Bu, Göytürklərin Türk xaqanlığının yaranmasından İkinci Göytürk xaqanlığının sonuna qədər olan tarixinin xronologiyasıdır.
İl | Tarix | Hadisələr |
---|---|---|
439 | Müasir Turfan ətrafında məskunlaşan Aşina kimi tanınan hun tayfalarının 500 ailəsi onları Altay dağlarına köçürən Jujan xaqanlığına tabe edilir. [1] |
İl | Tarix | Hadisələr |
---|---|---|
534 | Aşinalı Bumın xaqan türklərin başçısı olur, daha şərqə, Xuanxe çayına (Sarı çay) doğru köç edirlər. [1] | |
545 | Türklər Qərbi Vey ilə ittifaq qururlar. [1] | |
546 | Bumın xaqan Jujuan xaqanlığında baş verən Telelərin üsyanını yatırır və xidməti üçün bir Jujuan şahzadəsi istəyir. İstəyi geri çevrildikdən sonr müstəqilliyini elan edir [2] | |
551 | Bumın özünü xaqan və türklərin ali hökmdarı elan edir. [1] | |
Bumın xaqan Qərbi Vey şahzadəsi Çanqla ilə evlənir. [2] | ||
552 | Bumın xaqan Jujuan xaqanı Yuyçzülyü Anaxuanı (Dayanan xan) məğlub edir və Anaxuan intihar edir; Bumın Ötükəni fəth etdikdən sonra özünü Türk xaqanlığının İllıq xaqanı elan edir; tezliklə Bumın ölür və yerinə oğlu Qara İssıq xaqan keçir. [2][3] | |
553 | İssı1 xaqan Jujuan xaqanlığına hücumunu davam etdirir və ölür; onun yerinə qardaşı. Muğan xaqan keçir[2] | |
554 | Muğan xaqan Jujuan xaqanlığını məğlub edir. [2] | |
557 | Buxara döyüşü: Qərbi Göytürk xaqanı İstəmi (Bumınin qardaşı) Sasanilər imperiyası ilə ittifaq bağlayaraq eftalitlərə (Ağ hunlar) hücum edirlər. [4] | |
563 | Qərbi Göytürk xaqanı İstəmi xaqan döyüşdə Ağ hunları məğlub edir. [1] | |
568 | Elçilər Bizans imperatorluğuna gələrək, onlardan Qərbi Göytürk xaqanlığına tabe olan avarları təslim etmələrini xahiş edirlər. [5] | |
572 | Muğan xaqan ölür və onun yerinə qardaşı Taspar xaqan keçir. [6] | |
580 | Taspar xaqan Şimali Çjou şahzadəsi Qianjin ilə evlənir. [6] | |
581 | Göytürk vətəndaş müharibəsi:Taspar xaqan ölür və onun təyin etdiyi varisi Muğan xaqanın oğlu Apa xaqan İssıq xaqanın oğlu İşbara xaqanla döyüşə gedir; Taspar xaqanın oğlu Amrak xaqan taxt iddiasından əl çəkir. [7] | |
582 | İşbara xaqan Çinə hücum edir. [8] | |
583 | Göytürk vətəndaş müharibəsi: Apa xaqan İşbara xaqan tərəfindən məğlub edilir və Qərbi Göytürk xaqanı İstəmi xaqanın oğlu Tardu xaqanın yanına qaçır.[7] | |
584 | Göytürk vətəndaş müharibəsi: Qərbi Göytürk xaqanı Tardu Şərqi Göytürk xaqanı İşbara xaqanı məğlub edir.[9] | |
585 | Şərqi Göytürk xaqanı İşbara xaqan Suy sülaləsi tərəfindən məğlub edilir. [10] | |
587 | Şərqi Göytürk xaqanı Tulan xaqan Bağa xaqanın oğlu Yami xaqanın üzərinə hücum edir və onu Suy xanədanına qaçmağa məcbur edir.[7][11] | |
588 | Birinci fars-türk müharibəsi: Şərqi Göytürk xaqanı Bağa xaqan Herata hücum edir, lakin məğlub olur, ox zərbəsindən ölür; Onun yerinə İşbara xaqanın oğlu Tulan xaqan keçir. [12][1] | |
597 | Şərqi Göytürk xaqanı Tulan xaqan Bağa xaqanın oğlu Yami xaqanın üzərinə hücum edir və onu Suy xanədanına qaçmağa məcbur buraxır.[13] | |
599 | Şərqi Göytürk xaqanı Tulan xaan tabeliyində olanlar tərəfindən öldürülür və onun yerinə Bağa xaqanın oğlu Yami xaqan keçir.
