ALAGÖL

is. Adda-budda göllər olan yer.
ALAFRANQÁ
ALAGÖZ
OBASTAN VİKİ
Alagöl
Alagöl (Qazaxıstan) — Qazaxıstanda yerləşən ən nadir göllərdən biri. Alagöl — Şəki-Zaqatala zonasında göl; Alagöl — Yevlax rayonu ərazisində göl. Böyük Alagöl — Kiçik Alagöl — Böyük Alagöl — Kəlbəcər rayonu ərazisində dağ.
Alagöl (Qazaxıstan)
Alagöl (qaz. Алакөл) — Qazaxıstanda yerləşən ən nadir göllərdən biridir. O, respublikanın cənub-şərq hissəsində Çin Xalq Respublikası ilə həmsərhəddir Alagöl gölü Alagöl gölləri sırasında ən böyük göldür. O, öz gözəlliyi və insan əli dəyməmiş təbiətinə görə nadirdir. Göl dəniz səviyyəsindən 347 metr yüksәklikdә yerləşir. Onun uzunluğu 104 km, eni isə 52 km-ə çatır. Gölün sahili nadir qara müalicəvi çınqıl örtüyə malikdir. Alagöl gölünün suyunun tərkibi dəniz suyunun tərkibi ilə eynidir: natrium sulfat-xloridi. Gölün suyu ilıqdır, suyun orta temperaturu 26 dərəcədir. Gölün suyu dəri xəstəliklərinin: psoriaz, ekzema, neyrodermit, örə müalicəsi üçün əhəmiyyətli olan faydalı xüsusiyyətlərə malikdir.
Alagöl gölü
Alagöl (Qazaxıstan) — Qazaxıstanda yerləşən ən nadir göllərdən biri. Alagöl — Şəki-Zaqatala zonasında göl; Alagöl — Yevlax rayonu ərazisində göl. Böyük Alagöl — Kiçik Alagöl — Böyük Alagöl — Kəlbəcər rayonu ərazisində dağ.
Böyük Alagöl
Böyük Alagöl — Qarabağ vulkanik yaylasında, Kəlbəcər rayonunda yerləşən şirin sulu göl. Kiçik Qafqazın göllərinə aid edilir və qərbdə Ermənistanla həmsərhəddir. == Tarixi == Kəlbəcər rayonunun mərkəzi 1993-cü il aprel ayının 2-də Ermənistan silahlı qüvvələri tərəfindən zəbt edildiyindən, göl ermənilərin işğalı altında idi. 15 dekabr 2020 tarixindən Azərbaycan geri almışdır. == Haqqında == Dəniz səviyyəsindən 2729 m yüksəklikdə yerləşir, ən uzun yeri 3,7 km, ən enli yeri 9 m-dən artıqdır, gölün həcmi isə 24,3 mln m³. Gölün ətrafı qiymətli alp çəmənlikləridir. Sahəsi 5,1 km², uzunluğu 3670 m, maksimal eni 2875 m, orta eni 1365 m, sahil xəttinin uzunluğu 24,8 km, maksimal dərinliyi 9,4 m-dir. Böyük Alagölün yerləşdiyi ərazidə, yay vaxtı quruyan göllər də daxil olmaqla 30-a qədər göl var. Bunlardan ən böyüyü Kiçik Alagöl (sahəsi 0,9 km²), Cilligöl (sahəsi 0,3 km²), və Dikpiləkən çayının mənbəsində (3028 m) yerləşən Dikpiləkən gölüdür (sahəsi 0,06 km²). Böyük Alagölə 7 çay tökülür.
