Dərəbas — Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd.[2]
kənd | |
Dərəbas | |
---|---|
39°26′24″ şm. e. 46°07′20″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Zəngəzur mahalı |
Rayon | Sisyan rayonu |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 1.500 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Rayon mərkəzindən 29 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində Dərəbaz formasında qeyd edilmişdir[3]. Kəndin adı 844-cü ildən çəkilir[4].
Toponim Azərbaycan dilində «iki dağ arasında çuxur» mənası bildirən dərə sözünə[5] türk dillərində «dağın başı», «zirvə» mənasında işlənən bas sözünün[6] birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 10.IX.1946-cı il fərmanı ilə adı dəyişdirilib Darbas (Darvaza) qoyulmuşdur.
Ermənilər buraya 1828-29-cu illərdə Türkiyədən köçürüllərək yerləşdirilmişdir. Ermənilərlə yanaşı kənddə 1831-ci ildə 164 nəfər, 1873 - cü ildə 515 nəfər, 1886-cı ildə 553 nəfər, 1897-ci ildə 730 nəfər, 1908-ci ildə 440 nəfər azərbaycanlı yaşamışdır[7].
1916-18-ci illərdə azərbaycanlılar qırğınlarla tarixi-etnik torpaqlarından qovularaq kəndə Türkiyədən köçürülən ermənilər yerləşdirilmişdir. İndi ermənilər yaşayır.