1. Üzü hamar, parlaq ipək parça növü.
Get atlazın yaxşısından; Yaşılından da al gətir!
// Atlazdan tikilmiş.
Mən aşıq gül əndama; Çıxıbdır gülən dama; Olam bir atlaz köynək; Yaraşam gül əndama. ( ).
…Sürtükün bozarmış mahudu ilə şəvə kimi parlayan atlaz yaxalıq bir-birinə uymurdu.
Naznaz atlaz paltarını yığıb, neylon corablarda işıldayan qılçalarını qabağa verərək maşından çıxır.
2. Təşbihlərdə: atlaz kimi parlaq, hamar şey haqqında.
Doğrudan da, usta Ağabalanın saqqalı gözəl saqqal idi: qara atlaz parçası kimi üzünün iki tərəfini tutub.
Ortada gömgöy otlarla atlaz kimi döşənmiş geniş bir meydan vardı.