Qərbi Göytürk xaqanı Tardu isə özünü bütün türklərin hökmdarı elan edir. [14] | |
Qərbi Göytürk xaqanı Tardu xaqan Suy xanədanına hücum edir[15] |
İl | Tarix | Hadisələr |
---|---|---|
600 | Qərbi Göytürk xaqanı Tardu Suy sülaləsinə hücum edir. [15] | |
602 | Qərbi Göytürk xaqanı Tardu Ordosda Şərqi Göytürk xaqanı Yami xaqana hücum edir.[13] | |
603 | Qərbi Göytürk xaqanı Tardu devrilərək Toqona qaçır;[16] onun yerinə Tardunun nəvəsi Taman xaqan keçir. [17] | |
605 | Şərqi Göytürk xaqanı Yami xaqan Suy sülaləsi adından xitaylara hücum edir. [18] | |
Qərbi Göytürk xaqanı Taman üsyan səbəbindən Suyların yanına qaçmağa məcbur olur.[19] | ||
610 | Qərbi Göytürk xaqanı Taman onun yerinə keçən Tardunun nəvəsi Şekuy xaqan tərəfindən məğlub edilir. [17] | |
611 | Şərqi Göytürk xaqanı Yami xaqanın yerinə oğlu Şibi xaqan keçir. [20] | |
Taman xaqan Suy sülaləsinə qaçır. [17] | ||
615 | Şərqi Göytürk xaqanı Şibi xaqan Suylara hücum edir.[20] | |
617 | Şərqi Göytürk xaqanı Şibi xaqan Suy sülaləsinə qarşı üsyanında Tan imperatoru Qaocjuya kömək edir.[21] | |
Qərbi Göytürk xaqanı Şekuy xaqanın yerinə qardaşı Tonq Yabqu xaqan keçir.[22] | ||
618 | Taman xaqan Şərqi Göytürk xaqanlığının elçiləri tərəfindən öldürülür. [17] | |
619 | Şərqi Göytürk xaqanı Şibi xaqanın yerinə qardaşı Çula xaqan keçir. [17] | |
620 | Şərqi Göytürk xaqanı Çula xaqanın yerinə onun qardaşı İllig xaqan keçir. [17] | |
622 | Şərqi Göytürk xaqanı İllig xaqan Tan sülaləsinə hücum edir. [23] | |
624 | Şərqi Göytürk xaqanı İllig xaqan və onun qardaşı oğlu Tolis xaqan Tanın ərazilərini işğal edir, lakin Li Şimin Tolislə əlaqə saxlayır və onu hücum etməməyə inandıraraq, işğalı dayandırmağa məcbur edir. [24] | |
625 | Şərqi Göytürk xaqanı İllig xaqan Tanın sülaləsinin ərazilərinə basqınlar edir, lakin geri çəkilir. [25] | |
626 | Şərqi Göytürk xaqanı İllig xaqan Tanın sülaləsinin ərazilərini işğal edir və yeni tac taxmış Tan imperatoru Tay Tsunq xərac ödəməyə razı olur.[25] | |
627 | Üçüncü fars-türk müharibəsi: Qərbi Göytürk xaqanı Tonq Yabqu xaqan Sasanilər imperiyasına hücum edərək Dərbənd və Tiflisi tutur.[1] | |
Qarluqlar Qərbi Göytürk xaqanlığına qarşı üsyan qaldırırlar. [26] | ||
Tan və uyğur qoşunları türklər və tibetlilərlə döyüşə girir.[27][28] | ||
628 | Seyanto xaqanlığı və Tatabılar Şərqi Göytürk xaqanlığına qarşı üsyan qaldırırlar. [29] | |
630 | Tanın Şərqi türklərə səfəri: Şərqi Göytürk xaqanı İllig xaqan Tan sülaləsindən Li Cjin tərəfindən məğlub edilir və Li Şici tərəfindən əsir götürülür, lakin azad edilir; Şərqi Göytürk xaqanlığı Tan sülaləsinin vassalı olur. [30] | |
