ALŞAN
ALTINBAY
OBASTAN VİKİ
Altay
Altay — kişilərə verilən ad. Şəxslər Altay Yusifoğlu — nasir, dramaturq, ədəbiyyatşünas, tərcüməçi, Altay Zahidov — Azərbaycan jurnalisti. Fəxrəddin Altay — Türkiyəli hərbçi və siyasətçi. Yerlər Altay Respublikası — Rusiya Federasiyası subyektlərindən biri, muxtar inzibati- ərazi vahidi. Altay diyarı — Rusiya Federasiyası subyektlərindən biri, inzibati- ərazi vahidi. Altay vilayəti — Çində bir vilayət. Altay — Altay vilayətinin paytaxtı. Altay dağları — Asiyada dağ sistemi. Digər Altay tankı — Türkiyədə istehsalı planlaşdırılan tank. Altay — Türkiyənin futbol klubu.
Altay (tank)
Altay — Türkiyənin inkişaf etdirməkdə olduğu 3+ nəsil əsas döyüş tankı. Türkiyənin Milli Tank İstehsal Layihəsi (MİTÜP-Milli Tank Üretim Projesi) dairəsində 30 mart 2007-ci ildə Müdafiə Sənayesi İcra Komitəsi iclasının nəticəsində Müdafiə Sənayesi Müstəşarlığı tərəfindən proyektə əsas yüklənici kimi Otokar Otomotiv ve Savunma Sanayi A. Ş. seçildi. Tankın adı İstiqlaliyyət müharibəsində 5. Süvari Kopusuna komandanlıq edən Fəxrəddin Altayın adından alınmışdır. Fəxrəddin Altaya isə soyadı Altay İdman Klubundan ilhamlanaraq Mustafa Kamal Atatürk tərəfindən verilmişdir. "Altay" tankları Türkiyənin inkişaf etdirdiyi 3+ nəsilə aid əsas döyüş tankıdır. Altay layihəsinin texniki dəstəyi Cənubi Koreyaın Rotem firmasıdır. "Altay" olaraq adlandırılan tankın dizaynı, təkmilləşdirilməsi, prototip istehsalı, test ve lisenziyalaşdırılması mərhələləri üçün 500 milyon dollar maddi vəsait ayrılmışdır. Üçüncü nəsil əsas döyüş tankı olaraq dizayn edilən texnikanın prototip testləri və kalifikasiya işləri 2013-cü ildə bitirilməsi, kütləvi istehalına isə 2016-cı ildə başlanılması planlaşdırılırdı. Dizayn mərhələsində Cənubi Koreya istehsalı XK-2 əsas döyüş tankı proyektindən əldə edilmiş təcrübələrdən də istifadə olunması nəzərdə tutulur.
Altay (şəhər)
Altay şəhəri (uyğ. قۇمۇل, Altay shehiri; çin. 阿勒泰市, Pinyin: Ālètài) — Çinin Sintszyan-Uyğur Muxtar rayonunun İli-Qazax Muxtar dairəsində yerləşən bir şəhərdir. Verilən digər adlar: Chenghwasze, Altay-Sharasume, Cheng-hua-sze, Sharasume, A-lo-t'ai-chen, Chenghwa, A-shan, A-lo-t'ai, Tulta, Ch'eng-hua, Çenxua, Ç'eng-hua-ssu, A-lo-t'ai-hsien, T'u-lo-t'a, A-le-t'ai, Ch'eng-hua-hsien, A-erh- t'ai, Shara-Sumu və Altay. Kobdan Hebei-Amban-ın Altay bölgələrindəki köçərilərə nəzarət etməkdə çətinlik çəkdiyindən, 20-ci əsrin əvvəllərində başında müstəqil bir amban ilə yeni bir bölgə yaratmaq təklifi ilə Pekinə üz tutdu. Təklif qəbul edildi və 1908-ci ildə yeni qubernatorun iqamətgahı olaraq Cungar monastırı Şara-sume (Çin. 承 化寺 p p all all all all all p p) yerində bir qala inşa edildi. Monastır və qala ətrafında tədricən bir qəsəbə böyüdü. Chenghua County (承 化 县) 1921-ci ildə yaranmışdır. 1953-cü ildə Atai County (阿泰 у), 1954-cü ildə Altay County (阿勒泰 县) adlandırıldı.
