Bərəkəveyh Zəncani

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Bərəkəveyh ZəncaniX əsr Azərbaycan şairi.

Ərəb dilində yazmışdır. Həyat və yaradıcılığı haqqında məlumat azdır. “Sülul” təxəllüsü ilə tanınmışdır.

Əbu Mənsur Səalibi Bərəkəveyh Zəncaninin görkəmli ərəb alimi Bədi əz-Zaman əl-Həmədanidən eşitdiyi bəzi şeirlərini tərtib etdiyi topluya daxil etmişdir. Şeirlərində məhəbbət duyğuları ilə yanaşı didaktik motivlər, incə yumor da əksini tapmışdır. İnsanları həyatdan, gözəllikdən zövq almağa, xeyirxahlığa səsləyən şeirlərində folklora bağlılıq hiss olunur.

Mənbə

Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2011. səh. 579. ISBN 978-9952-441-07-9.

Ədəbiyyat

  1. Mahmudov M. Ərəbcə yazmış azərbaycanlı şair və ədiblər (VII–XII əsrlər). B., 1983.

Xarici keçidlər