1. Ağa kimi, saymazcasına, amiranə.
…Hacının ağayana səsi daha da ucadan eşidildi: – Hazırla qızı, cümə günü gələcəyəm.
2. məc. Ağa kimi, çox yaxşı.
Bu məvacibə Xəlil nəinki ağayana dolanırdı, hətta bir-iki yüz manatadək də pul cəm edib, Ağahüseynə tapşırığa vermişdi.
3. köhn. Alicənab. Ağayana hərəkət.