CARULLA
CAVADXAN
OBASTAN VİKİ
Cavad
Cavad — Azərbaycanlı kişi adı. Cavad xan — Gəncə xanlığının sonuncu hökmdarı.
Cavad (Sabirabad)
Cavad — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Tarixi Şirvanşahlar və Səfəvilər dövlətinin şəhəri, sonradan 18-ci əsrdə mövcud olmuş eyni adlı Cavad xanlığının və 1868-ci ilin fevralında yaradılan Cavad qəzasının (1916-cı ilədək) mərkəzi. == Cavad şəhəri == Cavad tarixi şəhər olmuş və mənbələrdə adı XVI əsrdən çəkilir. Kür və Araz çaylarının qovşağında yerləşən Cavad kəndi Şirvan bəylərinin əsas şəhərlərindən birinə çevrilmiş, burada sənətkarlıq və ticarət daha çox inkişaf etmişdir. Səfəvi-Osmanlı müharibələri dövründə Cavad Osmanlılar tərəfindən işğal edilmişdir. 1606–1607-ci illərdə Osmanlılar Səfəvilərin Şirvana daxil olmalarının qarşısını almaq məqsədi ilə Cavad bərəsini dağıtmışlar. Cavad XVIII əsrin ortalarından Cavad xanlığının mərkəzi idi. Azərbaycanın və İranın bir sıra şəhərləri ilə ticarət əlaqələri saxlayırdı. Qədim Cavad Avropa-Şərq ölkələri arasındakı ticarət yolunun üstündəki əsas məntəqələrdən biri sayılırdı. Yazıları bizə gəlib çatmış bir sıra Avropa və rus səyyah və diplomatları – ingilis Antoni Cenkinson (6 oktyabr 1561), rus Artemi Suxanov (1551–1552-ci illər), Fyodor Kotov (avqust, sentyabr 1623), alman Adam Oleari (31 mart 1637), hollandiyalı Yan Streys (1671–1672-ci illər), şotlandiyalı Bel (7 dekabr 1716) Cavadda olmuş, buradakı zəncirlərlə bir-birinə bağlanmış gəmilərin üstündən salınmış körpüdən keçərək İrana getmişlər.
Cavad Abdinov
Cavad Şahvələd oğlu Abdinov (5 yanvar 1940, Behrud, Ordubad rayonu) — fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun elmi işlər üzrə direktor müavini, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (2007), həqiqi üzvü (akademik) (2014). == Həyatı == Cavad Abdinov 1940-cı il yanvarın 5-də Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Behrud kəndində anadan olub. 1961-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika-riyaziyyat fakültəsini bitirib və AMEA Fizika İnstitutunda yarımkeçiricilər fizikası üzrə aspiranturaya daxil olub. Burada görkəmli alim akademik H. Abdullayevin elmi rəhbərliyi altında texnikada geniş tətbiq olunan selen yarımkeçiricisinin fiziki xassələrinin tədqiqi üzrə elmi-tədqiqat işləri aparıb və 1966-cı ildə "Oksigenin yüksək təmizlikli bərk və maye selenin fiziki xassələrinə təsirinin tədqiqi" mövzusunda namizdəlik dissertasiyasını müdafiə edib. C. Abdinov 1976-cı ildə "Selenin müxtəlif modifikasiyalarının strukturu və fiziki xassələri" mövzusunda doktorluq dissertasiyasını müdfiə edib. Cavad Abdinov 1984-cü ildə professor adını alıb. Elmi məqalələrin sayı-283 Beynəlxalq konfranslarda iştirakının sayı-50-dən çox Xaricdə çıxmış elmi əsərlərinin sayı-200-ə yaxın İxtiraların sayı-29 Kadr hazırlığı- 26 fəlsəfə doktoru, 4 elmlər doktoru == Əsas elmi nailiyyətləri == Cavad Abdinovun əsas elmi fəaliyyəti elektron çevriciləri, xüsusilə temo və fotoelektrik çevriciləri üçün perspektiv yarımkeçirici material və strukturlarda elektron, fonon, optik və fiziki-kimyəvi proseslərin qanunauyğunluqları və mexanizmlərinin müəyyənləşdirilməsi, bu əsasda istehsalata yaralı yüksək effektivli materialların və onların tətbi ilə termoelektrik və fotoelektrik çevricilərinin işlənib tətbiq edilməsidir. O bu istiqamətdə elmi məktəb yaradıb. Professor respublikamızda və keçmiş ittifaqda ilk dəfə olaraq xüsusi təyinatlı yeni yarımkeçirici çevricilər istiqamətini — yerüstü və uçan qurğularda yerləşdirilən informasiyanın qəbulu və verilməsi optik sistemlərində geniş tətbiq olunan elektron soyuduculu, spektrin görünən, yaxın və uzaq infrqırmızı oblastında həssas çevricilər istiqamətini yaradıb. C. Abdinov slen, keçid elementlərinin xalkogenidləri, bismut tellurid, bismut-stibium, kadmium və civə tellurudləri, qurğuşun tellurid əsasında elektron texnikası üçün çox perspektivli materialların yaradılması, bu materialların fiziki xassələrinin kompleks tədqiqi və onlar əsasında yeni yarımkeçirici çevricilərin, habelə yarımkeçiricilərin və elektron cihazlarının diaqnostikası üçün yeni fiziki metodların işlənməsi və tətbiqi sahəsindəki işləri respublikada və xaricdə geniş tanınmışdır.
Cavad Amuli
Şeyx Abdullah Cavadi Amuli (fars. عبدالله جوادی آملی‎; may 1933, Amul, Mazandaran ostanı) — İslam alimi, müctəhid. == Həyatı və təhsili == Fəqih, filosof, arif, Quran təfsirçisi və təqlid mərcələrindən olan əllamə Abdullah Cavadi Amuli İslam dünyasının ən irihəcmli təfsir kitabının müəllifidir. Qurana yazdığı "Təsnim" adlı təfsirin bu günə qədər 61 cildi çapdan çıxıb. Bu təfsirin 88 cild olacağı nəzərdə tutulmuşdur. Onun "Nəhcül-bəlağə"yə yazdığı "Səluni qəblə ən təfquduni" adlı şərhi (18 cilddə) elmi müstəvidə böyük rəğbətlə qarşılanmışdır. Dünya fəlsəfi irsinin incilərindən sayılan "Hikməti-mütəaliyə" əsərinə yazdığı "Rəhiqi-Məxtum" adlı şərhi 35 cilddə çapdan çıxıb. Adıçıkilən əsər Əllamə Cavadi Amulinin 14 illik tədris həyatının məhsuludur. Abdullah Cavadi Amuli 5 may 1933-cü ildə Mazandaran vilayətinin Amul şəhərində dünyaya gəlmişdir. Atası Əbülhəsən Vaiz Cavadi Amuli Amul şəhərinin alimlərindən olmuşdur.
Cavad Axundzadə
Əhməd Cavad (tam adı: Cavad Məhəmmədəli oğlu Axundzadə; 5 may 1892, Aşağı Seyfəli, Yelizavetpol qəzası – 12 oktyabr 1937, Bakı) — Azərbaycan şairi, tərcüməçi, Azərbaycan Yazıçılar İttifaqının üzvü (1934), professor (1933), Quba Xalq Maarif şöbəsinin müdiri, Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda Azərbaycan və rus dilləri kafedrasında müəllim, dosent, kafedra müdiri (1930–1933), Azərbaycan Dövlət Nəşriyyatının tərcümə şöbəsində redaktor (1934), "Azərbaycanfilm" studiyasında sənədli filmlər şöbəsinin müdiri (1935–1936), Azərbaycanın dövlət himninin sözlərinin müəllifi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli 211 nömrəli Qərarı ilə Əhməd Cavad Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. == Uşaqlıq illəri == === Həyatının ilk illəri və təhsili === Əhməd Cavad 1892-ci il may ayının 5-də Gəncə qəzasının Şəmkir dairəsi Seyfəli kəndi Mehrili tirəsində ruhani ailəsində anadan olmuşdur. Əhməd Cavadın ailə mənsubiyyəti bir tərəfdən İranla, Cənubi Azərbaycanla, digər tərəfdən Gürcüstanla əlaqəlidir. Şairin atası-Şəmkir mahalında öz savadı ilə seçilən Axund Məhəmmədəlinin özü də Gəncəbasar bölgəsində ruhani ailəsində boya-başa çatmışdı. Babaları köklü tacir və ziyalı mühiti ilə bağlı olub. Cavadın ata babası Cənubi Azərbaycandan olub, Ərəbistanda oxuyub qayıtmış müctəhid idi. O, ömrünün sonuna kimi Gəncədə yaşamışdır. Ə. Cavadın anası Yaxşı xanım xalq ədəbiyyatının mahir bilicilərindən olub. Şairin atasının vəfat tarixi bir sıra mənbələrdə fərqli göstərilir.