Altay Bayındır
Altay Bayındır (14 aprel 1998) — Türkiyəli milli futbolçu. Mançester Yunayted FK futbol klubunun qapıçısıdır. Altay Super Liqadakı ilk matçına 30 noyabr 2018-ci ildə MKE Ankaragücündə Çaykur Rizəspora qarşı 1–1 bitən qarşılaşmada çıxmışdır. 8 iyul 2019-cu ildə Altay dörd illik müqavilə ilə Fənərbaxça PFKya qatıldı. Altay, komanda yoldaşı Harun Təkin ilə performans fərqindən sonra ilk seçim qapıçısı oldu. Fənərbaxçadakı ilk oyununa 19 avqust 2019-cu il tarixində Şükrü Saracoğlu stadionunda Gazişəhər Gaziantep F.K.-ya qarşı Fənərbaxça üçün 5–0 bitən matçda çıxmışdır. 3 oktyabr 2020-ci ildə Super Liqanın 4-cü həftəsində Fatih Karagümrüklə olan qarşılaşmada Altay, Erik Sabonun penalti zərbəsini qaytardı, oyun Fənərbaxçanın 2–1 qələbəsi ilə sona çatdı. 6 dekabr 2020-ci ildə Super liqanın 11-ci həftəsində Fənərbaxçanın Dənizlispora 2–0 hesabı ilə qalib gəldiyi matçda Radosław Murawski-nin bir penalti zərbəsini qaytardı. Sərdar Əziz meydandan qovulduqdan sonra Fənərbaxçanın 10 nəfərlik səviyyəyə endiyi bu oyun zamanı ümumilikdə 7 qurtarış etdi. 1 sentyabr 2023-cü ildən Mançester Yunayted klubunda çıxış edir.
Altay Göyüşov
Altay Göyüşov (d. 4 oktyabr 1965, Bakı) — tarix elmləri namizədi; BDU-da Türk və Qafqaz xalqları tarixi kafedrasının dosenti. 1965-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan arxeoloqu, tarix elmləri doktoru, professor Rəşid Göyüşovun oğludur. 1984–1986-cı illərdə Sovet ordusunda (Gürcüstan və Ukraynada) hərbi xidmətdə olmuşdur. 1982–1989-cu illərdə V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsinin tələbəsi olub. 1993-cü ildə "İttihadi-İslam firqəsinin yaranması və fəaliyyəti" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 1994-cü ildə AAK tərəfindən elmi dərəcəsi təsdiq olunub. "1917–1920-ci illərdə Şimali Qafqaz dağlılarının azadlıq uğrunda mübarizəsi" adlı doktorluq dissertasiyası 2000-ci il (28 aprel 2000-ci il, protokol № 7) və 2001-ci illərdə (26 aprel 2001-ci il tarixli № 5 protokol) müzakirə edilərək müdafiə təqdim olunmuşdur. 1986–1989 Şirvanşahlar sarayı Dövlət Tarixi Qoruq Muzeyi,1989-cu ildən hal-hazıra qədər Bakı Dövlət Universitetinin Tarix fakültəsində çalışır.
Altay Hacıyev
Altay Əmir oğlu Hacıyev (2 aprel 1931, Bakı – 12 fevral 2019, Bakı) — Azərbaycan boyakarı, Azərbaycan Respublikasının xalq rəssamı (2002). Altay Hacıyev 1931-ci ildə rəssam Əmir Hacıyevin ailəsində dünyaya göz açmışdır. 1951-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, 1959-cu ildə isə Kiyev Dövlət Rəssamlıq İnstitutunu bitirmişdir. 1959-cu ildən beynəlxalq və respublika əhəmiyyətli sərgilərin iştirakçısıdır. 1960-cı ildə SSRİ Rəssamlar İttifaqının üzvlüyünə qəbul edilmişdir. 1962–1967-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Mətbuat Komitəsinin baş rəssamı vəzifəsində çalışmışdır. 1982-ci ildə Altay Hacıyev Əməkdar rəssam, 2002-ci ildə isə Xalq rəssamı fəxri adlarına layiq görülmüşdür. 1995-ci ildə "Humay" mükafatı ilə təltif olunmuşdur. Altay Hacıyev 2003-cü ildən Prezident təqaüdçüsü olmuşdur. Rəssamın bir neçə fərdi sərgisi təşkil olunmuşdur.
Altay Həsənov
Altay Həsənov (4 fevral 1961, Bakı) — Azərbaycan Respublikasının Birinci vitse-prezidenti katibliyinin rəisi, Avropa Gimnastika İttifaqının Apellyasiya Hakimlər Briqadasının üzvü, Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti. Altay Həsənov 1961-ci ilin 4 fevral tarixində Bakı şəhərində anadan olub. 1978-ci ildə Bakı şəhəri 6 saylı orta ümumtəhsil məktəbini bitirib. Həmin il, S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olunub. 1980-ci ildə təhsilini M. V. Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirib və 1983-cü ildə həmin universitetin filologiya fakültəsini bitirib. 1983–1989-cu illərdə Azərbaycan SSR Nizami adına Elmlər Akademiyasının Ədəbiyyat və Dil İnstitutunda işləyib. 1984–1986-cı illərdə Moskvada A. M. Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda təcrübə keçib. 1986–1989-cu illərdə Azərbaycan SSR Elmlər Akademiyası rəyasət heyətinin ədəbiyyat, dil və incəsənət şöbəsinin elmi katibi olub. 1989-cu ildə "Xəzər" jurnalının nəşriyyat kollegiyasında işləyib 1990–2004-cü illərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olub. 2002-ci ildən etibarən, Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidentidir.
