AZADƏ

bax azad1 1-ci mənada.
Aşiq azadə gərəkdir ki, dönər zindanə; Bərgigüldən ola gər bülbüli-şeydayə qəfəs. S.Ə.Şirvani.
Sona xala ah çəkərək dedi: – Kaş oğlum Bəşir sağ olaydı, bu azadə qadınları görəydi. S.S.Axundov.

// İs. mənasında. Azad adam.
Mahiyyətini həqir sanma; Azadələri əsir sanma! M.Ə.Sabir.

// Zərf mənasında.
İstərdim o da mən kimi bir hörmətə çatsın; Azadə dolansın. M.Ə.Sabir.
Az müddətdə bu qızı ağıl-kamalının səbəbinə müəllimləri nəhayətdə sevirdilər; 15 yaşında firəng və rus dilində azadə danışırdı. N.Nərimanov.
Tovuz kimi azadə gəzirsən bu çəməndə. Ə.Vahid.

Sinonimlər (yaxın mənalı sözlər)

  • AZADƏ azadə bax azad

Etimologiya

  • AZADƏ Farscadır, “sərbəst” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
AZAD₁
AZADƏLİK

Digər lüğətlərdə