Syuantzan Qərbi Göytürk xaqanı Tonq Yabqu xaqanın sarayına səfər edir. [31] | ||
Qərbi Göytürk xaqanı Tonq Yabqu xaqan əmisi Bağatur xaqan tərəfindən öldürülür. [22] | ||
Qərbi Göytürk xaqanı Bağatur xaqan Tonq Yabqu xaqan oğlu Si Yabqu xaqan tərəfindən öldürülür.[32] | ||
Qərbi Göytürk xaqanlığı iki tayfa konfederasiyasına; Qərbi Nuşibilər və Şərqi Tululara parçalanır, onlar birlikdə On Oq (On ox) kimi tanınırlar. [26] | ||
632 | Qərbi Göytürk xaqanı Si Yabqu xaqan devirilir; onun yerinə Tonq Yabqu xaqanın yaxın qohumu Bağa Şadın oğlu Nişa Tulu xaqan keçir. [33] | |
634 | Qərbi Göytürk xaqanı Nişa Tulu xaqan taxtdan əl çəkir və onun yerinə qardaşı İşbara Teriş keçir.[34] | |
638 | Qərbi Göytürk xaqanı İşbara Teriş xaqan İllig xaqanın oğlu Yükük şadın xeyrinə devrilir.[35] | |
642 | Qərbi Göytürk xaqanı Yükük şad qərbə qaçır və onun yerinə İşbara Terişin nəvəsi İrbis Şekuy xaqan keçir. [35] | |
649 | Qərbi Göytürk xaqanı İrbis Şekuy qərbə qaçır və onun yerinə İstəmi xaqanın nəslindən olan Xallıq İşbara Yabqu xaqan gətirilir. [10] | |
651 | Qərbi Göytürk xaqanı Xallıq İşbara Yabqu Cjimasara hücum edir. [36] | |
653 | İnan Cençu yabqu Qərbi Göytürk xaqanı Xallıq İşbara Yabqu üzərinə hücum edir. [37] | |
656 | Qərbi Göytürk xaqanlığının Qarluq və Turgiş qüvvələri Şen Yaoin tərəfindən məğlub edilir.[38] | |
657 | İrtış çayı döyüşü: Qərbi Göytürk xaqanı Xallıq İşbara Yabqu xaqan Tan sülaləsindən Su Dinqfanq tərəfindən məğlub edilir.[39] | |
658 | Tanın Qərbi Göytürk xaqanlığını ələ keçirməsi: Qərbi Göytürk xaqanı Xallıq İşbara Yabqu xaqan Tan sülaləsindən Su Dinqfanq tərəfindən məğlub edilir və ömrünün qalan günlərini Çanqanda keçirir;
Qərbi Göytürk xaqanlığı Tana birləşdirilir. [40] | |
660 | Qərbi Göytürk xaqanlığının qalan qüvvələri Tibet imperiyasına qoşularaq Qaşqara hücum edirlər. [41] | |
665 | Qərbi Göytürk xaqanlığının qalan qüvvələri Tibet imperiyasına qoşularaq Yutiana (Xotan) hücum edirlər.[42] | |
677 | Qərbi Göytürk xaqanlığının qalan qüvvələri Tibet imperiyasına qoşularaq Qiucinə (Kuça) hücum edirlər.[41] | |
679 | Çanyu protektoratından Aşide Venfu və Aşide Fenci Aşina Nişufu xaqan elan edir və Tan sülaləsinə qarşı üsyana başlayırlar.[43] | |
680 | Pey Xincjan Aşina Nişufu məğlub edir və Aşina Nişufu onun adamları tərəfindən öldürülür.[43] | |
Aşide Venfu Aşina Funyanı xaqan elan edir və Tan sülaləsinə qarşı üsyan qaldırır.[43] | ||
681 | Aşide Venfu and Aşina Funian Pey Xincjana təslim olurlar.[43] | |
İltəriş xaqan Aşina Funyanın adamları ilə ilə üsyan qaldırır.[44] | ||
682 | İltəriş xaqan İkinci Göytürk xaqanlığını elan edir. [44] | |
