APARICI

sif.
1. Başda gedən, irəlidə gedən, qabaqda gedən.
// Əsas, baş, ən mühüm.
“Rast” ladının mayəsinə bütün pərdələr tabedir: alt kvarta, alt medianta, alt aparıcı ton, üst aparıcı ton, tersiya, üst kvarta, kvinta. Ü.Hacıbəyov.
Burada [elm və təhsil yollarında] şəxsi hünər, səy və zəhmətin aparıcı olduğu da yəqin edilirdi. S.Rəhimov.

2. tex. Mühərrik tərəfindən hərəkətə gətirilən və hərəkəti mexanizmin başqa hissələrinə keçirən. Aparıcı təkərlər. Aparıcı ox.
3. Radio və televiziya verilişlərində mətnin müəllifə aid və ya izahedici sözlərini söyləyən adam.

Sinonimlər (yaxın mənalı sözlər)

  • APARICI əsas — baş — mühüm
APARATÇI
APARILMA
OBASTAN VİKİ
Aparıcı
Aparıcı — radioda, televiziyada, əyləncə məkanında proqramı təqdim edən, izah edən, nümayiş edən və elan edən bir insandır. Spiker (bu sözün əsli ingilis dilindəki <<spiker>> sözündən götürülmüşdür) yerinə görə diktor, şərhçi və aparıcı da adlanır. Aparıcılar yalnız xəbər bülletenləri, reklam yazıları, tanıtım və şərh mətnlərini oxumurlar; Həm də radio və televiziya tərəfindən təşkil edilən müsabiqələr, oyunlar və buna bənzər əyləncə proqramlarını təqdim edir və idarə edirlər. Bu proqramlarda yazılı bir mətn oxumaq əvəzinə onu danışırlar. Əslində klassik aparıcılıq getdikcə daha çox tarixə çevrilir və müasir dövrün aparıcıları daha cəlbedici və aktiv iş sahələrinə üz tuturlar: Teatrlar, musiqi salonları, qumarxanalar və s. Bu tip yerlərdə aparıcıların gördüyü iş daha çox şərh etmək və ya təqdim etməkdir. Radio və televiziya təşkilatları da, dinləyicilərin və tamaşaçıların bir idman yarışmasını və ya bir mərasimi daha yaxşı izləyə, yaxud dinləyə bilmələri üçün aparıcı diktorlardan faydalanırlar.
Kamran Quliyev (aparıcı)
Kamran Quliyev (d. 3 oktyabr 1990, Tiflis, Gürcüstan SSR) — azərbaycanlı televiziya və radio aparıcısı, "Eurovision-2015"in ən gənc şərhçisi. == Həyatı == Kamran Nəriman oğlu Quliyev 3 oktyabr 1990-cı ildə Tbilisi şəhərində dünyaya göz açıb. Evlidir. == Təhsili == Bakı şəhər 246 saylı orta məktəbdə (1995-2006) təhsil alıb. Bakalavr təhsilini (2008-2012) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində almışdır. Ukraynanın ən böyük özəl təhsil müəssisələrindən biri hesab edilən Avropa Universitetində isə (2015-2016) magistr dərəcəsini qazanmışdır. == Fəaliyyəti == 2009-cu ildə Azərbaycanın İctimai Televiziya və Radio Yayımları Şirkətində aparıcı kimi fəaliyyətə başlamışdır.2017-2019-cu illərdə Bakı Biznes Universitetinin Mədəniyyət Mərkəzinin direktoru vəzifəsində çalışmışdır. Hal-hazırda (2017-ci ildən) AY Media Group MMC-nin rəhbəridir.
Nurlana Cəfərova (aparıcı)
Nurlana Cəfərova (tam adı: Cəfərova Nurlana Sakit qızı) — azərbaycanlı aparıcı, tərcüməçi. == Həyatı == Nurlana Cəfərova 1988-ci ilin 24 sentyabr tarixində Bakı şəhərində dünyaya göz açıb. İxtisasca filoloq olan aparıcı ilk dəfə 2006-cı ilin iyun ayında Azad Azərbaycan televiziyasının elan etdiyi müsabiqədə iştirak edərək, müsabiqə qalibi kimi 106.3 FM radiosunda çalışmağa başlamışdır. İlk radio efirinə Emin Musavi ilə birlikdə 2006-cı ilin 25 sentyabrında çıxmışdır. Həmin ilin sonu, şəxsi istəyi ilə eyni şirkətin 106 FM radiosunda işə davam edərək, 2007-ci ilin yanvar ayında ATV kanalında TOP 10 adlı ilk televiziya efirinə başlamışdır. Daha sonra, Azad Azərbaycan televiziyasının efirində , həm müəllifi olduğu gündəlik canlı efir yayımına çıxan ATV Club verilişini müğənni Azad Şabanovla birlikdə tamaşaçılara təqdim etmişdir. Ardınca , ATV Səhər və FreeZone verilişləri ilə efirdə olan aparıcı, paralel olaraq radio fəaliyyətini davam etdirmişdir. Nurlana Cəfərova aktrisa kimi ATV-nin "Qız Atası" və "Kişi Sözü" seriyallarında rol alıb. Radioda çalışdığı dönəmdə, bir çox dünya ulduzları : Akcent, Morandi, Byanka, Thomas Nevergreen, Ferry Corsten, Hardwell, Boney M qrupu, 50 Cent və s. ilə müsahibələr etmişdir.