Cavad Ağayev
Cavad Ağayev (15 yanvar 2002, Xırdalan) — Azərbaycanı təmsil edən taekvondoçu. == Həyatı == Cavad Ağayev 2002-ci il yanvarın 15-də Xırdalan şəhərində anadan olub. 2017-ci ildən idmanla məşğul olur. Məşqçisi Samir Aydınlıdır. == Karyerası == Cavad Ağayev 2018-ci ilin aprelində Tunisdə baş tutan gənclər arasında Dünya Çempionatının qalibi oldu. Cavad Ağayev 2018-ci ildə Buenos-Ayres şəhərində (Argentina) baş tutan Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında mübarizə apardı. Cavad Ağayev 1/8 final mərhələsində Cənubi Sudan nümayəndəsi Stefen Kol Atemdən mübarizəsiz üstün oldu və 1/4 final mərhələsinə adladı. Bu mərhələdə İran nümayəndəsi Həmid Əsgəri Mahiabadiyə 9:8 hesabı ilə qalib gələn Cavad Ağayev, yarım-final mərhələsində Cənubi Koreya nümayəndəsi Ço Von-Hi ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Cavad Ağayev rəqibinə 14:15 hesabı ilə məğlub oldu və Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının bürünc medalına sahib oldu.
Cavad Babayev
Cavad Cahangirzadə
Cavad Cahangirzadə (11 avqust 1966, Urmiya) — İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2016-cı ildən) == Həyatı == 2016-cı ildən İranın Azərbaycandakı səfiri vəzifəsində çalışır.
Cavad Cavadlı
Cavad Ələsgər oğlu Cavadov (12 aprel 1926, Dəmirçi – 22 iyun 2015, Bakı) — Azərbaycan dissident ədəbiyyatının yaradıcısı, şair, jurnalist, yazıçı, publisist == Həyatı == Cavad Ələsgər oğlu Cavadov (Cavadlı) 1926-cı il aprelin 12-də Naxçıvan Muxtar Respublikasının Şərur (rayonun adı o zaman Noraşen, sonra isə İliç olmuşdur) bölgəsinin Dəmirçi kəndində yoxsul bir ailədə anadan olmuşdur. Şairin doğum tarixi pasportunda həmin ilin 25 mayı, haqqında yazılmış məqalələrdə aprelin 22-i, hətta qış ayları kimi də göstərilmişdir. Aprelin 12-i onun atası tərəfindən qeyd olunan mənbə kimi daha dəqiq hesab olunur. Şair özü də belə hesab edir. Tərcümeyi-halında C.Cavadlı bu məsələyə toxunaraq aydınlıq gəirir: «Pasportumda mayın 25-də (həmin günü özüm seçmişəm) anadan olduğum göstərilib. Gec də olsa, ailə şəcərəsi əldə ediləndən sonra atamın öz əli ilə ərəb və latın əlifbaları ilə yazısında həmin rəqəm 12 aprel göstərilib. Dəqiq doğum tarixinin 12 aprel 1926-cı il kimi qəbul edilməsi doğrudur». Cavad Cavadlı ilk təhsilini ailədə atasından almış, sonra Dəmirçi kənd məktəbində oxumuşdur. C.Cavadlının atasının babası da qabaqcıl ziyalı, xalq həkimi olmuşdur. Cavadlı bu haqda yazır: «Atamın babası Molla Qasım İran şahının yerli nümayəndəsi olub.
Cavad Cavadov
Cavad Mirhüseyn oğlu Cavadov 2 dekabr 1925 – 2006, Bakı — Azərbaycanın fiziki, alim. == Həyatı == Cavad Cavadov 1925-ci il 2 dekabrda anadan olmuşdur. 1943-cü ildə orta məktəbi bitirdikdən sonra Sovet ordusu sıralarında hərbi xidmətdə olmuş Vətən müharibəsi iştirakçısı kimi müxtəlif orden və medallarla təltif olunmuşdur. 1946 ildə V.İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Fizika –Riyaziyyat" fakultəsiniə daxil olmuşdur. 1951 ci ildən riyaziyyat müəllimi və dərs hissə müdiri vəzifəsində çalışmışdır. 1953-ci ildən Azərbaycan Politexnik İnstitutunda müəllim daha sonra baş müəllim vəzifəsində çalışmışdır. 1960 ci ildə təhsilini davam etmək üçün Moskva şəhərində Bauman adına ali Texniki İnstitutun aspirantura mərhələsinə daxil olmuşdur. 1963 cü ildə "Metallar Fizikası" mövzusunda dissertasiya müdafiə edərək "texnika elmləri namizədi" alimlik dərəcəsi almışdlr. 1964 cü ildə Bakıya qayıdıb Neft və Kimya İnstitutunda " Metallar kafedrasında" baş müəllim 1968 ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində baş müəllim, dosent vəzifələrində çalışmışdır. O illərdə II cildlik "Metallar Fizikası" adlı dərsliyini çap etdirmişdir.
Cavad Derəxti
Cavad Derəxti — Dünya Azərbaycanlıları Konqresinin sədri. == Həyatı == Cavad Derəxti 1951-ci ildə Təbriz şəhərində anadan olub. 1981-ci ildə Ankara Hacıtepe Universitetinin Mikrobiologiya fakültəsini bitirib. 1987-ci ildə İsvecə mühacirət edib. Hazırda Cənubi İsvecin meşə təsərrüfatı departamentində mikrobioloq-tədqiqatçı kimi çalışır. İsvec Sosial Demokrat Partiyasının uzvudur. 1988-ci ildə İsvecdə yaradılan ilk diaspor təşkilatlarından biri olan "Araz" cəmiyyətinin yaradıcısıdır. 1997-ci ildə Amerika Birləşmiş Ştatlarında təsis edilmiş Dünya Azərbaycanlıları Konqresinin (DAK) üzvü olub və DAK-ın III, IV, V, VI, VII, VIII qurultaylarında Dunya Azərbaycanlıları Konqresinin sədri seçilib. Cavad Deraxtinin rəhbərliyi altında Dunya Azərbaycanlıları Konqresi Azərbaycan həqiqətlərini dunya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm işlər gorub, Azərbaycan xalqının problemlərinin beynəlxalq təşkilatların diqqətinə catdırılmasında geniş fəaliyyət gostərib. == Mükafatları == 2006-cı il martın 13-də Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif olunub.