Altay Mövlanov
Altay Tahir oğlu Mövlanov (5 avqust 2000, Lerik – 30 oktyabr 2020, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri (müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu), İkinci Qarabağ müharibəsi şəhidi. Altay Mövlanov 2000-ci il avqustun 5-də Lerik şəhərində anadan olub. Qardaşı Elgün Mövlanovda İkinci Qarabağ müharibəsində şəhid olub. Azərbaycan Ordusunun əsgəri olan Altay Mövlanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Altay Mövlanov oktyabrın 30-da şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Altay Mövlanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Altay Mövlanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Altay Məmmədov
Məmmədov Altay Yusif oğlu (15 may 1930, Gəncə, Gəncə dairəsi – 15 iyul 2003, Gəncə) — nasir, dramaturq, ədəbiyyatşünas, mütərcim, 1957-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əməkdar mədəniyyət işçisi (1971), filologiya elmləri namizədi (1964), dosent (1965). Altay Yusifoğlu 1930-cu il mayın 15-də Gəncə şəhərində doğulmuşdur. Orada 4 saylı fəhlə-gənclər məktəbini bitirmiş, 1943-1949-cu illərdə saatsaz şagirdi, usta köməkçisi və usta peşələrində işləmişdir. 2003-cü il iyulun 15-də Gəncədə vəfat etmişdir. H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsinə daxil olmuşdur (1949). Həmin institutu fərqlənmə diplomu ilə bitirmiş, Azərbaycan ədəbiyyatı tarixi kafedrasında baş müəllim vəzifəsində saxlanmışdır. Tələbəlik dövründə "Kirovabad fəhləsi" qəzeti redaksiyasında korrektor, "Gəncə kommunisti" qəzeti redaksiyasında ədəbi işçi vəzifəsində çalışmışdır (1951-1953). Ədəbi fəaliyyətə 1950-ci ildə "Ədəbiyyat qəzeti"ndə dərc edilən "Fəhləlikdən alimliyə" adlı oçerki ilə başlamışdır. Sonra kiçik hekayələri ilə diqqəti cəlb etmişdir. 1953-cü ilin mayından "Kirovabad kommunisti" qəzeti redaksiyasında məsul katib (1955), Azərbaycan Yazıçılar İttifaqı Gəncə fılialının sədri (1962), H.Zərdabi adına GDPİ-nin elmi işlər üzrə prorektoru (1970-1974), həmin institutun Azərbaycan ədəbiyyatı və onun tədrisi metodikası kafedrasının dosenti (1974-2003) olmuşdur.
Fəxrəddin Altay
Fəxrəddin Altay (20 yanvar 1880, Şkoder – 25 oktyabr 1974, İstanbul) — Türkiyə İstiqlaliyyət müharibəsi qəhrəmanlarından olan hərbçi və siyasətçi. Dumlupınar döyüşündən sonra yunan ordusunun geri çəkilməsini təmin edərək İzmirə girən ilk Türk süvarilərinin komandiridir. 12 yanvar 1880 tarixində Albaniyanın Şkoder şəhərində anadan olub. Atası, Piyada zabiti İzmirli İsmayıl bəy və anası Xeyriyyə xanımdır. Əli Fikri adında kiçik qardaşı olmuşdur. Atasının vəzifə təyinatları səbəbilə təhsil həyatı müxtəlif şəhərlərdə keçmişdir. İbtidai təhsilini Mardində bitirdikdən sonra Ərzincanda hərbi ibtidai, Ərzurumda hərbi orta təhsilini tamamlamışdır. 1897-ci ildə İstanbul Hərb məktəbini bitirdikdən sonra 1900-cü ildə Hərb Akademiyasına daxil olmuşdur. Buradakı təhsilini 1902-ci ildə tamamlayaraq, peşə həyatına başlamışdır. İlk vəzifə yeri olan Tunceli və ətrafında 8 il xidmət etmişdir.
Xəlifə Altay
Xəlifə Altay Qakibula (25 dekabr 1917 – 15 avqust 2003, Almatı) — Qazax yazıçısı və antropoloqu, türkoloq, ilahiyyatçı, yazıçı və tərcüməçi və diaspor rəhbəri. Xəlifə Altay Altay bölgəsində anadan olsa da, milliyətcə qazax idi. Ailəsi Altay qazaxlarındandır. İnqilab zamanı Altayda qazaxların hüquqları uğrunda mübarizəyə qoşulmuşdur. Çin Xalq Respublikası qurulduqdan sonra mühacirətə getməyə məcbur olmuşdur. Xəlifə Altay uzun müddət Türkiyədə yaşayıb yaratmışdır. Burada Qazax diasporunun rəhbəri olmuşdur. 1980-ci illlərin ikinci yarısında SSRİyə Qazaxıstana köçmüşdür. 2003-cü ildə Qazaxıstanda vəfat etmişdir. Xəlifə Altay 1917-ci ildə Şərqi Türkistanın Altay bölgəsinin Çingil bölgəsində anadan olub.
