AVARİYA

is. [ ital. ] Qəza, nəqliyyat vasitələrinin toqquşması nəticəsində əzilərək sıradan çıxması.
Çətin işdə, avariya vaxtlarında bir də görərdin qapıda maşın səsləndi. Mir Cəlal.
Avariyalar çox vaxt onların [gənclərin] diqqətsizliyi və təcrübəsizliyi üzündən olur. M.Hüseyn.

□ Avariya maşını – avariyaları düzəltmək üçün maşın.

Sinonimlər (yaxın mənalı sözlər)

  • AVARİYA avariya bax qəza 1
AVARƏ
AVARLAMA

Digər lüğətlərdə