Cavad Fakuri
Cavad Fakuri (d. 1938, Təbriz, İran - ö. 30.09.1981) — əslən azərbaycanlı, İran İslam Respublikasının hərbi hava qüvvələrinin komandiri. General-mayor. 1980-1981-ci illər arası İran İslam Respublikasının 4-cü Müdafiə Naziri. == Əmək Fəaliyyəti == Cavad Fakuri: 1958-ci ildə "F-100" tipli qırıcı təyyarə pilotu olaraq İran Hərbi Hava Qüvvələrinə hərbi xidmətə daxil olub; 1967-ci ildə "F-4" tipli qırıcı-bombardmançı təyyarə pilotu olma vəsiqəsi qazanıb; Pəhləvi rejimi dövründə uçuş, eskadron, qanad və bir qrup "F-4" təyyarələrində uçuşlara rəhbərlik edib; 1978-ci ildə polkovnik rütbəsi alıb və Tehranda qərargah zabiti vəzifəsinə təyin olunub. Əmisi oğullarından biri MEK-in aparıcı üzvü olmasına və 1980-ci ildə İsveçdən siyasi sığınacaq istəməsinə baxmayaraq, Cavad Fakuri Xomeyninin və Rəfsəncaninin etibarını qazanaraq, Xomeyninin razılığı ilə o zamankı prezident Abolhassan Banisadr tərəfindən 1980-ci ilin iyununda yüksək vəzifəyə təyin edilib. C. Fakuri İran-İraq müharibəsində İran Hərbi Hava Qüvvələrinin komandiri kimi iştirak edib. Eyni zamanda, 1981-ci ilin yazından 1981-ci ilin sentyabrına qədər İİR-in Müdafiə Naziri vəzifəsində çalışıb. Bu zaman o əvvəlki müdafiə naziri Mustafa Kamranın İran–İraq müharibəsi zamanı təyyarə qəzasında öldükdən sonra bu vəzifəni tutmuşdur.
Cavad Heyət
Cavad Heyət (24 may 1925, Təbriz – 12 avqust 2014, Bakı) — Azərbaycanlı cərrah-alim, İranda ilk dəfə açıq ürək əməliyyatını (koronar şuntlama) gerçəkləşdirən, Beynəlxalq Cərrahlar Cəmiyyətinin idarə heyətinin və Paris Cərrahlar Akademiyasının üzvü, "Varlıq" jurnalının təsisçisi, türkologiyaya aid yeddi cildlik kitabın müəllifi, Bakı Dövlət Universitetinin, Azərbaycan Tibb Universitetinin, Xəzər Universitetinin fəxri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının, N. Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin fəxri professoru, Azərbaycan Cərrahları Elmi Cəmiyyətinin fəxri üzvü, Türk Dil Qurumunun fəxri sədri, eləcə də İstanbul Universitetinin fəxri doktoru, "İki Azərbaycanın ağsaqqalı", "Çağımızın ağsaqqalı", "Dövrümüzün Prometeyi", "Bilgə dədə" ləqəbləri ilə tanınır. == Həyatı == Cavad Heyət 1925-ci il mayın 24-də Təbrizdə anadan olub. Azərbaycan xalqının XX əsrdə yetişdirdiyi ən böyük şəxslərdən hesab olunur. Həm Cənubi Azərbaycanda, həm də Şimali Azərbaycanda yüksək səviyyədə tanınır. Türkologiya, tibb elmi və digər sahələrdə əvəzedilməz xidmətləri olmuşdur. 2014-cü ilin avqustun 12-də Bakı şəhərində vəfat etmişdir. II Fəxri Xiyabanda dəfn edilmişdir. O, Azərbaycan, ingilis, fars, türk və s. dilləri mükəmməl bilirdi. Beş qızı, beş nəvəsi vardı.
Cavad Hüseynov
Cavad Həkimli
Cavad Həkimli (tam adı: Cavad Ataxəlil oğlu Həkimli; 25 dekabr 1918, Ləmbəli, Borçalı qəzası, Tiflis quberniyası, Rusiya imperiyası – 27 fevral 2006, Bakı) — Azərbaycan-sovet hərbçisi, İkinci Dünya müharibəsinin iştirakçısı, müharibə veteranı. == Həyatı == Cavad Ataxəlil oğlu Həkimli 1914-cü il oktyabr ayının 28-də Noyemberyan rayonunun Ləmbəli kəndində anadan olub. 1936-cı ildə sovet ordusunda xidmətə başlayıb, 1938-ci ildə Tbilisi Ali Hərbi məktəbini bitirib. Vzvod komandiri, rota komandirinin müavini, batalyon qərargahının rəisi olub. 1941–42-ci illərdə Krımda gedən döyüşlərdə iştirak edib. 1942-ci ilin mayında ağır yaralanaraq, əsir alınıb. Almaniya, İtaliya və Yuqoslaviyanın hərbi əsirlər düşərgəsində saxlanılıb. Düşərgədəki əsirlərin içərisində Cavad bir nəfər azərbaycanlı ilə tanış olur. Bu, digərlərindən xarakterinə, xasiyyətinə, davranışına, hərəkətlərinə, zarafatçıllığına görə xüsusi seçilən və sonradan əfsanələşən qəhrəman Mixaylo-Mehdi Hüseynzadə idi. Onlar bir-birinə "əmioğlu" deyə müraciət etməyə başlayıblar və getdikcə həqiqi dosta çevriliblər.
Cavad Karahasan
Cavad Karahasan (bosn. Dževad Karahasan, 25 yanvar 1953[…], Tomislavqrad[d], Bosniya və Herseqovina – 19 may 2023, Qrats) — Bosniya yazıçısı. == Tərcümeyi-hal və yaradıcılıq == Sarayevoda universitetdə oxuyub, Zaqrebdə Miroslav Krlezinin yaradıcılığı haqqında dissertasiya müdafiə edib. Saraybosna Universitetində dram dərsləri verimişdir. 1993-cü ildə isə mühasirəyə alınan şəhərdən Zalsburqa köçür. 1995-ci ildən etibarən Avstriya Musiqi və Teatr Cəmiyyəti ARBOS ilə əməkdaşlıq edir . Karahasanın pyesləri Avstriya, Almaniya, Bosniya və Herseqovina, Çexiya, Ukrayna, ABŞ, Sinqapur və s. ölkələrin teatrlarında səhnəyə qoyulmuşdur. Kitabları bir çox Avropa dillərinə tərcümə edilmişdir. == Nəşrlər == Kazalište i kritika (1980) Kraljevske əfsanəsi (1980) Kralju ipak ne sviđa se gluma (1983, dram) Strašno je vani (1984, dram) O jeziku i strahu (1987) Model u dramaturgiji (1988) İstočni diwan / Oriental divan (1989, roman) Misionari (1989, oynayır) Stidna žitija (1989, roman) Stid nedjeljom (1991) Kuća za umorne (1993) Dnevnik selidbe (1993) Šahrijarov prsten / Şəhriyarın üzüyü (1996, roman) Sara i Serafina (1999) Knjiga vrtova / Bahçeler Kitabı (2002, inşa) Noćno vijeće (2005) İzvjestaji iz tamnog vilajeta (2007) == Əlaqədar nəşrlər == Sabrana djela (2007) == Tanınması == Esseistikasına görə Şarl Beyonna Avropa mükafatı Avropa Charles Veyonne Məqalələr Mükafatı (1994), siyasi kitabına görə Bruno Krayski mükafatı ((1995), Herder Mükafatı (1999), Avropada anlaşılmaya görə leypsik kitab mükafatı (2004), Vlenitsa mükafatı (2010), Höte medalı (2012), Höte Mükafatı (2020) və s.
Cavad Mircavadov
Cavad Mirhaşım oğlu Mircavadov (19 yanvar 1923, Bakı – 24 iyun 1992, Tiraspol) — azərbaycanlı rəssam, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1988). Rəssamın ölümündən sonra bir çox xarici ölkələrdə fərdi sərgiləri təşkil olunub. Onun əsərləri Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Moskva Şərq Xalqları Muzeyi və həmçinin, bir çox şəxsi qalereya və kolleksiyalarda saxlanılır. Hal-hazırda Cavad Mircavadovun 17 əsəri Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda qorunub saxlanmaqdadır. Rəssamın 1989-cu ildə Moskvada Şərq Xalqları Muzeyində təşkil olunmuş fərdi sərgisinin annotasiyasında Cavad Mircavadov müasir Azərbaycan rəngkarlığının banisi adlandırılıb. == Həyatı == C. Mircavadov 1923-cü il yanvarın 19-da Bakıda doğulub. Uşaqlığı Bakının Fatmayı kəndində keçib. O 1938-ci ildə, 15 yaşı olanda «Azərbaycan” kinoteatrına, afişaçəkən rəssam Zarubinin yanında işə düzəlir. Kinoteatrın baş rəssamı afişa işlərinin hamısını ona tapşırır. Burada 1 il çalışdıqdan sonra işə gecikdiyi üçün 6 ay müddətində həbs edilir və Bayıl həbsxanasına göndərilir.
