1. Bünövrə, özül, bina, təməl. Evin əsası çox möhkəmdir.
// məc. Bir şeyin özülünü, təməlini, özəyini təşkil edən şey; kök. Operanın əsasını xalq dastanı təşkil edir.
2. Sif. mənasında. Başlıca, ən mühüm, zəruri. Əsas əlamət. Əsas səbəb. Əsas məsələ. Ağacın əsas budağı. Əsas qüvvələr. Əsas iş yeri. İnkişafın əsas mərhələsi. Əsas şərtlər.
3. Bir hərəkətin və s.-nin düzgünlüyünü, gerçəkliyini izah edən, əsaslandıran, ona haqq qazandıran, ağlabatan ciddi səbəb, bəhanə, dəlil, sübut. Qorxmağa əsası var. Əsas yoxdur. Hansı əsasla?
// İstinad nöqtəsi.
4. Adətən cəm şəklində: əsaslar – hər hansı bir elmin başlıca müddəaları, prinsipləri, elementləri. Kimyanın əsasları. Nəzəri mexanikanın əsasları.
5. qram. Sözün, sözdəyişdirici şəkilçidən qabaq gələn başlıca (sadə, düzəltmə və ya mürəkkəb) hissəsi.
6. kim. Turşularla birləşəndə duz əmələ gətirən kimyəvi birləşmə. Qələvi əsaslar.
7. riyaz. Həndəsi fiqurun hündürlüyünə perpendikulyar olan tərəfi. Üçbucağın əsası.
◊ Əsas etibarilə – əsasən, başlıca olaraq, ümumiyyətlə.
Əsas götürmək (almaq, tutmaq) – bir əsas kimi qəbul etmək, əsaslanmaq.
Əsas qanun – konstitusiya.
Əsası qoyulmaq – 1) təsis edilmək, bünövrəsi, təməli, özülü qoyulmaq;
2) başlanmaq.
Əsasına qədər – tamamilə, bütünlükdə, büsbütün, kökündən.
Əsasını qoymaq – 1) bünövrəsini, özülünü, təməlini qoymaq;
2) təsis etmək.
…əsasında durmaq,
…əsasını təşkil etmək – bir şeyin mənbəyi, onun əmələ gəlməsinin başlıca səbəbi olmaq.