ASILMAQ₁


1. t-siz. Bir yerə ilişib, yaxud bir yerdən tutub sallanmaq. Budaqdan asılmaq.
– …Bir dəstə gül olaydım; Asılaydım yaxandan. (Bayatı).

2. məch. Bir yerə ilişdirilərək, keçirilərək, bir yerə bənd edilərək asılı vəziyyətə salınmaq. Bayram günü hər tərəfdə bayraqlar asılır. Ət qənarədən asılmışdır.
– Məşədi Əsgər o tərəfə baxıb gördü ki, bir böyük ev var, qapısının üstündə elektrik fənəri asılıbdır. S.M.Qənizadə.
Dörd-beş mərtəbəli evlərin qabağından Vətən müharibəsi qəhrəmanlarının şəkilləri asılmışdı. M.Hüseyn.

3. məch. Dar ağacına çəkilməklə edam edilmək. Boğazdan asılmaq. Asılmaq cəzası.
– Rəhim bəy keçmiş günlərdən, qaçaq Əbdülkərimin “Sultanbud” təpəsinin üstündə asıldığından, “Qaraçuxa oğlunun” öldürülməsindən və bu gunə keyfiyyətlərindən nağıl edirdi. Ə.Haqverdiyev.
[Əmiraslan] bir neçə müddət quldurluq edəndən sonra divan tərəfindən tutulub asıldı. S.S.Axundov.
O gün məlun cinayətkar; Asılacaq boğazından. S.Vurğun.

ASILMA₂
ASILMAQ₂

Digər lüğətlərdə