AĞAPPAQ

sif. Tamamilə ağ, lap ağ. Ağappaq qar kimi. Ağappaq süd kimi. Ağappaq köynək. Ağappaq süfrə.
– Ağappaq yollardan elə bil bu an; Ağ mərcan taxıbdır dağlar boynuna. B.Vahabzadə.
Bacadan burulaburula qalxır; təzə qar kimi ağappaq tüstü. R.Rza.

// Zərf mənasında.
Artıq Ay ağappaq ağarıb sönməkdə idi. S.Rəhman.
Əfruz bacı ağappaq ağarmışdı. S.Rəhimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • AĞAPPAQ AĞAPPAQ (tamamilə ağ) Mizə dirsəklənən Davud əvvəl qolundakı saata, sonra otağın qar kimi ağappaq divarında taqqataqla işləyən xoruzlu saata baxdı (H

Antonimlər (əks mənalı sözlər)

  • AĞAPPAQ AĞAPPAQ – QAPQARA Qara gözlərin ağı süd kimi ağappaq, qarası kömür kimi qapqara (G.Hüseynoğlu)
AĞANƏNƏ
AĞARAN

Digər lüğətlərdə