Azərbaycan–İsveç münasibətləri

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Azərbaycan-İsveç münasibətləri
Azərbaycan və İsveç
 Azərbaycan  İsveç

Azərbaycan–İsveç münasibətləriAzərbaycan Respublikası ilə İsveç Krallığı arasındakı mövcud ikitərəfli əlaqələr.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda Persidskaya və Gubernskaya küçələrinin tinində İsveçin nümayəndəliyi yerləşmiş, nümayəndəliyə konsul R.K.Van-der-Pluq rəhbərlik etmişdir[1].

Diplomatik əlaqələr

[redaktə | mənbəni redaktə et]

İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin may ayının 8-də qurulmuşdur[2].

İsveç Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsilə həlli üçün yaradılmış ATƏT-in Minsk qrupunun tərkibinə daxildir[3]. Hətta 1995-1996-cı illər ərzində ona əvvəlcə Rusiya ilə birlikdə İsveç həmsədrlik etmişdir[3].

Parlamentlərarası əlaqələr

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-İsveç parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir[4]. Bu işçi qrupu 7 mart 1997-ci il tarixində yaradılmış və ilk rəhbəri Sudeif İmanverdiyev olmuşdur[5]. 4 mart 2016-cı il tarixindən Jalə Əliyeva işçi qrupunun rəhbəridir[4].

İqtisadi əlaqələr

[redaktə | mənbəni redaktə et]

Nobel qardaşları

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Branobel
İsveçli Nobel qardaşlarının XIX əsrdə Bakıda qurduqları şirkətin emblemi

Ədəbi əlaqələr

[redaktə | mənbəni redaktə et]

İndiyə qədər üç Azərbaycan romanı İsveç dilində nəşr olunmuşur[6]. Bunlar 1973-cü ildə çap olunan Qurban Səidin "Əli və Nino", 2000-ci ildə çap olunan Çingiz Abdullayevin "Qaranlıq simfoniyası" və 2018-ci ildə çap olunan Vahid Qazinin "Çöl Qala" romanıdır[6]. "Çöl Qala" romanı "Kirayənişinlər" (isv. "Hyresgäster") adı ilə"Diktonius Text" nəşriyyatında çapdan çıxmışdır[6]. Romanı İsveç dilinə Umeo Universitetinin dosenti Səadat Kərimi çevirmişdir[6].

İdman sahəsində əməkdaşlıq

[redaktə | mənbəni redaktə et]

Futbol qarşılaşmaları

[redaktə | mənbəni redaktə et]