Ayaqyalınlar üsyanı
Ayaqyalınlar üsyanı (fr. Révolte des Nu-pieds) — 1639-cu ildə Fransanın Normandiya regionunda böyük xalq üsyanı. Başçıları yarıəfsanəvi Ayaqyalın Jan idi. Üsyana çox ağır vergilər və ümumiyyətlə, feodal zülmü səbəb olmuşdu. "Ayaqyalınlar"ın ictimai və siyasi ideologiyası dəqiq deyildi. Yoxsul şəhər əhalisi və kəndlilərdən ibarət üsyançılar dövlət vergilərindən boyun qaçırır, varlıların mülklərini, vergi idarələrini dağıdırdılar. "Ayaqyalınlar" Normandiyanı tutmuşdular. Üsyan Fransanın bir çox əyalətində geniş əks-səda doğurmuşdu. Üsyanı hökumət qoşunu yatırmışdır.
== İstinadlar ==
== Əlavə ədəbiyyat ==
Pierre Carel, Une émeute à Caen sous Louis XIII et Richelieu (1639) : la révolte des Nu-Pieds en Basse-Normandie, Caen, E. Valin, 1886 ;
Madeleine Foisil, La Révolte des nu-pieds et les révoltes normandes de 1639, Paris, PUF, 1970 ;
Jean-Louis Ménard, La Révolte des nu-pieds en Normandie au XVIIe siècle, Paris, Dittmar, 2005 ;
Boris Porchnev, Les Soulèvements populaires en France de 1623 à 1648, S. E. V. P. E. N., Paris, 1963 ; reprinted as Les soulèvements populaires en France au XVIIe siècle, Groupe Flammarion, Paris, 1972.