Tağamir (Meğri)

Tağamir — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda olmuş kənd.[1]

Kənd
Tağamir
Ölkə  Ermənistan
Region Zəngəzur mahalı
Rayon Meğri rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı UTC+4

Tağamir kəndinin adı 1593 ci ildə Osmanlı İmperiyasının İrəvan əyalətinin İsgəndərqalası livasının nahiyəsi Kəhram Sahibi nahiyəsinin kəndi olaraq adı çəkilir.(18 ailə yaşadığı)[2]Tağamir kəndi isə Liçk (erməni kəndi) kəndinə qatılmışdır[3] 1946-cı ildə kənd ermənicə Liçk adlandırılmışdır.

Toponimdəki "taq" sözünün türk dillərində taq (Azərbaycan dilində daq) sözündən ibarət olması aydın deyil. Onu həm də "taqvarı tikinti" kimi ("Kitabi Dədə Qorqud"da "taqlı ev", Xaqani Şirvaninin bir şeirində "taqlı çadır" — bax: Xaqani, Seç. əsərləri Bakı, 1987, s. 317) də başa düşmək olar.[4]

1918-ci ildə kəndin əhalisi qovulmuşdur. 1922-ci ildə onun bir hissəsi geri qayıdaraq məskunlaşmışdır. XX əsrin 30-cu illərində kəndin əhalisi qonşu azərbaycanlı kəndlərinə köçürülmüş, yerinə ermənilər yerləşdirilmişdir[5]

  1. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913.
  2. "Defter-i mufassal liva-i Urut ve liva-i İskenderkalası"- Ankara, Tapu ve Kadastro Kuyud-i Kadime Arşivi, N. 199, ss.l 1 1–191
  3. * Musa Urud. Zəngəzur. (Elmi-publisistik nəĢr). Bakı, "NURLAR" NəĢriyyat-Poliqrafiya Mərkəzi, 2005
  4. Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Тағамир // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.
  5. Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası. Bakı, 1995