İkinci Göytürk xaqanı Qapağan xaqan Tan sülaləsinə hücum edir. [45] | ||
683 | İkinci Göytürk xaqanı Qapağan xaqan Tan sülaləsinə hücum edir. [45] | |
684 | İkinci Göytürk xaqanı Qapağan xaqan Tan sülaləsinə hücum edir. [45] | |
685 | İkinci Göytürk xaqanı Qapağan xaqan Tan sülaləsinə hücum edir. [45] | |
687 | İkinci Göytürk xaqanı Qapağan xaqan Tan sülaləsinə hücum edir. [45] | |
692 | İkinci Göytürk xaqanı İltəriş xaqan vəfat edir və onun yerinə qardaşı Qapağan xaqan keçir.[44] | |
693 | İkinci Göytürk xaqanı Qapağan xaqan Tan sülaləsinə hücum edir.[46] | |
694 | İkinci Göytürk xaqanı Qapağan xaqan Tan sülaləsinə hücum edir. [47] | |
696 | İkinci Göytürk xaqan Qapağan xaqan şərqdə xitanları məğlub edir və Tan sülaləsinə basqın edir. [46] | |
697 | İkinci Göytürk xaqanı Qapağan xaqan Tan sülaləsinə hücum edir. [47] | |
698 | İkinci Göytürk xaqanı Qapağan xaqan Tan sülaləsinə hücum edir. [46] |
İl | Tarix | Hadisələr |
---|---|---|
702 | İkinci Göytürk xaqanı Qapağan xaqan Tan sülaləsi ərazilərinə hücumlar edir. [46] | |
706 | İkinci Göytürk xaqanı Qapağan xaqan Tan sülaləsi ərazilərinə hücumlar edir. [46] | |
707 | İkinci Göytürk xaqanı Qapağan xaqan Tan sülaləsi ərazilərinə hücumlar edir. [48] | |
711 | Bolçu döyüşü: İkinci Göytürk xaqanı Qapağan xaqan Türgiş xaqanlığını məğlub edir. [49] | |
713 | İkinci Göytürk xaqanı Qapağan xaqan Əməvilər xilafətinə qarşı Sogd vilayətinə kömək üçün ordu göndərir, lakin məğlub olur və növbəti il geri çəkilir. [50] | |
716 | 22 iyul | İkinci Göytürk xaqanı Qapağan xaqan pusquda öldürülür və onun yerinə İltəriş xaqanın oğlu Bilgə xaqan keçir.[44] |
720 | İkinci Göytürk xaqanı Bilgə xaqan Tan sülaləsi torpaqlarına hücum edir və xərac alır. [44] | |
726 | Orxon çayı yaxınlığında Tonyukuk abidəsi ucaldılır.[51] | |
731 | 27 fevral | Kültigin vəfat edir.[52] |
734 | 25 noyabr | İkinci Göytürk xaqanı Bilgə xaqana sui-qəsd edilir və onun yerinə gələn oğlu Yollıq xaqan elə həmin ildə vəfat edir; onu anası Qutluq Səbaq xatunun himayəsi altında qardaşı Bilgə Qutluq xan əvəz edir. [44] |
741 | İkinci Göytürk xaqanı Bilgə Qutluq Tenqri xaqan onun şadlarından biri (vali) Pan Kültiğin tərəfindən öldürülür.
Sonra basmıllar tərəfindən məğlub edilir və onun yerinə İltəriş xaqanın oğlu Qutluq Yabqu xaqan keçir.[53] | |
742 | Basmıllar, uyğurlar və qarluqlar İkinci Göytürk xaqanlığına qarşı üsyan edir və Qutluq Yabqu xaqan öldürülür; onun yerinə Pan Kültiğin oğlu Ozmış Teqin xan keçir.[54] | |
744 | Uyğurlar İkinci Göytürk xaqanlığını darmadağın edərək Uyğur xaqanlığını qururlar; Ozmış Teqin xan öldürülür. [53] |