Cavad Məmmədov
Cavad Nurbəxş
Cavad Nurbəxş (fars. جواد نوربخش‎, ing. Javad Nurbakhsh); (10 dekabr 1926 — 10 oktyabr 2008) — 1953-cü ildən 2008-ci ilədək Nemətullahiyyə təriqətinin Qütbü və ya Piri, görkəmli sufi şairi və mütəfəkkiri, təsəvvüf barəsində 30-dan artıq kitabın müəllifi. == Həyatı == Cavad Nurbəxş 1926-cı ildə İranın Kirman şəhərində anadan olub. O, Tehran universitetinin tibb fakultəsini bitirərək, 1952-ci ildə həkimlik diplomu almış, 1962-ci ildə Parisin Sorbonna universitetinin aspiranturasına dəvət olunmuşdur. Sonradan o, Tehrana qayıdır və orada öz təhsilini psixiatriya üzrə bitirir. Doktor Cavad Nurbəxş 1977-ci ilədək Tehran universitetinin professoru olmuş və psixiatriya bölməsinə başçılıq etmişdir. 1978-ci ildə o İranı tərk edərək İngiltərəyə köçmüşdür. Akademik fəaliyyətindən başqa, doktor Cavad Nurbəxş görkəmli sufi Ustadı, şair və mütəfəkkir olmuşdur. O, 16 yaşında Nemətullahi təriqətində müşərrəf olunmuş, 20 yaşında isə şeyx məqamına layiq görülmüşdür.
İmam Cavad
Məhəmməd ibn Əli ət-Təqi (İmam Cavad, İmam Təqi; 12 aprel 811, Mədinə, Hicaz, Abbasilər xilafəti – 25 noyabr 835, Kazımiyyə[d], Bağdad, Abbasilər xilafəti) —
Əhməd Cavad
Əhməd Cavad (Cavad Məhəmmədəli oğlu Axundzadə, 5 may 1892, Aşağı Seyfəli, Yelizavetpol qəzası – 12 oktyabr 1937, Bakı) — Azərbaycan şairi, tərcüməçi, AYB-nin üzvü (1934), professor (1933), Quba Xalq Maarif şöbəsinin müdiri, Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda Azərbaycan və rus dilləri kafedrasında müəllim, dosent, kafedra müdiri (1930-1933), Azərbaycan Dövlət Nəşriyyatının tərcümə şöbəsində redaktor (1934), “Azərbaycanfilm” studiyasında sənədli filmlər şöbəsinin müdiri (1935-1936) Azərbaycan Respublikasının rəsmi dövlət himninin sözlərinin müəllifi böyük şairimiz Əhməd Cavaddır. Azərbaycan poeziyasında yeni bir ədəbi məktəbin bünövrəsini qoymuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Əhməd Cavad Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. Əhməd Cavad 1892-ci il may ayının 5-də Gəncə qəzasının Şəmkir dairəsi Seyfəli kəndi Mehrili tirəsində ruhani ailəsində anadan olmuşdur. Ə. Cavadın ailə mənsubiyyəti bir tərəfdən İranla, Cənubi Azərbaycanla, digər tərəfdən Gürcüstanla əlaqəlidir. Şairin atası-Şəmkir mahalında öz savadı ilə seçilən Axund Məhəmmədəlinin özü də Gəncəbasar bölgəsində ruhani ailəsində boya-başa çatmışdı. Babaları köklü tacir və ziyalı mühiti ilə bağlı olub. Cavadın ata babası Cənubi Azərbaycandan olub, Ərəbistanda oxuyub qayıtmış müctəhid idi. O, ömrünün sonuna kimi Gəncədə yaşamışdır. Ə. Cavadın anası Yaxşı xanım xalq ədəbiyyatının mahir bilicilərindən olub.
Şükriyyə Cavad
Şükriyyə Axundzadə və ya Şükriyyə Cavad (1902, Batum – oktyabr 1993, Çinarlı, Şəmkir rayonu) — Əhməd Cavadın həyat yoldaşı, repressiya qurbanı. 1937-ci ildə Əhməd Cavadla birlikdə həbs olunub. Daha sonra 8 il sürgünə məhkum edilib. Cəzasını Vətən Xainləri Qadınlarının Akmola Düşərgəsində çəkib. 1945-ci ildə azadlığa çıxıb, 1955-ci ildə günahsız olduğu üçün bəraət qazanıb. Həyatına aid bir neçə pyes, kitab və mahnı yazılıb, müxtəlif teatrlarda tamaşalar səhnəyə qoyulub. Şükriyyə Süleyman qızı Bejanidze 1902-ci ildə Batumi şəhərində anadan olub. Burada qızlar gimnaziyasını bitirib. Əhməd Cavad Türk Ordusuna Yardım Fondunun katibi olduğu üçün bir müddət Batumidə yaşayıb. Burada olduğu dövrdə Şükriyyə xanımla tanış olub.
Şükriyə Cavad
Şükriyyə Axundzadə və ya Şükriyyə Cavad (1902, Batum – oktyabr 1993, Çinarlı, Şəmkir rayonu) — Əhməd Cavadın həyat yoldaşı, repressiya qurbanı. 1937-ci ildə Əhməd Cavadla birlikdə həbs olunub. Daha sonra 8 il sürgünə məhkum edilib. Cəzasını Vətən Xainləri Qadınlarının Akmola Düşərgəsində çəkib. 1945-ci ildə azadlığa çıxıb, 1955-ci ildə günahsız olduğu üçün bəraət qazanıb. Həyatına aid bir neçə pyes, kitab və mahnı yazılıb, müxtəlif teatrlarda tamaşalar səhnəyə qoyulub. Şükriyyə Süleyman qızı Bejanidze 1902-ci ildə Batumi şəhərində anadan olub. Burada qızlar gimnaziyasını bitirib. Əhməd Cavad Türk Ordusuna Yardım Fondunun katibi olduğu üçün bir müddət Batumidə yaşayıb. Burada olduğu dövrdə Şükriyyə xanımla tanış olub.
Cavad (şəhər)
Cavad — əsası 9-cu əsrdə qoyulan Kür və Arazın qovuşduğu yerdə yerləşmiş orta əsrlərə aid Şirvan qala şəhəri. "Cavad" adı ərəbcə cəvz sözündən götürülüb "keçid" deməkdir. Toponim ərəbcə olduğu üçün şəhərin 9-cu əsrdə Şirvanşahlar dövləti zamanında yarandığı qənaətinə gəlmək olar. Cavad şəhərinin adı mənbələrdə XVI əsrdə çəkilir. Qədim Cavad Avropa-Şərq ölkələri arasındakı ticarət yolunun üstündəki əsas məntəqələrdən biri sayılırdı. Yazıları bizə gəlib çatmış bir sıra Avropa və rus səyyah və diplomatları – ingilis Antoni Cenkinson (6 oktyabr 1561), rus Artemi Suxanov (1551–1552-ci illər), Fyodor Kotov (avqust, sentyabr 1623), alman Adam Oleari (31 mart 1637), hollandiyalı Yan Streys (1671–1672-ci illər), şotlandiyalı Bel (7 dekabr 1716) Cavadda olmuş, buradakı zəncirlərlə bir-birinə bağlanmış gəmilərin üstündən salınmış körpüdən keçərək İrana getmişlər. Onların bəziləri burada şəhəri xatırladan qəsəbə olduğunu, kərpicdən, qamışdan tikilib palçıqla suvanmış evlər, bağ-bağat, xalça və müxtəlif ipək parçalar istehsal edən çox məşhur sənətkarların yaşadığını, hətta toxucu dəzgahlarını da gördüklərini yazmışlar. "Moskva kompaniyası"nın agenti olan tacir-səyahətçi Antoni Cenkinson bildirir: "Yenə də həmin 1562-ci il oktyabrın 6-da mən öz yoldaşlarımla Şamaxıdan çıxdım və 60 mil getdikdən sonra kralın (Şirvan bəylərbəyisi Abdulla xan Ustaclı nəzərdə tutulur) hər cür növlü meyvələrlə bol bağları olan gözəl sarayının yerləşdiyi Cavad şəhərinə çatdım". Səyyah Adam Olearinin fikrinə görə "cavaz" sözündən qaynaqlanır, keçid-bərə mənasını verir. O, 1563-cü ildə İrandan geri qayıdarkən aprelin 6-da Cavadda Şirvan bəylərbəyisi Abdulla xan Ustaclı ilə Cavadda onun sarayında görüşür.
