ARIÇILIQ

is. Bal hasil etmək üçün arı saxlama, arı yetişdirmə. Arıçılıqla məşğul olmaq. Arıçılıq kənd təsərrüfatının çox gəlirli sahələrindən biridir. Arıçılıq hələ eramızdan əvvəl məlum idi.
ARIÇI
ARIDILMA
OBASTAN VİKİ
Arıçılıq
Arıçılıq — arı məhsullarından faydalanmaq, arıya qulluq, bəsləmə, qoruma, onun daha çox səmərə verməsi istiqamətində fəaliyyətdir. == Arıçılıq haqqında məlumat == Arıçılıq – bal arılarının (Apis mellifera L.) yetişdirilməsini, çoxaldılmasını, saxlanmasını, onlardan entomofil kənd təsərrüfatı bitkilərinin tozlandırılmasında istifadə edilməsini, arıçılıq məhsullarının istehsalını və emalını əhatə edən kənd təsərrüfatı sahəsi; Arı ailəsi – pətəkdə və ya təbii yuvalarda cəmiyyət halında yaşayan bir ana arı, on minlərlə işçi arılar və minlərlə erkək arılardan ibarət bal arıları; Pətək – arı ailəsinin saxlandığı daşına bilən qurğu (taxta qutu, səbət və s.); Arıçılıq təsərrüfatları – bal arılarının yetişdirilməsi, saxlanması, arıçılıq məhsullarının istehsalı və dövriyyəsi ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məşğul olan subyektlər; Arıxana – arıçılıqla məşğul olmaq üçün arı ailələri, zəruri avadanlıq və tikililərlə birlikdə müəyyən ərazidə yerləşdirilmiş pətəklik; Arıçılıq məhsulları – bal arılarından alınan məhsullar (bal, mum, bərəmum (vərəmum, qaramum), arı zəhəri, arı südü, çiçək tozu, güləm, ana arı, arı beçəsi və s.); Bal arısı cinsləri – müəyyən coğrafi ərazidə və iqlim şəraitində təbii seçmənin təsiri altında formalaşmış, nəsildən-nəslə keçən sabit və oxşar əlamətlər kompleksinə malik çoxsaylı arı ailələri qrupu; Bal arısı populyasiyaları – müəyyən bal arısı cinsinin yayılma arealı daxilində, müvafiq coğrafi ərazidə və iqlim şəraitində özünəməxsus fərqli əlamətlər qazanmış və həmin arı cinsi ilə ümumi genofonda malik arı ailələri qrupu; Arı cinslərinin və populyasiyalarının rayonlaşdırılması – müəyyən coğrafi, iqlim və balyığma şəraitinə daha yaxşı uyğunlaşan və yüksək məhsuldarlıq göstəriciləri ilə fərqlənən arı cinslərinin ölkə ərazisində müvafiq bölgələr üzrə yetişdirilməsinə və saxlanmasına dair bölgüsü; Entomofil bitkilər – cücülərlə (həşəratlarla) tozlanan nektarlı bitkilər; Balyığma mənbələri – bal arılarının təbii yem mənbəyi kimi istifadə etdiyi nektarlı və şirəli bitkilər; Apifitoməhsul – arıçılıq məhsulları və bitki xammalı qarışığından hazırlanmış bioloji aktiv məhsul. == Arıçılıq təbabətdə == Arıçılıqla təbabəti bir - birinə yaxınlaşdıran amillər arı məhsullarının, o cümlədən arı zəhəri, arı südü, vərəmum və balın təbabətdə müxtəlif xəstəliklərin müalicəsindəki uğurlu nəticələridir. Buna görə də onların haqqında bəzi məlumatları oxucuların nəzərinə çatdırmaq istərdik. Çünki bu məsələ həm arıçıları, həm də təbabət işçilərini çox maraqlandırır. Arı məhsullarının müalicə məqsədilə işlədilməsi yalnız həkim məsləhəti və nəzarəti altında aparılmalıdır. Arılar – uçan həşaratlar ailəsinə aiddirlər. Dünyada 20 mindən artıq arı növü vardır. Antraktidadan başqa dünyanın istənilən yerində rast gəlinir. İşçi arının ömrü 40 gün olur.
Azərbaycanda arıçılıq
Azərbaycanda arıçılıq — Azərbaycan Respublikasında bal arılarının (Apis mellifera L.) yetişdirilməsini, çoxaldılmasını, saxlanmasını, onlardan entomofil kənd təsərrüfatı bitkilərinin tozlandırılmasında istifadə edilməsini, arıçılıq məhsullarının istehsalını və emalını əhatə edən kənd təsərrüfatı sahəsi. Azərbaycan iqtisadiyyatında arıçılıq mühüm bir yer tutur. Bu sahə ölkədə ilbəil inkişaf edir. 2016-cı il məlumatına görə ölkədə 238 min arı ailəsi olmuşdur. 2020-ci ildə Respublika üzrə arı ailələrinin sayının 310 minə çatdırılması proqnozlaşdırılır. Ölkədə hər il Arıçılıq Yarmarkaları keçirilir. 2016-cı ilin noyabr ayında Bakı şəhərində keçirilmiş yarmarkada 453 nəfər arıçı iştirak etmiş və 200 tona qədər arıçılıq məhsulları satılmışdır. == Tarixi == Azərbaycanda arıçılıq qədim tarixə malikdir. Hələ eramızdan əvvəl IX-VIII əsrlərdə Zaqafqaziyada arıçılıqla məşğul olmuşlar. X-XII əsrlərdə Azərbaycanda arıçılıq daha da inkişaf etmişdir.