Altay sümürgəsi
Altay sümürgəsi (lat. Asplenium altajense) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin əsl qıjılar dəstəsinin sümürgəkimilər fəsiləsinin sümürgə cinsinə aid bitki növü.
Altay Mehdiyev
Altay Ramazan oğlu Mehdiyev (9 yanvar 1957, Boladı, Lənkəran rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, 2009-cu ildən 2013-cü ilə qədər Hərbi Hava Qüvvələri komandiri. Altay Ramazan oğlu Mehdiyev 9 yanvar 1957-ci ildə Lənkəran rayonunun Boladı kəndində anadan olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 17 iyun 2002-ci il tarixli 720 nömrəli Sərəncamına əsasən ona general-mayor hərbi rütbəsi verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 11 sentyabr 2002-ci il tarixli 1039 nömrəli Sərəncamı ilə "Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında «Qəbələ radiolokasiya stansiyasının (RLS «Daryal») statusu, istifadəsinin prinsipləri və şərtləri haqqında" Sazişin icrası və informasiya-analitik mərkəzində olan heyətlə bağlı məsələlərin tənzimlənməsi üçün Azərbaycan Respublikası tərəfindən səlahiyyətli nümayəndə general-mayor Altay Ramazan oğlu Mehdiyev təyin edilib. 2009-cu ilə qədər Altay Mehdiyev Azərbaycan Müdafiə Nazirliyinin 5-ci Ordu Korpusu komandirinin müavini – qərargah rəisi vəzifəsində çalışıb və Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2009-cu il tarixli 320 nömrəli Sərəncamı ilə həmin vəzifədən azad edilib. 11.02.2009-ci il tarixində Azərbaycan Hərbi Hava Qüvvələrinin komandiri Rail Rzayev qətlə yetirildikdən sonra, 12.05.2009-cu il tarixinə qədər onun yeri vakant qalıb və nəhayət Prezident Sərəncamına əsasən Altay Mehdiyev bu vəzifənin icrasına başlayıb. Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2009-cu il tarixli 378 nömrəli Sərəncamı ilə "Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında «Qəbələ radiolokasiya stansiyasının (RLS «Daryal») statusu, istifadəsinin prinsipləri və şərtləri haqqında" Sazişin icrası və informasiya-analitik mərkəzində olan heyətlə bağlı məsələlərin tənzimlənməsi üçün Azərbaycan Respublikası tərəfindən səlahiyyətli nümayəndə general-mayor Altay Ramazan oğlu Mehdiyev təyin edilib. O hərbi hava əməliyyatlarının yüksək peşıkarlıqla aparılması istiqaməti üzrə təlim keçib. 2006-ci ilin İyun Ayında "Vətən Uğrunda" medalı ilə təltif edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 noyabr 2012-ci il tarixli 305s nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Hərbi Hava Qüvvələrinin Komandanı - müdafiə nazirinin müavini vəzifəsini icra edən Altay Mehdiyev Qəbələ radiolokasiya stansiyasının (RLS “Daryal”) daşınar və daşınmaz əmlakının inventarlaşdırılması üzrə Azərbaycan-Rusiya Birgə Komissiyasının Azərbaycan tərəfindən sədri təyin edilib.
Altay Niftaliyev
Altay Respublikası
Altay Respublikası (/ˈæltaɪ/, rus. Респу́блика Алта́й, tələffüzü [[Beynəlxalq fonetik əlifba|[rʲɪˈspublʲɪkə ɐlˈtaj]]], Алтай Республика, Altay Respublika) — Rusiya Federasiyasının tərkibində olan muxtar türk ərazi (respublika). Qərbi Sibirin cənub-şərqində, Cənubi Sibirin ən yüksək dağlıq sahəsində yerləşir. Sibir federal dairəsinə daxildir. Paytaxtı Qorno-Altaysk şəhəridir. İnzibati cəhətdən 10 rayona, 1 şəhərə (Qorno-Altaysk) bölünür. Türklərin qədim məskunlaşma ərazilərindən olan bu torpaqlar XIX əsrdə Çar Rusiyası tərəfindən işğal edildikdən sonra daima Rusiyanın tərkibində olmuşdur. Rus hökuməti isə vahid Altay ərazisini inzibati cəhətdən parçalayaraq Altay Respublikası və Altay vilayətini yaratmışdır. Altayda Azərbaycan oquz türklərinin boyundan olan etnik qruplar yaşayıb Altay türkləri və ya altaylılar ən qədim türk etnoslarından olmaqla tarixi baxımdan türk xalqlarının bir hissəsini təşkil etmişlər. Altaylıların yerli yoxsa gəlmə olması haqqında elmdə iki versiya vardır və bu versiyalar ümumilikdə türk tarixi ilə bağlıdır.
