ALMAZI

sif. Almaz kimi şəffaf; duru, təmiz.
Ədalət gözlərindən almazı yaşlar tökərək başıaşağı dərəyə qaçırdı. Mir Cəlal.

ALMAZ
ALNIAÇIQ
OBASTAN VİKİ
Qaşıqçı almazı
Qaşıqçı almazı — 86 karat çəkiyə malik və ətrafdan iki sıra 49 ədəd brilyantla bəzədilmiş dünyanın ən məşhur 22 almazından biri. Hazırda Topqapı sarayı muzeyində sərgilənir. Topqapı muzeyindəki bu almaza niyə "Qaşıqçı almazı" deyildiyi haqda bir neçə rəvayət vardır. Bunlardan ən ağla batanı brilayntın quruluşunun oval olması və qaşığa bənzəməsidir. Almazın Osmanlı Sarayına necə gəlməsini bir neçə rəvayətlə bağlayırlar. Əfsanəyə görə 1774-cü ildə Pijo adlı bir fransız hərbçisi, bu almazı Hindistanın Mədrəs Mihracesinden pulla alaraq Fransaya aparmışdır. Burada satışa çıxarılan almazı Napoleon Bonapartın anası alır ve uzun illər paltarının sinəsində gəzdirir. Lakin Napoleon sürgünə göndərildiyi zaman oğlunu xilas edə bilmək üçün almazı məcburən satır. Həmin vaxt Fransada olan Təpədələnli Əli Paşanın adamlarından biri paşanın adından 150 min qızıl pula almazı alır və paşaya gətirir. Sultan II Mahmudun dövründə Təpədələnli Əli Paşa dövlətə qarşı çıxdığı üçün öldürülür və paşanın bütün əmlakı müsadirə olunaraq Osmanlı xəzinəsinə göndərilir.
Sansi almazı
"Sansi" almazı — Məşhur qiymətli daşlardan biri. Sansi almazı açıq-sarı rəngdədir, həcmi 55,23 karatdır. Bu təxminən 11,046 qram deməkdir. Sansi almazı barədə müxtəlif rəvayətlər mövcuddur. Ancaq bilinən budur ki, bu almaz heç bir sahibinə xeyir gətirməyib. Ya o evdə uşaqlardan biri ölüb, ya da almazın sahibi taxt-tacdan salınıb, qaçaq düşüb, yaxud öldürülüb. Rus tədqiqatçısı Valeyevin sözlərinə görə almaz ilk dəfə 1064-cü ildə Şərqi Hindistanda tapılıb. Onu yontalamayana qədər 100 karatdan çox olub. Almazı tapan Tacir Caqattunq onu evində saxlamağa qorxarmış. Çünki, almazın onda olmasını nəinki yerli kəndlilər, eləcə də sarayda da bilirmişlər.
Qan almazı
Qan almazı — müharibə zonasından çıxarılaraq qiyamı, işğalçı ordunu və terrorizmi maliyyələşdirmək üçün satılan almaz. Termin müəyyən ərazilərdəki almaz ticarətinin mənfi nəticələrini vurğulamaq və ya hər hansı almazın bu cür ərazidən gətirildiyini qeyd etmək üçün istifadə olunur. 20-21-ci əsrlərdə vətəndaş müharibələri zamanı Anqola, Fil Dişi Sahili, Syerra-Leone, Liberiya, Qvineya və Qvineya-Bisaudan çıxarılmış almazlara bu etiket verilmişdi. Qan almazları mütəşəkkil cinayətkarlıq sindikatları tərəfindən qara bazarda satmaq məqsədi ilə qaçaqmalçılıq yolu ilə gətirilə də bilər. Müharibə iqtisadiyyatı və siyasi ekologiya elmlərindəki işləri ilə tanınan alim Filip Lö-Bilon "münaqişə resursları" arqumentini belə təsvir edir ki, ən qiymətli resurslar xüsusilə münaqişədəki daha zəif qüvvələr üçün əlçatan olanlardır və bu resurslar onları "motivasiya" edə və fəaliyyətlərini davam etdirməyə xidmət edə bilir. Buna baxmayaraq qlobal bazarlardakı əmtəə qiyməti silahlı münaqişə iştirakçıları üçün təbii sərvətin iqtisadi dəyərinin ölçülməsi üçün doğru etalon deyil. Qiymətli daşlar öz dəyərlərinə görə olduqca yüngül və kiçikdirlər ki, bu da onları "qarət üçün əlverişli" edir. Digər tərəfdən qızıl, kimberlit kimi qiymətli faydalı qazıntıların dərindən çıxarılması kapital tutumlu obyektin istismarını və saxlanılmasını tələb edir və alüvial çöküntülər əksinə, sadə alətlərdən istifadə etməklə ucuz şəkildə istismar edilə bilər. Buna görə də allüvial almazlar daha asan istismar olunur.

Digər lüğətlərdə