ASAYİŞ

is. [ fars. ] Əmin-amanlıq, dinclik, sakitlik, nizam və qayda. Asayişi bərpa etmək. Asayişi pozmaq. Asayişi qorumaq.
– Elmlər sayəsində … insan övladının xoşbəxtlik və asayişinə səbəb olan nəcib icadlar meydana gəlmişdi. M.F.Axundzadə.
Şəhərdə asayiş və əmniyyəti pozmaq … istəyənlər olduğu yerində cəzalanacaqdır. M.S.Ordubadi.

// İstirahət.
Rota bu gün vuruşurdu, sabah asayişdə olurdu, bir müddət sonra yenə cəbhəyə gedir, sonra yenə arxaya düşürdü. Mir Cəlal.

// Rahatlıq.
Könül asayişi, canın rahəti; Gülgəz zənəxdanda, tər zəğəndədir. M.P.Vaqif.
Gözlərindən məni-bədbəxtə bir asayiş yox; Uddurur qan gecələr ol iki bimar mənə. Q.Zakir.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ASAYİŞ dinclik — sakitlik — əmin-amanlıq
  • ASAYİŞ asayiş bax əmin-amanlıq
ASAR
ASBÉST
OBASTAN VİKİ
Asayiş (Rojava)
Daxili Təhlükəsizlik Qüvvələri və ya Asayiş — Rojava muxtar regionlarının polis qüvvəsi. Suriyada vətəndaş müharibəsinin ilkin mərhələlərində formalaşan "Asayiş" ilk növbədə Kürd Ali Komitəsinin nəzarətində olan əraziləri polis üçün yaradılmışdı. 2013-cü ilin oktyabrında "Asayiş"in 4,000 üzvü olduğunu iddia edilmişdir. 2017-ci ilə qədər bu rəqəmin 15,000-dən çox olduğu bildirilir. == Tərkibi == "Asayiş" polisinin 15,000-ə yaxın şəxsi heyəti olduğunu iddia edilmişdir. Cəzirə regionunda 10,000, Əfrin regionunda 3,000 və Fərat regionunda 2,000 nəfərdir. Etnik cəhətdən kürdlər "Asayiş"də üstünlük təşkil edir, baxmayaraq ki, Cəzirə regionunda aktiv personalın yarısı ərəbdir, 300-ə yaxın türkman də əsasən Təl-Əbyəzdə hərbi xidmətə cəlb olunmuşdur. "Asayiş"in təxminən 30%-ni qadınlar təşkil edir. Qüvvə üzvlərinə aylıq 120 dollar maaş verilir. == Təlim == "Asayiş" üzvlərinə silahdan istifadə etməklə yanaşı, "vasitəçilik, etika, Kürdüstan tarixi, imperializm, xalq mədəniyyətinin apardığı psixoloji müharibə və təhsilin və özünütənqidin əhəmiyyəti" mövzusunda da təlimlər keçirilir.
Asayiş (Kürdüstan Regionu)
Asayiş (kürd. Asayîş, hərf. təhlükəsizlik) — İraq Kürdüstanında təhlükəsizlik təşkilatı və regionda fəaliyyət göstərən əsas kəşfiyyat orqanı. Təşkilat 1993-cü ilin sentyabrında təsis edilmişdir. Bu, adətən "kəşfiyyat orqanı", "təhlükəsizlik qüvvəsi", "təhlükəsizlik xidməti", "təhlükəsizlik", "gizli xidmət", "məxfi polis" və ya sadəcə "kürd polisi" adlanır. "Asayiş" İraqın Kürdüstan regionunda fəaliyyət göstərən istintaq silahları və kəşfiyyat toplayıcıları "Parastin u Zanyari" ilə koordinasiya edir və məlumatları paylaşır. Qurum Kürdüstan Parlamentinin və Kürdüstan Regional Hökumətinin komandanlığı altında fəaliyyət göstərir.
"İctimai asayişin qorunmasında əla xidmət etməyə görə" medalı
"İctimai asayişin qorunmasında əla xidmət etməyə görə" medalı — SSRİ Ali Sovetinin 1 noyabr 1950-ci il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı == Xarici keçidlər == "Медаль «За отличную службу по охране общественного порядка»". Ордена и медали СССР. 2012-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 08 января 2008.