Altay Sadıqzadə
Altay Oqtay oğlu Sadıqzadə (d. 27 aprel 1951, Bakı) — Azərbaycan rəssamı, Bakı Müasir İncəsənət Muzeyinin dizayneri, Azərbaycanın avanqard hərəkatının aparıcı nümayəndələrindən biri, SSRİ Rəssamlar İttifaqının üzvü (1979). Altay Sadıqzadə 27 aprel 1951-ci ildə Bakı şəhərində anadan olub. 1970-ci ildən Ə.Əzimzadə adına rəssamlıq məktəbində, 1977-ci ildən isə İ.Surikov adına Rəssamlıq İnstitutunda təhsil almışdır. 1979-cu ildən SSRİ Rəssamlar İttifaqının üzvüdür. Rəssamın ilk fərdi sərgisi 1988-ci ildə Bakıda keçirilmişdir. Rəssamın yaradıcılığının primitiv görünməsinə baxmayaraq, əsərləri akvarellə işlənmiş, maddi ağırlıqdan məhrum, ruhlandırılmış və parlaq koloritlə zəngindir. Bununla boya ilə işlənmiş formalar, öz-özünə kompozisiyaya həkk olunmuş rəngarəng yazılar təəssüratını oyadır. Rəssam əsərlərində qrotestlik xas olan obyektlərini təsvir edərkən onları ümumiləşdirir. Altay Sadıqzadənin əsərlərinə dinamika, bədii ifadənin emosional gücü, parlaq kolorit, ritm, kontrast xasdır.
Altay Sadıxzadə

Altay Seyidov
Altay Ağasəid oğlu Səidov (Seyidov) (11 iyul 1926, Bakı – 10 sentyabr 2015) — Azərbaycan teatr rəssamı, Azərbaycan SSR əməkdar rəssamı (1979) Altay Səidov 11 iyul 1926-cı ildə Bakıda anadan olub. 1943–1946-cı illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, 1948–1953-cü illərdə isə İ. Repin adına Leninqrad Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda təhsil alıb. 29 oktyabr 1953-cü ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına quruluşçu rəssam götürülüb və 1967-ci ildən bu kollektivdə baş rəssam işləyib. O, dəvətlə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında tamaşalara da səhnə tərtibatı vermişdir. Altay Səidov 10 sentyabr 2015-ci ildə vəfat edib. Azərbaycan SSR Lenin komsomolu mükafatı — 1967 "Azərbaycan SSR əməkdar rəssamı" fəxri adı — 9 fevral 1979 Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 1 aprel 2005 İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 1-ci cild. Bakı: Azərnəşr. 2016.
Altay Səidov

Altay Tağıyev
Altay Tleuberdin
Altay Tleuberdin (qaz. Алтай Абылайұлы Тілеубердин; 2 oktyabr 1949, Almatı) — Sovet və Qazaxıstan dövlət xadimi. 2 oktyabr 1949-cu ildə Almatı şəhərində Ablay Tleuberdin və Şəmsi Taşenovanın ailəsində anadan olub. 1971-ci ildə Almatı Xalq Təsərrüfatı İnstitutunu (indiki Narxoz Universiteti) mühəndis-iqtisadçı ixtisası ilə bitirib. "Avrasiya" Beynəlxalq İqtisadi Akademiyasının akademiki (1997). 1991-ci ilə qədər Sovet İttifaqı Kommunist Partiyasının üzvü idi və hazırda Nur Otan partiyasının üzvüdür. Məzun olduqdan sonra Qazaxıstan SSR Mərkəzi Statistika İdarəsinin Alma-Ata şəhər kompüter stansiyasında mühəndis vəzifəsində çalışıb. 1972-1981-ci illərdə davamlı olaraq Qazaxıstan SSR Dövlət Plan Komitəsinin iqtisadçısı, baş iqtisadçısı, baş mütəxəssisi və bölməsinin rəhbəri vəzifələrində çalışmışdır. Sonra partiya işində idi: Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin iqtisadi şöbəsinin təlimatçısı (1981-1986) və Almatı vilayət partiya komitəsinin iqtisadi şöbəsinin müdiri (1986-1989) idi. 1989-1991-ci illərdə Tleuberdin Qazaxıstan SSR Nazirlər Sovetinin Sədri və Baş nazirinin köməkçisi işləmişdir.
Altay Xan
Altay Yusifoğlu
Məmmədov Altay Yusif oğlu (15 may 1930, Gəncə, Gəncə dairəsi – 15 iyul 2003, Gəncə) — nasir, dramaturq, ədəbiyyatşünas, mütərcim, 1957-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əməkdar mədəniyyət işçisi (1971), filologiya elmləri namizədi (1964), dosent (1965). Altay Yusifoğlu 1930-cu il mayın 15-də Gəncə şəhərində doğulmuşdur. Orada 4 saylı fəhlə-gənclər məktəbini bitirmiş, 1943-1949-cu illərdə saatsaz şagirdi, usta köməkçisi və usta peşələrində işləmişdir. 2003-cü il iyulun 15-də Gəncədə vəfat etmişdir. H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsinə daxil olmuşdur (1949). Həmin institutu fərqlənmə diplomu ilə bitirmiş, Azərbaycan ədəbiyyatı tarixi kafedrasında baş müəllim vəzifəsində saxlanmışdır. Tələbəlik dövründə "Kirovabad fəhləsi" qəzeti redaksiyasında korrektor, "Gəncə kommunisti" qəzeti redaksiyasında ədəbi işçi vəzifəsində çalışmışdır (1951-1953). Ədəbi fəaliyyətə 1950-ci ildə "Ədəbiyyat qəzeti"ndə dərc edilən "Fəhləlikdən alimliyə" adlı oçerki ilə başlamışdır. Sonra kiçik hekayələri ilə diqqəti cəlb etmişdir. 1953-cü ilin mayından "Kirovabad kommunisti" qəzeti redaksiyasında məsul katib (1955), Azərbaycan Yazıçılar İttifaqı Gəncə fılialının sədri (1962), H.Zərdabi adına GDPİ-nin elmi işlər üzrə prorektoru (1970-1974), həmin institutun Azərbaycan ədəbiyyatı və onun tədrisi metodikası kafedrasının dosenti (1974-2003) olmuşdur.
