1. Qulağa gələn, eşidilən səda; eşitmə orqanının qavradığı şey; ün, səda. Uzaqdan səs gəlir. Zurna səsi. Top səsi.
// Danışma, oxuma, qışqırma və s. zamanı səs tellərinin titrəməsindən hasil olan və ucalığı, səslənməsi ilə fərqlənən səda. Nazik səs. Səsini ucaltmaq. Səsindən tanımaq. Yanıqlı səs.
□ Səsi batmaq – hər hansı bir səbəbə görə səsi tutulmaq, eşidilməz olmaq.
2. Səs tellərinin müğənnilik (vokal) qabiliyyətini göstərən səslənmə dərəcəsi. Zil səs. Gur səs. Səsini yoxlamaq.
3. Bəzi cansız şeylərin çıxardığı və onlar üçün səciyyəvi olan səda. Küləyin səsi. Selin səsi. Dalğaların səsi.
4. fiz. Hava və ya başqa mühit zərrəciklərinin titrəyiş hərəkəti. Səs nəzəriyyəsi. Səs sürəti. Akustikanın səs bəhsi.
5. dilç. İnsan nitqinin aydın dərk edilən elementi; sövt. Burun səsləri. Diş səsləri.
6. məc. Gurultu, patıltı; gurultu-patıltı; səssəda. Səsi sonra çıxacaq.
□ Səs qopmaq (düşmək) – şayiə yayılmaq, xəbər yayılmaq, gurultu qopmaq. İkindi çağı idi.
7. məc. Mülahizə, rəy, mühakimə, fikir. Kütlənin səsi. Xalqın səsinə qulaq asmaq.
8. Dövlət və ictimai idarələrdə hər hansı bir məsələnin həllində öz fikrini bildirmək hüququ. Həlledici səs. Məşvərətçi səs.
□ Səs vermək – 1) çağırışa cavab vermək, hay vermək. Eşidir, amma səs vermir.
2) seçki zamanı bir məsələni, işi həll edərkən səsvermədə iştirak etmək, səsini bu və ya başqa adamın və ya bir işin lehinə vermək.
Səsə qoymaq – bir məsələnin və ya bir namizədin nə dərəcədə məqbul olub-olmadığını səsvermə yolu ilə müəyyən etmək. Yenə bir neçə yerdən səs gəldi ki, gündəlik təsdiq olunsun.
◊ Səs çıxarmadan – sakitcə, səssiz, susaraq, dinmədən.
Səs çıxmamaq – cavab verməmək, səssiz-səmirsiz oturmaq, danışmamaq, dinləmək, susmaq.
Səsə düşmək – bax dilə-ağıza düşmək 1-ci mənada.
Səsi kəsilmək – susmaq, dinməmək, kirimək.
Səsinə səs vermək – çağırışa cavab vermək, həmrəylik göstərmək.
Səsini çıxartmamaq – susub qalmaq, dinməmək, danışmamaq, susmaq.
Səsini içinə (içəri) salmaq (çəkmək) – tam sükut etmək, səsini çıxartmamaq, tamamilə susmaq. Aşıq Sənan səsini içəri saldı. “Abbas və Gülgəz”.
Səsini səsinə qatmaq – 1) səsinə səs vermək, birgə hərəkət etmək, həmrəy olmaq;
2) bax səs-səsə vermək. Molla da bunun yanında əyləşib, səsini qatır onun səsinə, başlayır ağlamağa. “M.N.lətif.
” Səs-səsə vermək – bir yerdə ağız-ağıza verərək oxumaq, yaxud danışmaq, qışqırmaq.
Qulağına səs gəlmək – eşitmək.