ALÇALMAQ

f.
1. Aşağı düşmək, gödəlmək, boyu qısalmaq. Çayın kənarı seldən alçalmışdır.
// Enmək, aşağı salınmaq.
Əziz qonaq pilləkənlərdən qalxdıqca onun intizarında duran başlar da alçalırdı. M.S.Ordubadi.

2. Azalmaq, zəifləmək, düşmək. Səsi alçalmaq. Motorun səsi gah alçalır, gah güclənir. Çayda suyun səviyyəsi alçalmışdır.
– Burada, öz-özü ilə danışırmış kimi, qadının səsi alçaldı. Ə.Əbülhəsən.

3. məc. Rütbədə, vəzifədə kiçilmək, hörmətdən, nüfuzdan düşmək.
4. Özünü alçaltmaq, yaltaqlanmaq, izzətinəfsini itirmək.
Alçala-alçala yüksələnlər; Yüksələ-yüksələ alçalanlar gördüm. B.Vahabzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ALÇALMAQ düşmək — enmək — keçmək
  • ALÇALMAQ rəzilləşmək — əclaflaşmaq — şərəfsizləşmək
  • ALÇALMAQ azalmaq — zəifləmək — düşmək
  • ALÇALMAQ gödəlmək — qısalmaq

Antonimlər (əks mənalı sözlər)

  • ALÇALMAQ ALÇALMAQ – UCALMAQ Sən ucala bilsən, alçalacaq dağ (S.Sərxanlı). ALÇALMAQ – YÜKSƏLMƏK Axı mən o qədər də alçalmamışam ki, yüksələ bilməyəm (Ə
ALÇALMA
ALÇALTMA

Digər lüğətlərdə