David Tonoyan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
David Tonoyan
erm. Դավիթ Էդգարի Տոնոյան
Ermənistan Respublikasının müdafiə naziri[d]
10 may 2018 – 20 noyabr 2020
Şəxsi məlumatlar
Doğum tarixi 27 dekabr 1967(1967-12-27) (56 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti siyasətçi
Dini Erməni Həvari kilsəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

David Edqari Tonoyan (erm. Դավիթ Էդգարի Տոնոյան; 27 dekabr 1967, Öskemen) – Ermənistan siyasi xadimi və Ermənistanın keçmiş Müdafiə naziri.

Həyatı

David Tononyan 27 dekabr 1967-ci ildə Qazaxıstan SSR-nın Şərqi Qazaxıstan vilayətində Oskemen şəhərində anadan olmuşdur. 1986-cı ildə Sovet Silahlı Qüvvələrinin Zaqafqaziya Hərbi Dairəsinə qoşuldu. 1991-ci ildə İrəvan Dövlət Universitetində təhsil almaq məqsədilə İrəvana köçdü. 1998–2007-ci illərdə Tonoyan NATO-nun Brüsseldəki qərargahında müxtəlif vəzifələr tutmuş, üç il Ermənistanın NATO-dakı nümayəndəsi kimi fəaliyyət göstərmişdir. 2007-ci ildə Tonoyan Müdafiə Nazirliyindəki beynəlxalq hərbi əməkdaşlıq və müdafiə siyasəti şöbələrinə rəhbərlik etmək üçün Ermənistana qayıtdı. 2010-cu ildən 2017-ci ilə qədər Tonoyan Seyran Ohanyan və Viqen Sarkisyanın rəhbərliyi altında Ermənistan Müdafiə nazirinin birinci müavini vəzifəsində işləyib. Fevralın 6-da imzalanan prezident sərəncamına əsasən David Tonoyan fövqəladə hallar naziri vəzifəsinə təyin edilmişdi.[1] Baş nazir Nikol Paşinyan Tonoyanı 2018-ci ilin 11 may tarixində müdafiə naziri vəzifəsinə təyin etdi. Ailəlidir, iki övladı var.[2][3]

O, 20 noyabr 2020-ci il tarixində istefa ərizəsi verib.[4] O, vida nitqində müharibə zamanı yaxınlarını itirənlərdən üzr istəyib.[5]

Həbsi

Tonoyan 2021-ci il sentyabrın 30-da Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən həbs edilib və silah alverçisi Davit Qalstyanla birlikdə dövlətə təqribən 2,3 milyard erməni dramı (4,7 milyon dollar) ziyan vurmaqla fırıldaqçılıq və mənimsəmədə ittiham olunub.[6]

İstinadlar

  1. "Arxivlənmiş surət". 2018-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-13.
  2. "Arxivlənmiş surət". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-13.
  3. "Official Government Website". 2019-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-27.
  4. Armenia’s Defense Minister steps down Arxivləşdirilib 2020-11-28 at the Wayback Machine Armenpress, 20 November 2020
  5. "David Tonoyan's message". mil.am (ingilis). 2020-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-21.
  6. Khulian, Artak; Nalbandian, Naira. "Former Armenian Defense Minister Arrested". Azatutyun. 2021-09-30. 2021-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-06.