1. is. Tut yarpaqları ilə bəslənən barama qurdlarının əmələ gətirdiyi çox incə və parlaq tellər və bu tellərdən toxunan qiymətli parçalar.
[Əsgər:] Çit, ipək, məxmər, bafta, tafta – hər şeyim var.
Bir yığın tüllərə və ipəklərə bürünmüş qızlar gələr, oynarlar.
Buranın [Çalusun] bollu düyüsü və məşhur ipəyi vardır.
2. Sif. mənasında. İpəkdən hazırlanmış, ipəkdən tikilmiş (toxunmuş). İpək paltar. İpək köynək. İpək pərdə.
– Onlar ipək xalçalar döşənmiş aynalı pilləkənlərdən yuxarı çıxıb … böyük salona girdilər.
Nazlı əynindəki tünd-şabalıd rəngli ipək köynəyini çıxartdı…
◊ İpək kimi – 1) çox incə, parlaq, yumşaq. İpək kimi saçları var.
– Tüklərindir ipək kimi parlaq; Bədnəzərdən vücudun olsun iraq!
Of, nə yamandır o süzgün baxışlar; Ey ipək telləri zərəfşan gəlin! ;
2) məc. mülayim, xoşrəftarlı, yumşaq. İpək kimi xasiyyət.
– Deyir Məşədi bəy, alnında vüqar; Onun ipək kimi təbiəti var!