Yezidxan asayişi
Yezidxan Asayişi (kürd. Asayîşa Êzîdxanê; mənası – "Yezidxan Təhlükəsizlik Qüvvələri") — PKK-ya bağlı Sincar Müqavimət Birliklərinin nəzarətində olan regionlarda polis qüvvələri. Bu qüvvələr yezidilərin təşkilatıdır və məqsədi azlığın hüquqlarını qorumaqdır. Onun Sincarda PKK-nın təlim keçdiyi polis təlim məntəqəsi var. Qüvvə İraq hökumətindən də rəsmi maliyyə yardımı alır. Yezidxan Asayişi rəsmi olaraq Sincar Müqavimət Birliklərinə tabe deyil və institusional güclərdən asılılığı azaltmağa çalışır. 2014-cü ilin avqustunda "Peşmərgə" qoşunlarının geri çəkilməsi nəticəsində "Peşmərgə"nin müdafiə xətlərini aşaraq yezidilərin yaşadığı ərazilərə keçən İŞİD yezidilərə soyqırımı törətmiş, buna görə də rəsmi güclərə inam azalmışdır. Yeni qurulan qüvvələrin məqsədi, yezidilərin ölkəyə geri qayıtmasını təmin etmək üçün PKK və Sincar Müqavimət Birliklərinin nəzarətində olan regionlarda təhlükəsizlik yaratmaqdır. Son zamanlar yezidilərin təxminən 90%-i hələ də Sincara qayıtmamışdırb. İraq Kürdüstanı bölgəsinin Kürdüstan Demokrat Partiyası (KDP) ilə gərginlik var, çünki KDP yenidən Sincar dağlarında hökmranlıq etmək istəyir.
"İctimai asayişin mükəmməl mühafizəsinə görə" medalı (Ermənistan)
"İctimai asayişin mükəmməl mühafizəsinə görə" medalı Ermənistan Respublikasının dövlət mükafatıdır. == Mükafat proseduru == Medal aşağıdakı kriteryalara görə verilir: Qanunun və asayişin təşviqində nümayiş etdirilən cəsarət və ya fədakarlıq, İctimai asayişin qorunmasında nümayiş etdirilən cəsarət və ya fədakarlıq, Cinayətlə mübarizədə göstərilən cəsarət və ya fədakarlıq, Xidməti vəzifələrini yerinə yetirərkən cəsarət nümayiş etdirmiş, vətəndaşlıq borcunu yerinə yetirərkən şücaət göstərmiş, Xüsusi tapşırıqların nümunəvi yerinə yetirilməsinə görə. == Geyinmək qaydası (Hərbi üsul) == Medal döş qəfəsinin sol tərəfinə taxılır, əgər "Hərbi xidmətlərə görə" medalı varsa — ondan sonra == Medal ilə təltif olunanlar == Ermənistan prezidenti S. Sarkisyanın hakimiyyəti dövründə (9 aprel 2008-ci ildən) 2-si ölümündən sonra olmaqla 65 nəfər medala layiq görülüb.
“İctimai asayişin mükəmməl mühafizəsinə görə” medalı (Ermənistan)
"İctimai asayişin mükəmməl mühafizəsinə görə" medalı Ermənistan Respublikasının dövlət mükafatıdır. Medal aşağıdakı kriteryalara görə verilir: Qanunun və asayişin təşviqində nümayiş etdirilən cəsarət və ya fədakarlıq, İctimai asayişin qorunmasında nümayiş etdirilən cəsarət və ya fədakarlıq, Cinayətlə mübarizədə göstərilən cəsarət və ya fədakarlıq, Xidməti vəzifələrini yerinə yetirərkən cəsarət nümayiş etdirmiş, vətəndaşlıq borcunu yerinə yetirərkən şücaət göstərmiş, Xüsusi tapşırıqların nümunəvi yerinə yetirilməsinə görə. Medal döş qəfəsinin sol tərəfinə taxılır, əgər "Hərbi xidmətlərə görə" medalı varsa — ondan sonra Ermənistan prezidenti S. Sarkisyanın hakimiyyəti dövründə (9 aprel 2008-ci ildən) 2-si ölümündən sonra olmaqla 65 nəfər medala layiq görülüb.

Digər lüğətlərdə