sif. [çin. çay və fars. …xor] Çox çay içən, çox çay içməyi sevən adam. Çayxor adam
is. 1. bot. Taxıllar fəsiləsindən kökümsovlu alaq otu. Belin ağzı saralmış çayırları xırpıltı ilə kəsə-kəsə yekə bir dairə cızdı
is. Çəmən, çəmənlik. İçib sudan pərvazlandı çayır-çəmən; Gözəlləşdi kənd yenidən. B.Vahabzadə
is. Çoxlu çayır bitmiş, çayır basmış yer. [Heybət] …vədinə vəfa edib, axşam düşənə kimi iki parça yeri şumladı, çayırlığa yetişdi
is. Quru çayı saxlamaq üçün qab, qutu; çaydan
1. sif. Çayın sahilində olan, yaşayan. [Həsrət Yusifə:] Xaçının sizin tərəflərdə dəryaça edilməsi … bütün çayqırağı camaatının böyük xoşbəxtliyidir
is. İki çayın qovuşduğu, birləşdiyi yer. [Aşıq Valeh] çayqovuşana çatanda yoldan buruldu. Ə.Məmmədxanlı
is. Quru çay yatağı. Xınalıqdan Şah dağına getmək üçün əvvəlcə çaylağa enməli olursan. R.Rza. [Döyüşçülər] bir az yoxuşla dırmaşdıqdan sonra enişə, hə
“Çaylamaq”dan f.is
f. dan. Çay içmək
is. [çin. çay və rus. …nik] Çay dəmləmək və ya su qaynatmaq üçün dəstəsi və lüləyi olan qab. Elektrik çayniki
is. Aşxanaya və s.-yə gələnlərin xırda xidmət üçün xidmətçiyə verdikləri pul
is. zool. Şirin sularda yaşayan süngər
is. Dəm çaynikindən rəng tökərkən çay dənələrinin stəkana düşməməsi üçün onun lüləyinin ağzına keçirilən və ya stəkanın ağzına qoyulan tor
is. bot. bax ağtikan. Ağtikan və ya çaytikanı … cinsinin yarpaqları ensiz olub, iydə yarpaqlarına oxşayır
is. Tarlada çay yarpaqları yığan, dərən (adam və ya maşın). Qabaqcıl çayyığanlar. // Sif. mənasında. Yenimarkalı çayyığan maşın
zərf Çayın ağzından başlanğıcı istiqamətində, suyun axdığı tərəfin əksinə, çayla başıyuxarı. Çayyuxarı üzmək
“Ç” hərfinin və bu hərflə işarə olunan samitin adı
is. İnquşlara qohum olan Qafqaz xalqı və bu xalqa mənsub adam
sif. və zərf Çeçen dilində. Çeçencə-rusca lüğət
çeçələ barmaq – əlin beşinci, ən kiçik barmağı. [Musanın nəvəsinin] çeçələ barmaqlarındakı dırnağının uzunluğu 9 millimetr yarımdır
“Çeçəmək”dən f.is
f. Nəfəs borusuna bir şey düşməsi nəticəsində təngnəfəs olmaq; anən boğulmaq. Tahir çeçədi. Ağız-burnuna dolmuş acı su ürəyini bulandırırdı
is. Slavyan xalqlarından birinin adı və bu xalqa mənsub olan adam
sif. və zərf 1. Çex dili. Çexcərusca lüğət. 2. Çex dilində. Çexcə gözəl bilir. Çexcə yazılmış kitab
is. [gürcü.] aşp. Gürcü yeməyi; toyuq ətindən xamalı və qozlu bozartma. [Xortdan:] Tiflisdə … çığırtmanın adını çexoxbili qoyub, gətirib verirlər adam
[rus.] Hər hansı bir şeyi xarab olmaqdan, çirklənməkdən qorumaq üçün parça və ya başqa materialdan onun formasında hazırlanan örtük; qın
sif. Çexolu olan, çexol geydirilmiş, çexola salınmış. Əntərzadə çexollu çamadanı götürüb, qapıya çıxdı
[ing.] 1. Təqdim edənə cari hesabdan müəyyən miqdarda pul verilməsi və ya onun hesabına keçirilməsi haqqında pul sahibinin sərəncamı olan sənəd
[baş hərflərlə] [rus. Чрезвычайная комиссия по борьбе с контрреволюцией, саботажем и спекуляцией-in ixtisarı] Sovet hakimiyyətinin ilk illərində əks-i
is. [rus.] ÇEKA əməkdaşı (bax ÇEKA)
is. [ing.] İdman yarışlarında qələbə qazanan komandaya və ya şəxsə verilən ad. Şahmat üzrə dünya çempionu
is. [ing.] Hər hansı idman növü, idman oyunları üzrə birincilik uğrunda yarış, yarışma. Futbol çempionatı
is. Çempion adı
is. [rus.] Bir şeyin müəyyən üsullarla səth (kağız, kalka, taxta və s.) üzərində çəkilmiş şərti qrafik təsviri; cizgi
is. Çertyoj çəkən mütəxəssis; cizgiçi. Laboratoriyada 17 işçi, o cümlədən iki konstruktor, çertyojçu, tokar, çilingər və başqa ixtisaslı fəhlə işləyir
is. [rus. червонец] köhn. 1. Keçmişdə: Rusiyada beş və ya on manatlıq qızıl pul. Mirzə Mustafa qarını yola salanda ovcuna bir çervon basdı… E
[çin.] Kətan kimi toxunan sıx ipək parça. Çində vəhşi ipəkqurdlarının baramalarından “çesuça” adlı toxumalar hazırlayırlar
is. 1. Hər hansı bir malın keyfiyyət və qiymətcə növü, sort. İkinci çeşiddən olan un. Parçanın çeşidi
“Çeşidləmək”dən f.is
f. Çeşidlərə, növlərə ayırmaq. Kartofu çeşidləmək
“Çeşidlənmək”dən f.is
məch. Çeşidlərə, növlərə ayrılmaq. Toxum döyülən və çeşidlənən (f.sif.) zaman əmələ gələn çıxdaşdan yem kimi istifadə edilməlidir
is. və sif. Bir şeyi çeşidlərə ayıran işçi; çeşidçi. // Eyni vəzifəni görən maşın, cihaz, mexanizm
sif. Müxtəlif növlü, cürbəcür, növ-növ. [Aşpaz] işindən söz açdı: …gözəl və səliqəli yeməkxana, dadlı və çeşidli xörəklər… “Az
is. [fars.] klas. Göz. Gecə-gündüz vaxt-bivaxt ağlaram: Çeşmim yaşı Ceyhun olur, sellənir. Qurbani. [Abbas:] Gül rüxsarın əhsən deyib bülbülə; O çeşmi
is. [fars.] 1. Yerin altından sızıb çıxan su mənbəyi; bulaq, qaynaq. [Çinarların] arasından çıxan sərin çeşmə çınqıl daşların üzərindən xoşahəngli bir
is. [fars.] Gözlük, eynək. Mürgüləyir nənəm taxıb çeşməyi; Düşüb yerə toxuduğu əlcəyi. A.Səhhət. Nə barədə? – deyə Yarməmməd birbaşa cavab verməyib, ç
is. Çeşmək ustası
sif. Çeşmək taxmış, gözündə çeşmək olan; gözlüklü, eynəkli. Ucaboylu, uzunboğaz çəkməli, … çeşməkli mühasib içəriyə girərək əmrə müntəzir kimi durdu