is.
1. zool. Uzunboğazlı, ördəyə oxşar, tutqun qırmızı rəngli caydaq quş. Anqut köçəri quşdur, lakin qışlayanları da olur.
2. məc. dan. Uzun, iri gövdəli, iri sümüklü, yaxud arıqlıqdan sümükləri çıxmış adam haqqında.
□ Anquta dönmək, anqutu çıxmaq – arıqlıqdan anqut kimi boğazı uzanmaq. Arıqlayıb anquta dönmüşdür.
3. məc. Həris, acgöz, çox iştahalı adam haqqında.
□ Anqut kimi udmaq – qabağına qoyulan yeməyi acgözlüklə, tələsik qamarlayıb yemək.