is. [
fars. ]
1. İlin qış, yay arasında olan fəsli; yaz. Bahar ayları. Bahar yağışı. Havadan bahar qoxusu gəlir (yaz yaxınlaşır.
) – Qurbani der: bahar olur, gəlir yaz; Göllərdə üzüşür ördək ilə qaz. Qurbani.
…Şairlər bahar fəslini hamıdan artıq dost tuturlar. C.Məmmədquluzadə.
Arvadlarımız bahar girəndən sonra payızın axırınadək bağda, əkində gedib işləyirlər. Ə.Haqverdiyev.
□ İlk bahar şair. – yaz, yaxud baharın təravət saçan ilk çağı, ilk dövrü.
Gül üzünün çiçək açmış gülləri; İlk baharın müjdəsidir aləmə. S.Vurğun.
Son bahar şair. – payız.
Məktəbin həyətində son bahar yaşıllığının üstünə gəbə, kilim də döşənmişdi. İ.Şıxlı.
// Obrazlı təşbihlərdə.
Bülbüliqəmzədəyəm, bağü baharım sənsən. Füzuli.
Mənim bağım, baharım, həm gülüm, həm bülbülüm sənsən! Nə lazımdır mənə bağü baharü busitan sənsiz. S.Ə.Şirvani.
Əyyamibaharü güldür, oğlum! Qoyma məni qəmdə, güldür, oğlum! M.Ə.Sabir.
Yavrum, quzum, bahari-həyatın nə cür olar? A.Səhhət.
O qartallı dağları sor, nə deyir: – Yüz min bahar gördüm, gəncəm, bax, yenə. A.Şaiq.
Keçdi gəncliyimdən otuz beş bahar; Keçdiyim yollara baxdım bir daha. S.Vurğun.
2. məc. şair. Gənclik; gəncliyin dadlı xəyal və arzularla dolu olan dövrünə işarədir. Ömrünün bahar çağında.
3. məc. Yaz havasını xatırladan, yumşaq, ilıq, açıq, mülayim hava haqqında. Bayırda lap bahardır.