1. sif. Axmayan, durğun (su haqqında).
2. is. Durğun su, çuxur yerlərdə yığılıb qalan su. Pambıq yerlərində tarlaları suvarmaq üçün axmazların suyundan da istifadə edilir.
– Çayın çox girintili-çıxıntılı olması və allüvial çöküntülərin asanlıqla yuyulması nəticəsində bir sıra axmazlar və köhnə çay yataqları əmələ gəlmişdir.
Bir azdan artıq bataqlığın və axmazların əvəzinə yamyaşıl çöllər görünməyə başladı.