ALÇAQLIQ

is.
1. Alçaq şeyin halı. Damın alçaqlığı. Ağacın alçaqlığı. Divarın alçaqlığı.
2. Boy qısalığı.
3. məc. Pislik, xarablıq, keyfiyyətsizlik. Malın alçaqlığı. İş keyfiyyətinin alçaqlığı.
4. məc. Rəzillik, şərəfsizlik, namərdlik; alçaq hərəkət. Düşmənin alçaqlığı. Alçaqlıq etmək.
– Bu çöhrələrdə yaltaqlıq, riya … və alçaqlığın hər cürə şəklini görmək mümkün idi. M.S.Ordubadi.
Dilaraya elə gəlirdi ki, Səlim dünyada hər bir alçaqlıq edə bilər. M.İbrahimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ALÇAQLIQ rəzillik — şərəfsizlik — namərdlik
  • ALÇAQLIQ pislik — xudbinlik — keyfiyyətsizlik
  • ALÇAQLIQ qısalıq — gödəklik

Antonimlər (əks mənalı sözlər)

  • ALÇAQLIQ ALÇAQLIQ – HÜNDÜRLÜK Ağacın alçaqlığı gediş-gəlişə maneçilik törədir. Min üç yüz hündürlüyündə olan bu gözəl şəhərdə dağ havası ilə aran günəşi birləş
ALÇAQLATMAQ
ALÇAQTƏPƏLİ

Digər lüğətlərdə