ASMAQ₁

f.
1. Bir şeyi yuxarıdan bir yerə ilişdirib sallamaq, asılı hala salmaq. Lampanı asmaq. Divardan şəkil asmaq.
– Gülnaz qaçıb, saxsı çırağı yandırdı və tövlənin iç tərəfindən qapının yanından asdı. M.İbrahimov.
Gəldiyev sözünü bitirəndə cavab gözləməyib, telefonun dəstəyini asdı. Mir Cəlal.

2. Dar ağacından asmaqla edam etmək, boğazdan asmaq, dara çəkmək.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ASMAQ sallamaq
  • ASMAQ 1. ASMAQ Qudurğan hitlerçilər; ..kəndlilərdən; Asmışdılar üç nəfər (M.Rzaquluzadə); DAR AĞACINA ÇƏKMƏK [Fəxrəddin:]

Omonimlər

  • ASMAQ ASMAQ I f. Bir şeyi yuxarıdan bir yerə ilişdirib sallamaq, asılı hala salmaq. Mən əvvəl sarı paltonu alıb altdan asardım (Anar)

Antonimlər (əks mənalı sözlər)

  • ASMAQ ASMAQ – GÖTÜRMƏK Gəldiyev sözünü bitirəndə cavab gözləməyib, telefonun dəstəyini asdı (Mir Cəlal); Haydı, çantanızı götürüb durun (S

Etimologiya

  • ASMAQ “Hündürdən sallanmaq” deməkdir. Qazan asmaq o deməkdir ki, qabaqlar qazanı hündürdən asıblar. (Bəşir Əhmədov
ASMAQ₂
ASMALIQ

Digər lüğətlərdə