Yaqub Məhəmməd oğlu Nəcəfov (7 iyul 2000; Culfa, Azərbaycan — 8 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi.
Yaqub Nəcəfov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Culfa, Azərbaycan |
Vəfat tarixi | (20 yaşında) |
Vəfat yeri | Şuşa rayonu, Azərbaycan |
Dəfn yeri | Culfa Şəhidlər Xiyabanı |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Leytenant |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi • Cəbrayılın azad edilməsi • Zəngilanın azad edilməsi • Qubadlının azad edilməsi • Şuşanın azad edilməsi |
Təltifləri | 2020 2020 2020 |
Yaqub Nəcəfov 2000-ci il iyulun 7-də Culfa şəhərində anadan olub.[1] 2017-ci ildən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) təhsil alırdı. Quru Qoşunlar Fakültəsinin IV kurs Kursantı idi. 2020-ci ilin sentyabrda İkinci Qarabağ müharibəsinin başlaması ilə bağlı "kiçik leytenant" rütbəsi ilə müharibəyə yollandı.Şəhadətindən sonra leytenant hərbi rütbəsi verilib. Subay idi.
Azərbaycan Ordusunun kiçik leytenantı olan Yaqub Nəcəfov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Cəbrayılın, Zəngilanın, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Yaqub Nəcəfov noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Culfa şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Yaqub Nəcəfov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Yaqub Nəcəfov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Yaqub Nəcəfov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[4]