AVAND

is. Bir şeyin, xüsusən, toxunmuş şeyin üst tərəfi, sığallı tərəfi; üz. Bu parçanın astarı avandından yaxşıdır.
// Sif. mənasında. Parçanın avand tərəfi.
– Qiraətxananın ortasındakı uzun masanın üstü isə … avandına (z.) bir-birinin üstünə tökülən qəzet, məcmuə və müxtəlif albomlarla dolu idi. Ə.Əbülhəsən.

◊ Avand olmaq, avanda düşmək – uğurlu olmaq, müvəffəqiyyətli olmaq.
[Məstəlişah:] Məhzər oxuyuram, xanım, ki işimiz avand olsun. M.F.Axundzadə.
[Bədəl:] İt itlə boğuşar, yolçunun işi avanda düşər. Ə.Haqverdiyev.

İşin(iz) avand olsun! – müvəffəqiyyət arzusu bildirən ifadə.
[Səriyyə:] Salam, bacılar, işiniz avand olsun! M.İbrahimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • AVAND üz

Antonimlər (əks mənalı sözlər)

  • AVAND AVAND – ASTAR Bu parçanın astarı avandından gözəldir

Etimologiya

  • AVAND Bu söz tarixən onand kimi olub, on isə “sağ” deməkdir, “səmt” mənasında işlədilir (tərs- onand deyirik)
AVAMYANA
AVANDLAŞDIRMAQ

Digər lüğətlərdə

заме́с многоле́сье объедини́тельница рабфа́ковец редакти́рование лави́рование милитаризова́ть мотокро́сс рази́тельный соми́на сортиро́вочный арянин хупань fiscal ingulf intendancy josser Palmerin pragmatist Theban windhole комбикорм метабиоз повестись укладывать