1. bağl. Lakin, amma.
Ancaq mən sevgilərin bu qədər aldadıcı … olduğunu bilmirdim.
[Müdir:] Ancaq eşitdiyimə görə, sizin yoldaşınız Cəmili çox incidir.
2. Zərf mənasında. Çətinliklə, zorla, gücbəla ilə. Tamaşanın üçüncü pərdəsinə ancaq çata bildim. Bu işi axşama ancaq qurtarmaq olar. Bu yerə ancaq beş adam yerləşə bilər. O, axırıncı sözü ancaq söyləyə bildi.
– Görünüşündən [Almurada] 50 yaş ancaq vermək olardı.
3. Ədat kimi işlənir – məhz, sırf, yalnız, tək. Biz buraya ancaq iş üçün gəlmişik. Buna ancaq təəccüb etmək olar. Ancaq nağılla tərbiyə olunmuş beyin hər cür yeniliyə ürəkdən qol aça bilər.
– Evin dolanacağı ancaq Cavadın qələminə bağlı idi.
[Şair:] Bunlar ancaq tərbiyə və istedadın nəticəsində incəsənətin bu qədər ali dərəcəsinə çıxa bilmişlər.