Ruslan Ağayev (aparıcı)
Ruslan Ağayev (tam adı: Ruslan Bəhmən oğlu Ağayev; 29 iyun 1989, Maqdeburq, Almaniya Federativ Respublikası) — Azərbaycanlı aparıcı, jurnalist və rejissor. == Həyatı == Ruslan Bəhmən oğlu Ağayev 29 iyun 1989-cu ildə Almaniyanın Maqdeburq şəhərində anadan olmuştur. Atası Bəhmən Ağayev hərbçi, anası Arzu Ağayeva isə evdar xanımdır. Ruslan Ağayev 2007-ci ildə İncəsənət Gimnaziyasını bitirmiş və elə həmin ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakultəsinə daxil olmuşdur. Ruslan Ağayev universiteti 2011-ci ildə qırmızı diplomla bitirmişdir. == Karyerası == 2009-2010-cu illərdə "İrəli" İctimai Birliyinin “İrəli” radiosunda aparıcı kimi çalışmışdır. 2011-ci ildə “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Çölçü” filmində rejissor asistenti kimi çalışmışdır. 2011-ci ildə ATV-də yayımlanan “Onlar” verilişində müxbir olaraq çalışmaya başlamışdır. 2012-ci ildə ATV-də yayımlanan “Kimdir Nömrə 1” layihəsində çalışmışdır. Eyni zamanda 2012-ci ildə show.az xəbər portalında fəaliyyət göstərmişdir.
Səbinə Ağayeva (aparıcı)
Səbinə Ağayeva (1985, Marneuli) — REAL TV-nin Baş Redaktoru. == Həyatı == Səbinə Ağayeva 1985-ci ildə Gürcüstan Respublikasının Marneuli şəhərində anadan olub. 2006-cı ildə Tarix fakültəsinin bakalavr pilləsini, 2008-ci ildə magistr pilləsini bitirib. ANS Media akademiyasının və Bakı Dövlət Universitetinin Hüquq fakultəsinin məzunudur. 2011-ci ildə ANS televiziyasının vitse-prezidenti Mir Şahinlə ailə həyatı qurub.2012-ci ildə Aysan, 2015-ci ildə Sevin adlı qızları dünyaya gəlib. == Fəaliyyəti == "İç xəbər"ə 2005-ci ildə layihənin o vaxtkı rəhbəri Fidan Quliyevanın vasitəsilə gəlmişdir. 3 aylıq jurnalistika kurslarını bitirdikdən sonra "İç xəbər" verilişində fəaliyyətə başlamışdır. 2006-2012-ci illərdə İç Xəbər, Növbətçi və Xəbərçi verilişlərinin aparıcısı, 2013-cü ildən isə Xəbərçi verilişinin layihə rəhbəri və aparıcısı olub. 2015-ci ildən Baş Xəbər verilişinin aparıcısı və layihə rəhbəri olub. 2016- cı ilin Mart ayının 1 də ANS TV- dən öz ərizəsi ilə ayrılıb.
Teymur Əliyev (aparıcı)
Tural Məmmədli (aparıcı)
Tural Telman oğlu Məmmədli (27 iyun 1990, Bakı, Azərbaycan SSR) — azərbaycanlı futbol şərhçisi, jurnalist, televiziya aparıcısı. == Həyatı == Tural Məmmədli 27 iyun 1990-cı il Bakı şəhərində anadan olmuşdur. 1996–2007-ci illərdə Bakı şəhərində 20 saylı məktəb-liseydə təhsil alıb. 2007–2011ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində bakalavr təhsilini başa vurub. == Karyerası == 2013-cü ildən "İdman TV" telekanalında futbol şərhçisi və xəbər aparıcısı kimi fəaliyyətə başlayıb. Futbol üzrə 2014–2018-ci il dünya çempionatları, 2016–2020-ci il Avropa çempionatları, 2016-cı il Rio Olimpiadası, 2015–2019-cu illərdə Avropa Oyunları, 2017-ci ildə İslam Həmrəyliyi Oyunları, o cümlədən UEFA Çempionlar Liqası və Avroliqa turnirlərinin şərhçisi olub. Müxtəlif vaxtlarda, "Flaqman", "Avropadan futbol", "Peloton" kimi idman proqramlarının aparıcı olub. Azərbaycanda Türkiyə futboluna həsr olunan ilk veriliş "Ay-Ulduzlu Liqa" proqramının həm layihə rəhbəri, həm də aparıcısıdır. 2016-ci ildən 2018-ci ilə kimi "Azərbaycan" televiziyasında yayımlanan "Səhər" analitik-informasiya proqramının aparıcısı olub. 2020-ci ildən etibarən "Azərbaycan" televiziyasında "Aztv-Xəbər"in də aparıcı kimi fəaliyyətə başlayıb.