Altay Zahidov
Zahidov Altay Qulam oğlu — Azərbaycan jurnalisti. Altay Zahidov 1933-cü il mayın 16-da Bakı şəhərində anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1954–1974-cü illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində müxbir və şərhçi kimi fəaliyyət göstərib. 1974–1991-ci illərdə Azərbaycan Televiziya və Radiosunun Moskvadakı müxbir məntəqəsinin rəhbəri vəzifəsində çalışıb. 1991-ci ildə Azərbaycan Jurnalistlər Birliyinin katibi vəzifəsinə seçilib. 1992-ci ildən Beynəlxalq Jurnalistlər İttifaqları Konfederasiyasının üzvüdür. Qərb Universitetinin jurnalistika fakültəsinin baş müəllimidir. Əmək veteranıdır. Professordur.
Altay aymağı
Altay aymağı (xakasca:Алтай аймағы / Altay aymağı) — Rusiya Federasiyasının Xakasiya Respublikasında rayon səviyyəsində adminstrativ orqan. Mərkəzi Bozyar və ya digər adı ilə Ağyar kəndidir. Altay sözünu etimologiyası ilə bağlı çox müxtəlif fikirlər irəli sürülmüşdür. Aymaq sözü isə Sibir türkləri və monqol cəmiyyətlərində bölgə, rayon kimi mənalara gəlir. SSRİ dövründə 1944-cü ilin yanvar ayında SSRİ Ali Soveti rəhbərliyində orqan sərhədlərinin tənzimlənməsi ilə əlaqədar olaraq yaradılmışdır. Kolxozların yayılmasıyla birlikdə türk olmayan əhalinin sayı artmıdşır. Bölgənin mərkəzi olan Bozyar (Ağ Yar və ya Huba çar) Abakan çayının sahilində yerləşir. Altay aymağı Abakan-Yenisey arasında Koybal bozqırında yerləşur. Coğrafi mövqe olaraq Xakasiya Respublikasının şərq hissəsindədir. Şərqdə Yenisey çayının sağ sahilində olub, Krasnoyarsk əyaləti ilə Xakasiya arasındakı sərhədləri ayırmışdır.
Altay Mir-Bağırov
Altay Mir-Bağırov (4 oktyabr 1934, Bakı – 2011, Bakı) — Azərbaycan memarı. Altay Seyid Hüseyn oğlu Mir-Bağırov 4 oktyabr 1934-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1941–1949 illərdə Bakı şəhəri Nizami rayonunun 201 saylı orta məktəbini əla qiymətlərlə bitirib, 1947–1949-cu illərdə Pionerlər sarayında təsviri sənət dərnəyində məşğul olmuşdur. O, 1949–1953-cü Bakı Neft texnikumunda Neft quyularının qazınması texniki ixtisas üzrə tam təhsil almışdır. Altay Mir-Bağırov 1953–1955-ci illərdə Stalinqrad (Volqoqrad) şəhərində Sovet Ordusu sıralarında xidmət göstərmiş və leytenant rütbəsi almışdır. Altay Mir-Bağırov 1956–1962-ci illərdə Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) Memarlıq fakültəsində oxumuş, "Çoxmərtəbəli ramplı qaraj" mövzususunda diplom işinini müvvəffəqiyyətlə müdafiə etmişdir. 1962–1963-cü illərdə Təyinat üzrə Novokuznetsk şəhərində "Sibir Promproekt" layihə institutunda memar vəzifəsində işləmişdir. O, 1963–1965-ci illərdə "Azərenerji" idarəsində tikinti sahəsində çalışmışdır. 1966-cı ildə SSRİ "Memarlar ittifaqınin" üzvü olmuşdur. Altay Mir-Bağırov 1965-ci ildə Mir-Bağirova Validə Baladadaş qızı ilə ailə qurmuşdur.
Altay Məmmədov (film, 2002)
Altay Məmmədov sənədli televiziya filmi rejissor Əli İsa Cabbarov tərəfindən 2002-ci ildə çəkilmişdir. Azərbaycan televiziyasında istehsal edilmişdir. Film nasir, dramaturq Altay Məmmədov haqqındadır. Film nasir, dramaturq, ədəbiyyatşünas, tərcüməçi, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Altay Məmmədovun həyat və yaradıcılığından bəhs edir.
