Alçaqboylu sidr şamı
Yayılma arealı böyükdür. Çukot mahalı, Maqadan , Kamçatka , Xabarovsk , Saxalin və Amur vilayətləri ndə, Amur çayı və Oxot dənizi nin sahillərində dağ yamaclarında və alçaq yerlərdə bitir. Enli, şaxələnmiş budaqları görünüşünə görə kasaşəkillidir, torpağın üzərində sürünən və ya ağacvarı çətir əmələ gətirən kiçik ağacdır. Ağacın hündürlüyü 4–5 m (bəzən 7 m), gövdəsinin qalınlığı kökün boğazında 15-18 sm olur. Bu növ, çətirin müxtəlifliyinə görə kol, kolvarı ağac və ya yarımkol-yarımağac formasında olur. Budaqların qabığı hamar, boz, gövdələrdə tünd-qonur, boz xallıdır. Sürünən formaların budaqları tropağa yapışır, ucları 30-50 sm yuxarıya qalxır. Cavan zoğları yaşıl, narıncı tükcüklərlə sız örtülmüşdür, sonradan açıq-qonur rəng alır. İynəyarpaqları üçtərəfli, göyümtül-yaşıl rənglidir, uzunluğu 4-dən 8 sm-ə qədər olub, 5 ədəd olmaqla dəstələrə yığılmışdır. Qozaları çiçəkləmədən sonra ikinci ildə yetişir, xırda olub, uzunluğu 4-7 sm-ə qədər, eni təxminən 3 sm-dir, yumurtavarı və ya uzunsovdur, apofizləri kənara əyilmiş göbəklidir.