Dünya Arıçılıq Assosiasiyaları Federasiyası
"Apimondiya" (ing. Apimondia), Dünya Arıçılıq Assosiasiyaları Federasiyası (ing. International Federation of Beekeepers' Associations) — məqsədi arıçılıq sənayesi ilə məşğul olan alimləri, sahibkarları və ictimai xadimləri bir araya gətirmək olan dünya miqyaslı təşkilat. Qərargahı İtaliyanın Roma şəhərində yerləşir. Prezidenti Filipp MakKeyb olmuşdur. O, 20 oktyabr 2018-ci ildə vəfat etdikdən sonra təşkilata vitse-prezident Peter Kozmus rəhbərlik edir. Təşkilat öz "Apiacta" jurnalını nəşr edir. 1897-ci ildən DASF çərçivəsində dünyanın müxtəlif şəhərlərində keçirilən arıçılıq konqresləri keçirilir. Yarandığı gündən "Apimondiya" apiterapiyaya xüsusi diqqət yetirir, onun daimi elmi komissiyası var. == İstinadlar == == Xarici keçidlər == "Официальный сайт МФПА" (ingilis).
Litva Qədim Arıçılıq Muzeyi
Litva Qədim Arıçılıq Muzeyi (Senovinės bitininkystės muziejus) 1984-cü ildə Litvanın şimal-şərqindəki Stripeikiai yaxınlığında yaradılmış ərazidə arıçılığın tarixini nümayiş etdirir. Aukštaitija Milli Parkının bir hissəsi olan muzey arıçı Bronius Kazlas tərəfindən təsis edilmişdir. 2006-cı ilə qədər muzey altı binadan, 500-ə yaxın eksponatdan və 25 heykəldən ibarət idi. Litvada arıçılığın tarixini göstərməklə yanaşı, muzeyin bəzi taxta heykəllərinin özündə arı pətəkləri var. Heykəllər bal arısının dünya mifologiyasında və folklorunda, o cümlədən Misir və Yerli Amerika fiqurları, eləcə də Litva tanrısı Babilas və ilahə Austėja da daxil olmaqla, arının yerinə hörmət edir. Onlar Teofilis Patiejunas və İpolitas Užkurnis tərəfindən həkk olunub. Sərgilərə ziyarətçilərə iş yerində arıları izləməyə imkan verən şüşə üzlü pətəklər, alət kolleksiyaları və arıların tozlanmada oynadığı rolun təsvirləri daxildir. Pətəklərin geniş çeşidinə 15-ci əsrdən 20-ci əsrin əvvəllərinə qədər istifadə edilən çoxlu ağac gövdələri daxildir. Litva Baytarlıq Akademiyası Litva arılarının xüsusilə dinc olduğunu iddia edir. Avropa bal arısının alt növüdür və italyan arılarından kiçik, Qafqaz bal arılarından isə böyükdürlər.
Arıçılıq və Apiterapiya üzrə Başqırd Elmi-Tədqiqat Mərkəzi
Arıçılıq və Apiterapiya üzrə Başqırd Elmi-Tədqiqat Mərkəzi (rus. Башкирский научно-исследовательский центр по пчеловодству и апитерапии) — Rusiya Federasiyasının Başqırdıstan Respublikasının paytaxtı olan Ufa şəhərində yerləşən elmi qurum. Ölkə ərazisində arıçılıq və apiterapiya üzrə elmi-tədqiqat işlərinin təşəbbüskarıdır. Baş direktoru Amir İşemqulovdur. == Tarixi == Mərkəzin əsası 8 iyul 1998-ci ildə Başqırdıstan Respublikasının Prezidenti tərəfindən qoyulmuşdur. Mərkəz qeyri-kommersiya təşkilatıdır və Başqırdıstanın dövlət mülkiyyəti kimi təsnif edilir. == Kontingenti == 2016-cı ildə bu mərkəzin 145 nəfər əməkdaşı olmuşdur. == Ticarət nişanları == Arıçılıq və Apiterapiya üzrə Başqırd Elmi-Tədqiqat Mərkəzi 2005-ci ildən bəri Rusiya Federasiyasının ərazisindəki yeganə müəssisədir ki, qorunan ticarət nişanı olan "Başqırd balı" məhsullarını etiketləmək üçün "Başqırd balı" ifadəsini istifadə etmək hüququna malikdir. == Mükafatları == Mərkəz bir çox beynəlxalq tədbirlərdə müxtəlif mükafatlar qazanmışdır ki, bu uğurların əldə olunması məhz Başqırd balının təqdimatı sayəsində olmuşdur.

Digər lüğətlərdə