Cavad şəhəri
Cavad — əsası 9-cu əsrdə qoyulan Kür və Arazın qovuşduğu yerdə yerləşmiş orta əsrlərə aid Şirvan qala şəhəri. "Cavad" adı ərəbcə cəvz sözündən götürülüb "keçid" deməkdir. Toponim ərəbcə olduğu üçün şəhərin 9-cu əsrdə Şirvanşahlar dövləti zamanında yarandığı qənaətinə gəlmək olar. Cavad şəhərinin adı mənbələrdə XVI əsrdə çəkilir. Qədim Cavad Avropa-Şərq ölkələri arasındakı ticarət yolunun üstündəki əsas məntəqələrdən biri sayılırdı. Yazıları bizə gəlib çatmış bir sıra Avropa və rus səyyah və diplomatları – ingilis Antoni Cenkinson (6 oktyabr 1561), rus Artemi Suxanov (1551–1552-ci illər), Fyodor Kotov (avqust, sentyabr 1623), alman Adam Oleari (31 mart 1637), hollandiyalı Yan Streys (1671–1672-ci illər), şotlandiyalı Bel (7 dekabr 1716) Cavadda olmuş, buradakı zəncirlərlə bir-birinə bağlanmış gəmilərin üstündən salınmış körpüdən keçərək İrana getmişlər. Onların bəziləri burada şəhəri xatırladan qəsəbə olduğunu, kərpicdən, qamışdan tikilib palçıqla suvanmış evlər, bağ-bağat, xalça və müxtəlif ipək parçalar istehsal edən çox məşhur sənətkarların yaşadığını, hətta toxucu dəzgahlarını da gördüklərini yazmışlar. "Moskva kompaniyası"nın agenti olan tacir-səyahətçi Antoni Cenkinson bildirir: "Yenə də həmin 1562-ci il oktyabrın 6-da mən öz yoldaşlarımla Şamaxıdan çıxdım və 60 mil getdikdən sonra kralın (Şirvan bəylərbəyisi Abdulla xan Ustaclı nəzərdə tutulur) hər cür növlü meyvələrlə bol bağları olan gözəl sarayının yerləşdiyi Cavad şəhərinə çatdım". Səyyah Adam Olearinin fikrinə görə "cavaz" sözündən qaynaqlanır, keçid-bərə mənasını verir. O, 1563-cü ildə İrandan geri qayıdarkən aprelin 6-da Cavadda Şirvan bəylərbəyisi Abdulla xan Ustaclı ilə Cavadda onun sarayında görüşür.
Elman Cavadov
== Siyahı ==
Fizuli Cavadov
Füzuli Cavadov
Füzuli Cavad oğlu Cavadov (20 dekabr 1950, Bakı – 4 aprel 2021, Bakı) — Sovet futbolçusu. == Həyatı == Futbolçu karyerasının böyük hissəsini "Neftçi"də keçirib. O, 1972–1978-ci illərdə "ağ-qara" formanı geyinib. O, Naxçıvanın "Araz", həmçinin Rusiyanın OİK (Rostov) və Latviyanın "Dauqava" komandalarında da çıxış edib. 2021-ci il aprelin 4-də koronavirusdan vəfat edib. Dəfn mərasimi saat 11:00-da mərhumun Bakının Mərdəkan qəsəbəsindəki bağ evində olub. Binə qəbiristanlığında torpağa tapşırılıb. === Şəxsi həyatı === O, Azərbaycan millisinin keçmiş hücumçusu Vaqif Cavadovun atası və futbolçu İsgəndər Cavadovun qardaşıdır.
Fəxrəddin Cavadov
Fəxrəddin Gülmirzə oğlu Cavadov (21 iyun 1951, Bakı – 9 yanvar 2009, Bakı) — Azərbaycan alimi, tibb elmləri doktoru, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi. == Həyatı == Fəxrəddin Cavadov 20 aprel 1951-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1968–1974-cü illərdə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə işi fakültəsində təhsil almış, institutu bitirdikdən sonra 1975–1977-ci illərdə Bakı Şəhəri Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında səyyar həkim, 1977–1979-cu illərdə 5 saylı Şəhər poliklinikasında həkim-cərrah vəzifələrində işləmişdir. 1978–1986-cı illərdə N. Nərimanov adına Azərbaycan Tibb İnstitutunun urologiya kafedrasında baş laborant, assistent və eyni zamanda institutun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifələrində çalışmışdır. 1985-ci ildə Moskva vilayətinin M. Vladimirski adına Elmi-Tədqiqat Kliniki İnstitutunda namizədlik dissertasiyası müdafiə etmişdir. 2008-ci ildə tibb elmləri doktoru ali dərəcəsi almışdır. == Fəaliyyəti == 1986-cı ildən Azərbaycan Respublikası KP MK-nın elm və təhsil müəssisələri şöbəsinin, 1989-cu ildən isə ictimai-iqtisadiyyat şöbəsinin təlimatçısı vəzifələrində çalışmışdır. 1990-cı ildə Azərbaycan Respublikası səhiyyə nazirinin I müavini vəzifəsinə irəli çəkilmiş və 1996-cı ilədək bu vəzifədə çalışmışdır. 1993-cü ilin iyul-noyabr aylarında Azərbaycan Respublikası səhiyyə nazirinin səlahiyyətlərini icra etmişdir. 1998-ci ildə Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun tibb fakültəsi üzrə prorektoru, daha sonra isə I prorektoru vəzifələrində işləmişdir.
Gülməmməd Cavadov
Gülməmməd Süleyman oğlu Cavadov (17 oktyabr 1949, Bakı) — Azərbaycan mühəndisi və dövlət xadimi, Azərbaycan Respublikası energetika nazirinin müavini (2014–2020), Azərbaycan Respublikası sənaye və energetika nazirinin müavini (2006–2013), Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Material Ehtiyatları Komitəsinin sədri (1999–2005). == Həyatı == Gülməmməd Süleyman oğlu Cavadov 17 oktyabr 1949-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun İnformasiya və ölçü cihazları fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə 1971-ci ilin sentyabr ayında Neftayırma və Neft Kimyası Sənayesi Nazirliyi İstehsalat Əmtəə Kontorunda başlamış və bir il burada çilingir işləmişdir. 1972-ci ildən Bakı elektron hesablayıcı maşınlar zavodunda mühəndis-texnoloq, 1972–1974-cü illərdə Moskva vilayətinin Zaqorsk şəhərində yerləşən Elektromexanik zavodunda mühəndis, 1974–1986-cı illərdə Bakı elektron hesablayıcı maşınlar zavodunda şöbə rəisi, 1986–1992-ci illərdə isə həmin zavodun direktoru olmuşdur. 1993–1996-cı illərdə Bakı "Peyk" zavodunda direktor müavini, 1996–1999-cu illərdə isə həmin zavodun direktoru vəzifələrində çalışmışdır. Gülməmməd Cavadov 1999-cu ilin aprel ayında Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Material Ehtiyatları Komitəsinin sədri vəzifəsinə təyin edilmiş və 2005-ci ilin dekabr ayında komitənin yeni yaradılmış Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə birləşdirməsinədək bu komitəyə başçılıq etmişdir. 2006-cı ilin sentyabr ayında o, Azərbaycan Respublikası sənaye və energetika nazirinin müavini təyin olunmuş və 2013-cü ilin oktyabr ayında nazirliyin ləğv edilməsinədək bu vəzifədə çalışmışdır. 2014-cü ilin may ayında Azərbaycan Respublikası energetika nazirinin müavini vəzifəsinə təyin edilmiş və 2020-ci ilin may ayında vəzifədən azad edilmişdir. 19 oktyabr 2018-ci ildə Gülməmməd Cavadova Azərbaycanda energetikanın inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilmişdir.
