ARAŞDIRMAQ

f. Axtarmaq, yoxlamaq.
[Xəfiyyələr] küçədə gedən arvadların bağlamalarını belə açıb araşdırırlar. M.S.Ordubadi.
Kərim bəy əlini cibinə salıb araşdırdı. Mir Cəlal.

// Tədqiq etmək, təhlil etmək.
[Qəhrəman] uşaqda olan bu aləmi öz fikrində araşdıra-araşdıra (z.) yuxuya getdi. S.Rəhimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ARAŞDIRMAQ 1. ARAŞDIRMAQ, TƏDQİQ ETMƏK, TƏHLİL ETMƏK 2. araşdırmaq bax axtarmaq
ARAŞDIRMA
ARAŞQIN

Digər lüğətlərdə