Yusif Ağayev (aparıcı)
Yusif Ağayev (tam adı: Ağayev Yusif Hüseyn oğlu, 28 dekabr 1958, Bakı, Azərbaycan SSR) — televiziya aparıcısı. == Həyatı == Yusif Ağayev Hüseyn oğlu 1958-ci il 28 dekabrda Bakıda anadan olmuşdur. 1975-ci ildə Bakıdakı ilk ingilis təmayüllü 7 saylı məktəbi bitirmişdir. Ela hamin il Xarici Dillər Universitetinin ingilis dili fakültesine qəbul olunmuş, 1980-ci ildə təhsilini uğurla basha vurmuşdur. Pedaqoji fəaliyyətinə kənd müəllimi kimi başlamışdır. Bir müddət Oğuz, sonra isə Şamaxı rayonunda ingilis dili fənnini tədris etmişdir. 1999-cu il mart ayının 4-dən bu günə qədər Azad Azərbaycan Teleradio yayım şirkəti — 106 FM radiosunun DJ-yi və direktoru vəzifəsində çalışır. "10-dan sonra" verilişinin aparıcısıdır. Atv telekanalinda 2000-ci ildən 2011-ci ilədək "106 House" verilişinin aparıcısı olmuşdur. 2008-ci ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalına layiq görülmüşdür.
Günay Kazımova (aparıcı)
Onurğa beyninin aparıcı yolları
=== Ön ciyədə olan aparıcı yollar === Ön piramid yol ya ön qabıq-onurğa beyni yolu – lat. tractus pyramidalis s. corticospinalis anterior şüuri hərəki yoldur, beyin qabığının hərəki nahiyəsindəki piramid hüceyrələrin aksonlarından tərtib olunub, ön ciyənin içəri tərəfində yerləşmişdir. Bu yol ümumi piramid yolunun uzunsov beyində çarpazlaşmamış hissəsini təşkil edir və ön ciyə ilə aşağıya doğru gedərək döş seqmentlərinə dək davam edir. ön piramid yolu təşkil edən liflər (lat. fibrae corticospinales) onurğa beyində ayrı-ayrı seqmentlər səviyyəsində çarpazlaşıb ağ bitişməni əmələ gətirir və ön buynuzların hərəki hüceyrələrinə çatır. Örtük-onurğa beyni yolu – görmə-eşitmə reflektor yoludur, ön ciyədə ön piramid yolun içəri tərəfində yerləşmişdir; bu yol orta beyindən (dördtəpənin başlıca olaraq yuxarı qoşa təpəsindən və qismən aşağı qoşa təpəsindən) başlayıb, orada çarpazlaşıb və beyin kötüyünü keçərək onurğa beyninin ön ciyəsinə daxil olur və ön buynuzların hərəki hüceyrələri ilə rabitəyə girir. Görmə və eşitmə üzvlərindən orta beyin qapağına (dördtəpəyə) gələn impulslar (oyanmalar) lat. tractus tectospinalis vasitəsilə ön buynuzalrın hərəki hüceyrələrinə verilir və nəticədə müxtəlif hərəki reaksiyalar meydana çıxır (məsələn diksinmə hadisəsi). dəhliz-onurğa beyni (Lövental) yolu – lat.
Avroviziya Uşaq Mahnı Müsabiqəsi aparıcılarının siyahısı
== İstinadlar ==
Televiziya aparıcısı
Televiziya (yunanca τήλε — uzaq və latınca video — görürəm; televisio — uzağıgörmə) — kütləvi informasiya vasitəsi, səsin və hərəkət edən təsvirin müəyyən məsafəyə ötürülməsi və qəbulu üçün rabitə sistemi. İlk televiziya sitemləri mexaniki idilər və təsviri göstərərək səs müşayiətini nəzərdə tutmurdu. == Televiziyanın cəmiyyətdə rolu == Edvard Merou: "O öyrədə və maarifləndirə, hətta həvəsləndirə bilər, ancaq o vaxta qədər ki, insanlar ondan müvafiq surətdə istifadə edə bilsinlər. Əks halda o sadəcə olaraq naqil və lampalardan ibarət qutudur". == Televiziyanın tənqidi == Artur Çarlz Klark: "Nə vaxtsa bizim nəsil haqqında işıqlı hərflərlə yazacaqlar: "Tanrılar məhv etmək istədiklərinə əvvəlcə televizor bağışlayacaqlar. Biz yaradan yox, tamaşa edən nəsilə çevrilirik".

Digər lüğətlərdə

заду́маться мошни́ца околосерде́чный перешны́ривать софи́тный шепеля́ть висе́ть в воздухе испо́днее контрразве́дка одномото́рный святи́ться сро́дственница algesis composting crossing guard recuperative reins shantey superspace wibbly-wobbly пересинивать пошевельнуть привередница тонкошёрстный услужить