Cənubi altay dili
Dağlıq Altay dilləri və ya Mərkəzi Altay dilləri, ənənəvi olaraq Altay dili — bir qrup qohum türk dilləri. 2010-cu il ümumrusiya əhalinin siyahıya alınmasına görə Rusiyada 55 720 nəfər Altay dillərini ana dili hesab ediblər. Eyni zamanda, "Dağlıq Altay" adı elmi ədəbiyyatda nə formal, nə də ümumi şəkildə tanınır və ənənəvi olaraq bu dillər Altay dilinin dialektləri və ya dialekt qrupları kimi qəbul edilir. Bundan əlavə, Nikolay Baskakovun geniş yayılmış təsnifatına görə, onlar türk dillərinin müxtəlif alt qruplarına aiddir (Baskakov Cənubi Altay dialektlərini qırğız-qıpçaq dillərinə əlaqələndirir). Oleq Mudrak öz təsnifatında (2002) "Altay dili" və "Altay dilləri və dialektləri" terminlərindən istifadə etmişdir. Lars Yohanssonun təsvirinə əsaslanan Qərb ədəbiyyatı adətən bu takson üçün Altay türkcəsi terminindən istifadə edir. "SİQTAY. Prototürk dil əsası. Dilə görə prototürk etnosu dünyasının mənzərəsi" nəşrində və A. V. Dıbonun "Erkən türklərin linqvistik əlaqələri. Leksik fond" kitabında "Mərkəzi Şərq dilləri" termini təqdim olunur.
Monqol Altayı
Monqol Altayı (monq. Монгол Алтайн нуруу, Mongol Altaïn nourouou; çin. ənən. 蒙古阿爾泰山脈, sadə. 蒙古阿尔泰山脉, pinyin: Ménggǔ Ā'ěrtài Shānmài) — Altay dağlarının cənub-şərqində yerləşən dağ sistemi. Monqol Altayı Çin və Monqolustanın sərhəddində yerləşir. Monqolustanın ən yüksək dağ silsiləsi. Dərələrlə parçalanmış bir-neçə silsilələrdən ibarət olan Monqol Altayı cənub-şərqdən şimal-qərbə doğru 1000 km məsafədə uzanır. Eni 150 km-dən 300 km arasında dəyişir. Ən yüksək zirvəsi Munx -Xayrxan -Ula dağıdır (4362 m).
Qorno-Altaysk
Qorno-Altaysk — Rusiya Federasiyasında yerləşən şəhər Altay Respublikasına daxildir
Qovi-Altay vilayəti
1940-cı ildə yaradılan Qovi-Altay vilayətinin ərazisi 141 447 Km2-dır. Qovi-Altay vilayətinə 18 rayon (sum) daxilidir. 2017-ci ilə olan məlumatlara əsasən Qovi-Altay vilayətinin əhalisi 57 440 nəfərdir. Əhalinin mütləqi monqollardan ibarətdir.
Ural-Altay dilləri
Ural-Altay dilləri — XIX əsrin sonu, XX əsrin əvvəllərində kifayət qədər məşhur olan fərziyyə. Bu fərziyyəyə görə Ural və Altay dillərinin eyni mənşədən olduğu ehtimal edilirdi.
Ənvər Altaylı
Ənvər Altaylı (1944 və ya 1 noyabr 1944, Ceyhan, Adana ili və ya Adana), sovetoloq və köhnə Türkiyə dövlət təhlükəsizlik orqanı işçisi. 1990-cı illərin əvvəllərində Sovetlər İttifaqının dağılması ilə yaranmış vəziyyətdə Orta Asiyada türk respublikalarının təşkil edilməsində iştirak etmişdir. Özbək kökənli siyasi mühacir Şakir Altaylı ilə, sovet əsarətindən 1920-ci ildə qaçmış özbək kökənli müfti Əbdürrəhman Kavunçunun qızı Mələk Altaylının ailəsində dünyaya gəlmişdir. 1958–1961-ci illərdə Bursa İşiqlar Hərbi liseyində təhsil almışdır. Lakin Tələt Aydəmirin dövlət çevrilişinə cəhdi zamanı 1439 hərbi kursantla birlikdə həbs edildi. Bundan sonra 1963–1967-ci illərdə Ankara Universitetində hüquq təhsili almışdır. Həmçinin, sonralar Linz Universitetinin Şərqi Avropa bölməsində dil kursları keçmiş, Şərqi Avropa Universitetində və Köln Universitetində hüquq təhsili almışdır. 1968-ci ildə MİT rəhbəri general Fuad Doğu tərəfindən MİT-ə sovetoloq olaraq işə götürülmüşdür. 1973-cü ilə qədər burada işləyən Ənvər Altaylı 1977–1980-ci illər arasında Hər Gün qəzetinin baş redaktoru olaraq çalışmışdır. 1991-ci ildə SSRİ-nin süqutundan sonra Orta Asiyada yeni yaranan türk respublikalarının təşkil edilməsində mühüm rol oynamışdır.