Kiçik Alagöl
Kiçik Alagöl — Qarabağ vulkanik yaylasında, Kəlbəcər rayonunda yerləşən şirin sulu göl. Dəniz səviyyəsindən 2739 m yüksəklikdə yerləşir, səhtinin sahəsi 1,2 km², ən dərin yeri metrdir. Gölün ətrafı qiymətli alp çəmənlikləridir. == Tarixi == Kəlbəcər rayonu 1993-cü il aprel ayının 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən zəbt edildiyindən, göl ərazisi də işğal altına düşür. 10 noyabr 2020-ci ildə imzalanan atəşkəs bəyanatına əsasən 25 noyabrda Ermənistan Silahlı Birləşmələri Kəlbəcər rayonunu boşaldıb Azərbaycan Silahlı Qüvvələrinə təhvil vermişdir.. Müvafiq olaraq gölün yerləşdiyi ərazi də Azərbaycanın nəzarətinə keçir. == Haqqında == Kiçik Alagöl Böyük Alagöldən 2 km cənub-şərqdə yerləşir. Sahəsi 0,9 km², uzunluğu 2000 m, maksimal eni 825 m, orta eni 450 m, sahil xəttinin uzunluğu 5260 m-dir. Gölün çox hissəsi susevən bitkilərlə örtülmüşdür. Maksimal dərinliyi 4 m-dir.
Alagöllər
Alagöllər — Kəlbəcər rayonunda göllər (30-a qədər) qrupu. Alagöllər — Azərbaycan və Ermənistan sərhədində, Şahdağ silsiləsinin (Kicik Qafqaz) Şimal yamacında dağ. Gədəbəy rayonunun cənubundadır. Hündürlüyü 2972 m. Alagöllər — Laçın rayonunun Şimal qərbində, Qarabağ yaylasında dağ. Qaragöl gölündən Şimalda yerləşir. Hündürlüyü 3175 m.
Alagöllər (Gədəbəy)
Alagöllər — Azərbaycan və Ermənistan sərhədində, Kiçik Qafqazın Şahdağ silsiləsinin şimal yamacında dağ. Hündürlüyü 2,972 metrdir. Subalp və alp çəmənlikləri var. Gədəbəy rayonu ərazisində yerləşir.
Alagöllər (Kəlbəcər)
Alagöllər — Azərbaycanın Kəlbəcər rayonunda göllər qrupu. Bu qrupa 30-a qədər göl daxildir. Dəniz səviyyəsindən 2,700–2,800 metr hündürlükdədir. Ən böyük gölləri Böyük Alagöl, Kiçik Alagöl, Cilligöl və Dikpilləkən gölləridir. Vulkan püskürmələri nəticəsində çayların qabağının kəsilməsindən əmələ gəlmişdir. Şirin suludur. Mal-qaranın suvarılmasında istifadə edilir. Kəlbəcər rayonunun mərkəzi 2 aprel 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən zəbt edildiyinə görə göllər qrupunun ərazisi erməni işğalı altında idi. 15 dekabr 2020-ci tarixində Azərbaycan tərəfindən azad edilmişdir. 29 iyul 2022-ci ildə Alagöllər hövzəsində qısamüddətli və lokal burulğan-tornado hadisəsi baş verib.
Alagöllər (Laçın)
Alagöllər — Azərbaycanın Laçın rayonunun şimal-qərbində, Qarabağ yaylasında dağ. Sönmüş vulkan konusudur. Hündürlüyü 3,175 metrdir. Subalp və alp çəmənlikləri var. Laçın rayonunun mərkəzi 18 may 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən zəbt edildiyinə görə dağın yerləşdiyi ərazi erməni işğalı altında idi. 1 dekabr 2020-ci tarixində Azərbaycan tərəfindən azad edilmişdir.
Pəriçınqıl Alagölü
Pəriçınqıl Alagölü — Laçın rayonu ərazisində göl. Ermənistanın Gorus rayonu ilə sərhəddə şirin sulu göldür. 2974 metr yüksəklikdə yerləşir. Vulkan mənşəli bu göldən mal-qaranın suvanlması üçün istifadə edilir. Ərazidəki Ala göllər qrupundan olan bir neçə göldən fərqləndirmək məqsədilə Pəriçınqıl dağının adından istifadə olunmuşdur.

Digər lüğətlərdə