Hacı Cavad məscidi
Hacı Cavad məscidi — Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi, 79 ünvanında yerləşən yerli əhəmiyyətli abidə olan məscid. Uzun müddət məscidin axundu Hacı Əhliman Rüstəmov olub. == Tarixi == Yerli camaatın bildirdiyinə görə, bu məscidi tikdirən Hacı Cavad tacir olub. Məscidin əvvəlki giriş qapısının üstündə isə 3 daş kitabə həkk olunub. Həmin kitabələrdən birinə əsasən məscidin inşa tarixi hicri-qəməri təqvimi ilə 1305-ci ilə aiddir. Hacı Cavad bu məscidi tikdirdikdən sonra İrana Məşhəd ziyarətinə gedmiş və 1902-ci ildə orada vəfat edmişdir. Bundan sonra məscidin idarə olunması məhəllədə ağsaqqal və hörmət sahibi olan Hacı Əbdülhəsən bəy adlı şəxsə həvalə olunmuşdur. Məsciddə ümumi ibadət yerindən əlavə mədrəsə də fəaliyyət göstərib. Məhəllə ağsaqqallarının dediklərinə görə, Əliağa Vahid ilk təhsilini məhz bu mədrəsədə alıb. Sovet hakimiyyətinin ilk illərində bu ibadət və elm ocağı öz fəaliyyətini dayandırmışdır.
Hacınskinin evi (Ə.Cavad k.)
Hacınskinin evi — Əhməd Cavad (Vrangelskaya) 16 və Adil Babayev (Doktorskiy) 7 küçələrinin kəsişməsində yerləşən və 1895-1899-cu illərdə İohan Edelin layihəsi əsasında inşa edilmiş ev. Mülkün sifarişçisi Bakı milyonçularından olan İsa bəy Hacınskidir. Hazırda binada Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yerləşir. == Haqqında == İsa bəy Hacınskinin sifarişi olan kimərtəbəli binanın layihəsi 21.03.1895-ci il tarixində təsdiq edilmişdir. Planda sahə П-şəkilli formadadır. İkisıra düzümlü, çoxotaqlı mənzillərin hamısında böyük zallar planlaşdırılmışdır. Baş pilləkən fasadın oxu üzərində həyətə keçidlə yanaşıdır. Əsas pilləkən qəfəsindən başqa, qalereyanın strukturuna ikimarşlı açıq üslublu pilləkən daxil edilib. Xidməti otaqların yerləşdiyi sağ qanada ensiz, birmarşlı, П-şəkilli pilləkən söykənmişdir. Həyət kifayət qədər böyükdür.
Hikmət Cavadov
Hikmət Cavadov (5 may 1982, Bakı) — Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri, hüquq üzrə elmlər doktoru == Həyatı == Hikmət Cavadov 1982-ci ilin may ayının 5-də Bakı şəhərində doğulub. 1998-ci ildə Bakı şəhərindəki 42 saylı orta məktəbini fərqlənmə attestatı ilə bitirib. 2002-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr, 2004-cü ildə isə magistr pillələrini fərqlənmə diplomları ilə bitirib. 2007-ci ildə Ukrayna Milli Elmlər Akademiyasının V. M. Korotskiy adına Dövlət və Hüquq İnstitutunun aspirantura şöbəsini bitirərək 2008-ci ildə Hüquq elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 2004-cü ildən Ukrayna Milli Elmlər Akademiyasının V. M. Korotskiy adına Dövlət və Hüquq İnstitutunda elmi fəaliyyətlə məşğul olan H. Cavadov 2009–2013-cü illərdə kiçik elmi işçi, 2013–2016-cı illərdə həmin institutun doktorantı olub, hazırda elmi işçi vəzifəsində çalışır. 2018-ci ildə hüquq üzrə elmlər doktoru elmi dərəcəsini almışdır. Bu müddətdə H. Cavadovun hüquq elmi üzrə 2 monoqrafiyası və 40-dan çox elmi məqaləsi çapdan çıxıb. 2023-cü ilin yanvar ayında Ukrayna vətəndaşlığı alıb. == Fəaliyyəti == H. Cavadov 2005–2012-ci illərdə "Demokratiyanın Nəbzi" Beynəlxalq İctimai Təşkilatının sədri vəzifəsində çalışıb, 2010-cu ildən "Slovo Azerbaydjana" ümumukrayna qəzetinin şef redaktorudur. 2012-ci ildən isə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri kimi aktiv ictimai fəaliyyətlə məşğuldur.
Həqiqət Cavadova
Həqiqət Əliəşrəf qızı Cavadova (9 oktyabr 1939, Nuxa) — kimyaçı alim, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Ə. Quliyev adına Aşqarlar Kimyası İnstitutunda laboratoriya müdiri, professor, texnika elmləri doktoru, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı (2024). == Həyatı == Texnika elmləri doktoru Cavadova Həqiqət Əliəşrəf qızı Azərbaycan Milli Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutunun laboratoriya müdiri, neft-kimyaçı alim, Azərbaycan neftlərindən alınan yağların tədqiqi, onların əsasında müxtəlif təyinatlı sürtkü yağlarının yaradılması, istehsalının təşkili sahələrində tanınmış mütəxəssisdir. Həqiqət Əliəşrəf qızı Cavadova 1939-cu il oktyabrın 9-da Bakı şəhərində anadan olmuşdur. H.Ə.Cavadova 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kimya fakültəsini kimyaçı ixtisası ilə bitirdikdən sonra həmin ildən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Neft-Kimya Prosesləri İnstitutunda kiçik elmi işçi vəzifəsində, 1965-ci ildən yeni yaradılmış AMEA Aşqarlar Kimyası İnstitutunda mühəndis, kiçik və böyük elmi işçi işləmiş, 1988-ci ildən “Motor yağlarına aşqar kompozisiyaları” laboratoriyasına rəhbərlik edir. H.Ə.Cavadovanın əsas elmi istiqaməti praktiki əhəmiyyətə malik müxtəlif funksional təsirli yeni, tərkibində fosfor, kükürd və azot saxlayan üzvi birləşmələr və sənaye aşqarları əsasında avtomobil və yük maşınları, avtotraktor və gəmi mühərrikləri üçün motor yağlarının sürtkü kompozisiyalarının elmi əsaslarının işlənib hazırlanması sahəsini əhatə edir. H.Ə.Cavadovanın bilavasitə rəhbərliyi ilə aparılan tədqiqatlar nəticəsində ilk dəfə avtotraktor, teplovoz, stasionar, gəmi dizelləri və müxtəlif təyinatlı daxili yanma mühərriklərində istifadə olunan M-8B, M-63/12Г1, М-8Г1, М-12ВБ, М-10Г2, М-10Г2k, М-14Г2, М-10Г2ЦС, М-10В2, М-14В2, М-14ГБ, М-20Бп, М-16ИХП-3 markalı motor yağları yaradılmış, istehsalı “Azərneftyağ” Neft Emalı Zavodunda (NEZ) və institiutun “Aşqar” Təcrübi İstehsallı ilə Xüsusi Texnoloji Bürosunda təşkil edilmişdir. 1995-ci ildən başlayaraq müxtəlif illərdə (1995-2011) bir sıra motor yağları Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Müdafiə Nazirliyinin “Xüsusi Texnika” Elmi İstehsalat Birliyi(EİB), Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti, Azərbaycan Dəmir Yolları QSC, Kənd Təsərrüfatı Nazirliyi, “Bakı Sərnişin Nəqliyyatı”MMC və digər qrumlarda tətbiq olunmuşdur. Bakı baza yağları əsasında işlənib hazırlanmış gəmi və stasionar dizellərində istifadə olunan M-12ВБ motor yağı 1998-ci ildən hal-hazıradək “Azərneftyağ” NEZ-də istehsal olunur. М-10В2, və М-14В2 yağları isə MDB ölkələrinə ixrac edilib. Xəzər Dəniz Donanması, ARDNŞ Bayıl limanı və Sərhəd Qoşunlarının istismarında olan gəmilərin dizel mühərrikləri üçün xaricdən gətirilən motor yağlarının yeni analoqları yerli xammal əsasında М-20В2Ф yağının sürtkü kompozisiyaları yaradılmışdır.