Dağlıq Altay dilləri
Dağlıq Altay dilləri və ya Mərkəzi Altay dilləri, ənənəvi olaraq Altay dili — bir qrup qohum türk dilləri. 2010-cu il ümumrusiya əhalinin siyahıya alınmasına görə Rusiyada 55 720 nəfər Altay dillərini ana dili hesab ediblər. Eyni zamanda, "Dağlıq Altay" adı elmi ədəbiyyatda nə formal, nə də ümumi şəkildə tanınır və ənənəvi olaraq bu dillər Altay dilinin dialektləri və ya dialekt qrupları kimi qəbul edilir. Bundan əlavə, Nikolay Baskakovun geniş yayılmış təsnifatına görə, onlar türk dillərinin müxtəlif alt qruplarına aiddir (Baskakov Cənubi Altay dialektlərini qırğız-qıpçaq dillərinə əlaqələndirir). Oleq Mudrak öz təsnifatında (2002) "Altay dili" və "Altay dilləri və dialektləri" terminlərindən istifadə etmişdir. Lars Yohanssonun təsvirinə əsaslanan Qərb ədəbiyyatı adətən bu takson üçün Altay türkcəsi terminindən istifadə edir. "SİQTAY. Prototürk dil əsası. Dilə görə prototürk etnosu dünyasının mənzərəsi" nəşrində və A. V. Dıbonun "Erkən türklərin linqvistik əlaqələri. Leksik fond" kitabında "Mərkəzi Şərq dilləri" termini təqdim olunur.
Mərkəzi Altay dilləri

Altay-Sayan regionu
Altay-Sayan regionu — İç Asiyanın Rusiya, Çin, Monqolustan və Qazaxıstanın birləşdiyi yerdə, Altay və Sayan dağlarına yaxın yerləşən regionu. Regionun bioloji, landşaft, tarixi, mədəni və dini müxtəlifliyi unikaldır. Regionda 317-si endemik olan 700 nəsli kəsilməkdə olan və ya nadir növ də daxil olmaqla 3 726 növ bitki qeydə alınmışdır. Faunaya isə 680 növdən ibarətdir ki, onların da 6%-i endemikdir. Ərazinin ekosistemi son buz dövründən bəri demək olar ki, dəyişməz qalıb və faunası sayqak, baykal suitisi və qar bəbiri də daxil olmaqla nəsli kəsilməkdə olan bəzi növləri ehtiva edir. Bu səbəbdən region davam edən ətraf mühitin mühafizəsi üzrə beynəlxalq və regional təşəbbüslərin diqqət mərkəzindədir. Ərazi həm də mədəni cəhətdən müxtəlifdir: dörd dil qrupu (rus, monqol, sinit və türk, həmçinin əvvəllər samodi və yenisey dili) və ənənəvi torpaqdan istifadə sistemlərini tətbiq edən 20-dən çox yerli etnik qrupa ev sahibliyi edir. Altay-Sayan ekoregionu Altay və Sayan dağlarını ehtiva edir və onlarla eyni adı daşıyır. Altay dağları Rusiya, Çin, Monqolustan və Qazaxıstanın birləşdiyi və İrtış və Ob çaylarının başlanğıcını götürdüyü Şərqi-Mərkəzi Asiyada dağ silsiləsidir. Sayan dağları isə Monqolustanın şimal-qərbi ilə Cənubi Sibir arasında yerləşir.
Aleksandra Altayeva
Aleksandra Altayeva təxəllüsü Al. Altayev və ya Mariya Vladimirovna Altayeva, həmçinin əsl adı Marqarita Vladimirovna Yamşikova (rus. Александрa Алтаевa, Ал. Алтаев, Мария Владимировна Алтаева, Маргаритa Владимировнa Ямщиковa; 22 noyabr (4 dekabr) 1872 və ya 4 dekabr 1872[…], Kiyev – 13 fevral 1959[…], Moskva) — Rus sovet uşaq yazıçısı, nasir, publisist, memuarist. Marqarita Vladimirovna Yamşikova qədim rus nəslinin üzvüdür. Atası — V.D.Rokotov zadəgan idi. Anasının əcdadı Dekabrist, Semyonovski üsyanının iştirakçısı N.N.Tolstoy olub. Atası torpaq sahibi və mülkədar Vladimir Dmitriyeviç Rokotov aktyor və dramaturq idi. O, Pskov vilayətinin Velikolukski rayonunun zadəganlarının lideri, XVIII əsr rus portret rəssamı Fyodor Rokotov nəslindəndir. Sosial inanclara görə, Vladimir Rokotov şərti "altmışıncı illər" zadəgan cərəyanına yaxın idi və təhkimçiliyin ləğvindən əvvəl də kəndlilərini torpaq sahəsi ilə azad etmişdi.

Digər lüğətlərdə