ADDIMBAŞI

zərf Hər addımda, hər yerdə, tez-tez, arası kəsilmədən.
Nəğməyə söz verək, ötək ucadan; Şirin bülbül kimi hər addımbaşı. M.Rahim.
…Usta ona [Davuda] müstəqil iş tapşırır, addımbaşı yoxlayırdı. Mir Cəlal.
Divanxana qapısında belə şeylərə addımbaşı rast gəlmək olardı. P.Makulu.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ADDIMBAŞI tez — aramsız

Antonimlər (əks mənalı sözlər)

  • ADDIMBAŞI ADDIMBAŞI – HƏRDƏN Usta ona müstəqil iş tapşırır, addımbaşı yoxlayırdı (Mir Cəlal); Əntiqə hərdən özünə cürət verib ağasından soruşurdu (Mir Cəlal)
ADDIMBAADDIM
ADDIMLAMA

Digər lüğətlərdə