı Hər bələdiyyə üzrə əhalinin sayı
1 Şərur şəhər bələdiyyəsi 6700
2 Dəmirçi kənd bələdiyyəsi 4980
3 Düdəngə kənd bələdiyyəsi 3927
4 Mahmudkənd kənd bələdiyyəsi 3878
5 Yengicə kənd bələdiyyəsi 3791
6 Püsyan kənd bələdiyyəsi 3679
7 Çərçiboğan kənd bələdiyyəsi 3200
8 Çomaxtur kənd bələdiyyəsi 3050
9 Oğlanqala kənd bələdiyyəsi 2897
10 Danyeri kənd bələdiyyəsi 2814
11 Zeyvə kənd bələdiyyəsi 2485
12 Maxta kənd bələdiyyəsi 2425
13 Alışar kənd bələdiyyəsi 2077
14 Şəhriyar kənd bələdiyyəsi 2056
15 Xanlıqlar kənd bələdiyyəsi 2049
16 Qarxun kənd bələdiyyəsi 1893
17 Qışlaqabbas kənd bələdiyyəsi 1785
18 Dizə kənd bələdiyyəsi 1758
19 Kərimbəyli kənd bələdiyyəsi 1697
20 Cəlilkənd kənd bələdiyyəsi 1662
21 Siyaqut kənd bələdiyyəsi 1548
22 Yuxarı Daşarx kənd bələdiyyəsi 1459
23 Aşağı Yaysı kənd bələdiyyəsi 1453
24 Axura kənd bələdiyyəsi 1448
25 İbadulla kənd bələdiyyəsi 1337
26 Xələc kənd bələdiyyəsi 1260
27 Əlikli kənd bələdiyyəsi 1253
28 Vərməziyar kənd bələdiyyəsi 1237
29 Kosacan kənd bələdiyyəsi 1226
30 Dərəkənd kənd bələdiyyəsi 1184
31 Muğanlı kənd bələdiyyəsi 1079
32 Yuxarı Aralıq kənd bələdiyyəsi 1049
33 Məmmədsabir kənd bələdiyyəsi 955
34 Aşağı Aralıq kənd bələdiyyəsi 931
35 Vayxır kənd bələdiyyəsi 914
36 Yuxarı Yaycı kənd bələdiyyəsi 906
37 Çəmənli kənd bələdiyyəsi 875
38 Axaməd kənd bələdiyyəsi 873
39 Ərəbyengicə kənd bələdiyyəsi 872
40 Kürkənd kənd bələdiyyəsi 858
41 Kürçülü kənd bələdiyyəsi 812
42 Tənənəm kənd bələdiyyəsi 746
43 Mudancıq Müslüm kənd bələdiyyəsi 728
44 Qarahəsənli kənd bələdiyyəsi 722
45 Həmzəli kənd bələdiyyəsi 717
46 Arbatan kənd bələdiyyəsi 715
47 Oğuzkənd kənd bələdiyyəsi 706
48 Qorçulu kənd bələdiyyəsi 689
49 Aşağı Daşarx kənd bələdiyyəsi 371
50 Muğancıq Mehrab kənd bələdiyyəsi 607
51 Tumaslı kənd bələdiyyəsi 585
52 Dərvişlər kənd bələdiyyəsi 552
53 Şahbulaq kənd bələdiyyəsi 551
54 Sərxanlı kənd bələdiyyəsi 514
55 Arpaçay kənd bələdiyyəsi 506
56 Gümüşlü kənd bələdiyyəsi 472
57 Qaraburc kənd bələdiyyəsi 444
58 Stansiya Daşarx kənd bələdiyyəsi 407
59 Xətai kənd bələdiyyəsi 361
60 Diyadin kənd bələdiyyəsi 332
61 Təzəkənd kənd bələdiyyəsi 254
62 Yeni Havuş kənd bələdiyyəsi 244
63 Havuş kənd bələdiyyəsi 113
64 Babəki kənd bələdiyyəsi 110
65 Cəmi 93778

Qardaş şəhərlər

[redaktə | mənbəni redaktə et]
  1. "Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası – İnzibati ərazi vahidləri : Şərur rayonu" (PDF). 2016-03-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-02-16.
  2. "Arxivlənmiş surət". 2020-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-02.
  3. "Naxçıvan Muxtar Respublikasının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 55-XII saylı Qərarı". 2018-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-21.
  4. Şərur Sənaye Məhəlləsi yaradılır