Leyla Cavadova
Leyla Cavadova (19 fevral 1993; İrkutsk, Rusiya) — Azərbaycanı təmsil edən qadın boksçu. == Karyerası == Leyla Cavadova 2011-ci ildə Niderlandın Rotterdam şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. Cavadova 1/8 final mərhələsi çərçivəsində baş tutan görüşdə İsveç nümayəndəsi Anna Laurell ilə üz-üzə gəldi və rəqibinə məğlub oldu (RSC). Daha sonra Leyla Cavadova 2014-cü ilin 31 may-8 iyunda Rumıniyanın Buxarest şəhərində baş tutan Avropa Çempionatında çıxış elədi. Cavadova 1/4 final mərhələsində Rumıniya nümayəndəsi Ana Patrascuya qalib gəlsə də (3:0), 1/2 final mərhələsində Almaniya təmsilçisi Sarah Şeuriça məğlub oldu (0:3) və Avropa Çempionatının bürünc medalına sahib oldu. Leyla Cavadova 2014-cü ilin 16-24 noyabrında Cənubi Koreyanın Jeju şəhərində baş tutan Dünya Çempionatında çıxış elədi. Cavadova 1/16 final mərhələsi çərçivəsində baş tutan görüşdə Avstriya nümayəndəsi Kaye Scotta məğlub oldu (0:2) və mübarizəsini dayandırdı. 2015-ci ilin 12-28 iyununda baş tutan I Avropa Oyunlarında da mübarizə aparan Leyla Cavadova, turnirin 1/8 final mərhələsindəcə Rusiya nümayəndəsi Yaroslava Yahuşinaya məğlub oldu (0:2) və mübarizəsini dayandırdı. Leyla Cavadova 2016-cı ilin 15-24 noyabrında Bolqarıstanın Sofiya şəhərində baş tutan Avropa Çempionatında da mübarizə apardı. Cavadova 1/4 final mərhələsində Xorvatiya nümayəndəsi Lucia Brhjacaya qalib gəlsə də (3:0), 1/2 final mərhələsində Türkiyə təmsilçisi Elif Güneriyə məğlub oldu (0:3) və Avropa Çempionatının bürünc medalına sahib oldu.
Mahir Cavadov
Mahir Cavadov — 1992–1994-cü illər arasında Xətai rayonunun prokuroru. == Həyatı == Mahir Cavadov 1949-cu il iyulun 10-da Laçın rayonunun Hoçaz kəndində anadan olub. 1957-ci ildə Şəki şəhər orta məktəbində 1-ci sinifə getmiş, 1967-ci ildə Ağdam rayonu 2-saylı orta məktəbini bitirmişdir. 1976-cı ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. 1970–1991-ci illərdə Kommunist Partiyasının üzvü olmuşdur. 1977-ci ildən 1994-cü ilə qədər Azərbaycan Respublikası prokurorluq orqanlarında işləmişdir. 1995-ci ildə Mart qiyamı zamanı Avstriyaya getmişdir. 2000-ci ildə BMT Assambleyasında "OMON"-çuların siyasi dustaq kimi tanınmasını sübut etmişdir. == Həmçinin bax == 1995 Azərbaycanda dövlət çevrilişinə cəhd Bəxtiyar Cavadovun oğludur. Rövşən Cavadovun qardaşıdır.
Mahmud Cavadov
Mais Cavadov
Mais Həbib oğlu Cavadov (22 mart 1929, Basqal, Şamaxı qəzası – 1992, Bakı) - fizika-riyaziyyat elmləri doktoru (1966), Əməkdar elm xadimi (1982), AMEA-nın müxbir üzvü (1989). == Həyatı == Mais Cavadov 22 mart 1929-cu ildə İsmayıllı rayonunun Baskal kəndində anadan olub. Ali təhsilini 1952-ci ildə Bakı Dövlət Universitetinin Riyaziyyat fakültəsində alıb. == Əmək fəaliyyəti == Mais Həbib oğlu Cavadov əmək fəaliyyətinə 1952-ci ildə Azərbaycan Elmlər Akademiyasının Fizika və Riyaziyyat İnstitutunda başlayıb. O, 1952-1969-cu illərdə AEA Fizika və Riyaziyyat İnstitutunda əyani aspirant, böyük elmi işçi, şöbə müdiri vəzifələrini icra edib. 1969-cu ildən pedaqoji fəaliyyətə başlayan Mais Cavadov 1969-1992-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda professor, kafedra müdiri vəzifəsində çalışıb. == Elmi fəaliyyəti == Mais Cavadov 1958-ci ildə akademik Zahid Xəlilovun rəhbərliyi ilə "Ümumiləşmiş funksiyalar sinfində qarışıq məsələlərin tədqiqi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat üzrə fəl­səfə doktoru, 1966-cı ildə fizika-riya­ziyyat üzrə elm­lər doktoru elmi dərəcələrini alıb. 1989-cu ildə AEA-nın müxbir üzvü seçil­ib. Mais Cavadov ilk dəfə adi diferensial operatorların məxsusi və qoşulmuş funk­siyalarının bir hissəsinin tamlıq məsələsini həll edib. Alim 40-dan artıq elmi əsərin müəllifidir.
Maqsud Cavadov
Maqsud Əlisimran oğlu Cavadov (13 aprel 1912, Basqal, Şamaxı qəzası – 25 may 1972, Bakı) — fizika-riyaziyyat elmləri doktoru(1957), professor(1959), Əməkdar müəllim(1943), Əməkdar elm xadimi(1962), Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü(1962). == Həyatı == Maqsud Əlisimran oğlu Cavadov 13 aprel 1902-ci ildə Şamaxı qəzasının (hazırda İsmayıllı rayonunun) Basqal qəsəbəsində kəlağayı toxucusu ailəsində anadan olmuşdur. Atası Əlisimran Cavadov 1913-cü ildə, anası Mələk Qulu qızı isə 1918-ci ildə vəfat etmiş, 16 yaşlı Maqsud Cavadov valideyn himayəsindən məhrum olmuşdur. İbtidai təhsilini Basqal məktəbində almış, 1914–1918-ci illərdə isə Şəkidə yaşayan dayısı Ağaəli Quliyevin köməyi ilə təhsilini Şəki gimnaziyasında davam etdirmişdir. 1918-ci ildə doğulduğu kəndə qayıtmış və orada özündən kiçik olan iki qardaşının qayğısını öz üzərinə götürərək kənd təsərrüfatı işləri ilə məşğul olmağa başlamışdır. 1919-cu ildə kənddə baş verən bədbəxt hadisə nəticəsində onun sol əli amputasiya olunmuşdur. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Maqsud Əlisimran oğlu Cavadov 1924-cü ildə Bakıya gəlmiş, Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil olmuş və 1927-ci ildə həmin institutun Fizika-riyaziyyat fakültəsini orta məktəblər üçün riyaziyyat müəllimi ixtisası üzrə bitirmişdir. Azərbaycan Dövlət Pedaqoji Universiteti bitirdikdən sonra xüsusi istedadı nəzərə alınaraq Maarif Nazirliyi tərəfindən Bakıda saxlanılmış və təhsilini davam etdirmək məqsədilə Bakı Dövlət Universitetinə göndərilmişdir. O, 1930-cu ildə Bakı Dövlət Universitetinin də Fizika-riyaziyyat fakültəsini bitirmiş, Azərbaycan Elmi Tədqiqat İnstitutunun aspiranturasına qəbul olunmuşdur. 1932-ci ildə həmin institutun aspiranturasını Ali məktəb müəllimi ixtisası üzrə bitirmişdir.
