Məşhur Məmmədov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Məşhur Məmmədov
bayraq
Azərbaycan Milli Məclisinin VI çağırış üzvü
bayraq2
Vəzifədədir
10 mart 2020-ci ildən
Şəxsi məlumatlar
Doğum tarixi 4 oktyabr 1963(1963-10-04) (60 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Təltifləri "Şöhrət" ordeni — 2023 "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı "Tərəqqi" medalı "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı"Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)" yubiley medalı

Məşhur Məmmədov (4 oktyabr 1963, Birinci Yeddioymaq, Masallı rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı, Milli Məclisin İntizam Komissiyasının üzvü.[1]

Həyatı

Məmmədov Məşhur Şahbaz oğlu 04 oktyabr 1963-cü il də Masallı rayonunun I Yeddioymaq kəndində, ziyalı ailəsində anadan olmuşdur. 1990-cı ildə Azərbaycan Dövlət Neft və Kimya Universitetini bitirmişdir.

Fəaliyyəti

  • 1981–1983: Kalinovka (Viləş) kənd orta məktəbində laborant;
  • 1991–1995: Masallı rayon Xarrad kooperativi;
  • 1996–2011: Embawood şirkətinin təsisçisi və baş direktoru;
  • 2011–2013: Embawood Gürcüstan şirkətinin baş direktoru;
  • 2013–2015: Embawood şirkətinin təsisçisi və direktor müavini;
  • 2015-hal-hazıradək: "Progress Construction" şirkətinin təsisçi və baş direktoru kimi fəaliyyət göstərmişdir.

İctimai-siyasi fəaliyyəti

  • 2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü, YAP Masallı rayon Təşkilatı Şura üzvü;
  • Azərbaycan Mebel İstehsalçıları Assosiasiyasının sədri;
  • Rusiya Azərbaycan İşgüzar şurasının üzvü;
  • Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında İctimai şuranın üzvü;
  • Azad Sahibkarlar Konfederasiyasının idarə heyətinin üzvüdür.

Təltifləri

  • Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Tərəqqi" medalı[2]
  • Azərbaycan Respublikasının Prezidenti tərəfindən"Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" yubiley medalı
  • Azərbaycan Respublikasının Prezidenti tərəfindən"Azərbaycan Sərhəd Müdafiəsinin 100 illiyi" yubiley medalı
  • Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni təltif edilib[3]

Ailəsi

Ailəlidir, 4 övladı və 5 nəvəsi var.

İstinadlar

  1. "Arxivlənmiş surət". 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-23.
  2. "Arxivlənmiş surət" (PDF). 2021-08-02 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-09-19.
  3. "M.Ş.Məmmədovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2023-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-03.