ARXALANMAQ

f. Güvənmək, istinad etmək, bel bağlamaq.
Geniş kütlələrin, bizə rəğbət bəsləyən və bizi hiss edən … kütlələrin istiqbalına arxalana bilərik. M.S.Ordubadi.
Bu böyük günlərə arxalanaraq; Göstər bu meydanda yeni bir hünər! S.Vurğun.
[Nəriman:] Bu yaxşıdır, – dedi, – yoldaşın yoldaşa arxalanmağı döyüşdə şərtdir! Mir Cəlal.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ARXALANMAQ güvənmək
  • ARXALANMAQ ARXALANMAQ [Tahir:] Fərəc də hazırlıq edir, çünki dalında adamı var, o Səbzəliyevə arxalanır (Anar); GÜVƏNMƏK Xalqıma güvənib, arxalanmışam; Arxamda a
ARXALANMA
ARXALI

Digər lüğətlərdə