Mehman Cavadoğlu
Mehman Cavadoğlu (11 dekabr 1955, İsmayıllı rayonu) — yazıçı == Həyatı == Mehman Cavadoğlu 1955-ci il dekabrın 11-də İsmayıllı rayonunun İsmayıllı kəndində anadan olub. 1977-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1978–1988-ci illərdə "Sovet kəndi" qəzetinin müxbiri və şöbə müdiri vəzifələrində çalışıb. 1988-ci ildən Azərbaycan Xalq Hərəkatına qoşulub. 1989-cu ildən — Azərbaycan Xalq Cəbhəsi yaranan vaxtdan onun üzvü olub. Həmin il AXC-nin xüsusi bülletenlərinin, 1990-cı il 20 yanvar hadisələrindən sonra qeyri-leqal şəkildə nəşr olunan "FV-ÇP" qəzetinin nəşr olunmasında iştirak edib. 1991–1992-ci illərdə "Müxalifət" qəzetinin redaktoru olub. 1991-ci ildə AXC Ali Məclisinin üzvü seçilib. 1992-ci ildə Ali Sovetin orqanı olan "Həyat" qəzetinin baş redaktoru təyin edilib. Həmin ilin sentyabrında "Həyat" qəzetinin bazasında 1918–1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin orqanı olan "Azərbaycan" qəzetinin bərpa prosesinə rəhbərlik edib və 1993-cü ilin iyun ayına kimi həmin qəzetin baş redaktoru olub.
Mirafət Cavadov
Mirməmməd Cavadzadə
Cavadzadə Mirməmməd Cavad oğlu (18 may 1927, Lənkəran, Lənkəran qəzası – 7 avqust 2008, Bakı) — Görkəmli uroloq-alim və pedaqoq, dövlət mükafatları laureatı, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru. SSRİ məkanında ilk ən güclü uroloji məktəbin yaradıcısı olub. O, həm də Azərbaycanda uroloji məktəbin yaradıcısı idi. Mirməmməd Cavadzadə 1927-ci il mayın 18-də Lənkəran şəhərində anadan olmuşdur. 1943-cü ildə Lənkəran şəhər 1 nömrəli tam orta məktəbini, 1948-ci ildə ADTI-nin müalicə-profilaktika fakültəsini bitirmişdir. 1951-ci ildə II Moskva Tibb İnstitutundakı urologiya kafedrası aspiranturasında oxumuş, 1954-cü ildə "Sidik axarının daşları" mövzusunda namizədlik dissertsiyası müdafiə etmişdir. 1954-cü ildən 1957-ci ilə qədər Krım Tibb Institutunda assistent, sonra urologiya üzrə dosent olmaqla, Krım Vilayətinin baş uroloqu işləmişdir. 1962-ci ildə "Böyrəklərin polikistozu" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək tibb elmləri doktoru adı almışdır. 1963-cü ildə Bakıya dəvət olunmuş və müsabiqə yolu ilə Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun urologiya və operativ nefrologiya kafedrasına müdir seçilmişdir. Doğma Azərbaycana qayıtdıqdan sonra o, yüksək səviyyəli elmi-klinik müəssisə yaratmış və bununla da müasir klinika məktəbinin və urologiya elmində yeni istiqamətin təməlini qoymuşdur.
Mirzə Cavad Məliki-Təbrizi
Mirzə Cavad Mirzə Şəfi oğlu Məliki-Təbrizi (?-1922) — İslam alimi, müctəhid.
Mirzə Cavad Natiq
Mirzə Cavad Natiq (?-?)—İran Məşrutə hərakatının fəal üzvü. Mirzə Cavad Natiq Əyalət əncüməninin üzvü idi. Əncümən onu Makuya göndərdi.
Mirzə Cavad Tarumi
Mirzə Cavad Tarumi (1844-1907)—İran Məşrutə hərakatının fəal üzvü. Mirzə Cavad 1844-cü ildə Tarumda anadan olmuşdu. Nəcəf şəhərində mükəmməl mədrəsə təhsili almışdı. Savadlı оlduğundan dоlayı mirzə ünvanı daşıyırdı. Zəncan şəhərində Quran elmləri, təfsir, fiqh və üsul fənləri üzrə tədris və tədqiqatla məşğul olmuşdur. Həkim, filosof kimi tanınmışdı. Mirzə Cavad Tarumi 1907-ci ildə vəfat edib.
Mirzə Cavad ağa Təbrizi
Mirzə Cavad bəy Qayıbov
Mirzə Cavad xan Sədəddövlə
Mirzə Cavad xan Hacı Mirzə Cəbbar oğlu Sədəddövlə (1856–1930) — Cənubi Azərbaycanın tanınmış şəxslərindən, ictimai-siyasi xadim. 1893-1896-cı illərdə İranın Belçikada səfiri, 1909-cu ildə 2 ay müddətində İranın baş naziri olmuşdur. Mirzə Cavad xan Hacı Mirzə Cəbbar oğlu Sədəddövlə Xoy şəhərində anadan olmuşdu. Atası təzkirəçi idi. Babası isə Səfərəli Xoyi Cənubi Azərbaycanın tanınmış ziyalılarından idi. Mirzə Cavad xan Teleqraf idarəsində və qəzet redaksiyasında çalışmışdı. Bir müddət də Təbriz şəhərində "Müzəffəriyyə" mədrəsəsində işləmişdi. Əliqulu xan Müxbirəddövlə Azərbaycana gələndən sonra onun yanına işə düzəlmişdi. Müxbirəddövlə onu teleqrafa rəis təyin etmişdi. Mirzə Cavad xan sonra Xarici İşlər nazirliyinə daxil olmuşdu.
Mədaxil Cavadlı
Cavadov Mədaxil Məqatil oğlu (Mədaxil Cavadlı) — şair, publisist, 2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Mədaxil Cavadlı 1 mart 1958-ci ildə Ağsu rayonunun Sanqalan kəndində anadan olmuşdur. Kənd səkkizillik məktəbi, Sumqayıt şəhərində 44 saylı peşə məktəbini bitirmişdir. Bakı Sənaye Pedaqoji Texnikumunda təhsilini davam etdirmişdir (1976-1978). Ordu sıralarında hərbi xidməti borcunu yerinə yetirmişdir (1978-1980). Marksizm-leninizm universitetinin dinləyicisi olmuşdur (1982-1984). Hazırda Sumqayıt şəhərində 14 saylı orta məktəbdə direktor müavinidir (1994-cü ildən). Eyni zamanda Rusiya Federasiyasında nəşr olunan "Gülüstan" qəzetinin Sumqayıt şəhəri üzrə təmsilçisidir (2000). XX əsrin 90-cı illərindən dövri mətbuatda lirik şeirləri ilə çıxış edir. "Bu yurdun alınmaz dağları qala", "Sevgi məktubları", "Ümid işığı" və s.
Məhəmməd Cavad Azəri Cəhromi
Məhəmməd Cavad Azəri Cəhromi (fars. محمدجواد آذری جهرمی‎; d. 13 oktyabr 1982, Cəhrom, İran) — İranlı bürokrat və siyasətçi. İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri (2017-cı 2021). Məhəmməd Cavad Azəri Cəhromi 13 oktyabr 1982-ci ildə İranın Cəhrom şəhərində dünyaya gəlmişdir. Su və Enerji Sənayesi Universitetində elektrik mühəndisliyi üzrə ali təhsil almışdır. Cəhromi 2002-ci ildən 2009-cu ilədək İran İslam Respublikasının Kəşfiyyat Nazirliyində müxtəlif rəhbər vəzifələrdə çalışmışdır. 2009-2014-cü illərdə İranın Rabitə Tənzimləmə Qurumunda Təhlükəsizlik sistemləri şöbəsinin baş direktoru kimi fəaliyyət göstərmişdir. O, 2016-cı ildə İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları nazirinin müavini və Telekommunikasiya İnfrastrukturu Şirkətinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilmişdir. 20 avqust 2016-cı ildə İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri təyin olunmuşdur.